23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib.
Ötən dövrdə sahibkarlığın inkişaf etdirilməsinə göstərilən dövlət qayğısı nəticəsində istehsal müəssisələrinin sayı artıb, yerli məhsulların növ və çeşidinin həcmi yüksələn xətt üzrə inkişaf edib. Bu da, öz növbəsində, ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmini artırıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalının dəyəri 1 milyard 949 milyon manatdan artıq olub ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,6 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5 faiz artaraq 4327,4 manat olub.
Əvvəlki illərdə olduğu kimi, cari ilin ilk 9 ayında da ümumi daxili məhsulun tərkibində ilk yeri 28,2 faizlik payla sənaye məhsulları tutub və maddi istehsalın payı 56,5 faiz təşkil edib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1,3, kənd təsərrüfatı məhsulu 3,8, nəqliyyat sektorunda yük daşınması 2,1, informasiya və rabitə xidmətlərinin dəyəri 1,9 faiz, o cümlədən mobil rabitə xidmətinin dəyəri 1,9, pərakəndə əmtəə dövriyyəsi 1,4, əhaliyə göstərilən ödənişli xidmətlər 1,8, ixrac 1,3, əhalinin gəlirləri 1,2 faiz artıb.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR