23 Dekabr 2024, Bazar ertəsi

2017-ci ili Babək rayon sakinləri üçün uğurlu illərdən biri saymaq olar. İlin ötən dövründə məhsuldar torpaq sahələrində zəhmət çəkərək məhsul bolluğu yaradan insanların sevincini başa düşmək çətin deyil.
Babək Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, bölgənin torpaq mülkiyyətçiləri əvvəlki ilin payızında və cari ilin yazında 10420 hektar sahədə taxıl əkiblər. Bunun 6964 hektarı buğda, 3456 hektarı isə arpa olub. Əkilən sahədən 22,124 ton buğda, 10,696 ton arpa tədarük edilib. Hazırda torpaq mülkiyyətçiləri yenə sahələrdədir. Onlar şum qaldırılması və payızlıq taxıl əkinini vaxtında başa çatdırmaq üçün əlverişli hava şəraitindən səmərəli istifadə edir, gələn ilin bol məhsulunun əsasını qoymağa çalışırlar. Taxılçılar bu sahədə də göstərilən dövlət qayğısından razılıq edirlər. Çünki kifayət qədər texnika sahələrə çıxarılıb. Hazırda payızlıq əkin üçün şumlanmış sahələrə toxum səpilir, zəmilər suvarılır.
Dənli-paxlalı bitkilərin əkinində də yüksək nəticəyə nail olunub. Belə ki, 208 hektar sahədən 687 ton məhsul toplanılıb. Rayonun məhsuldar torpaq sahələri burada yüksəkkeyfiyyətli kartof istehsalına imkan verir. Yaradılan şərait, dövlət tərəfindən verilən kredit və əldə edilmiş məhsuldar toxum sortları torpaq mülkiyyətçilərinin ilbəil qazandıqları uğurların artmasında başlıca səbəblərdir. Babəklilər kartof əkilmiş 476 hektar sahədən bol məhsul əldə ediblər. Tərəvəz əkini sahələrində də vəziyyət ürəkaçandır. Belə ki, 2093 hektar tərəvəz əkini sahəsi torpaq mülkiyyətçilərinə xeyli gəlir gətirib. Rayonda bu il barverən meyvə və üzüm bağlarında məhsuldarlıq ötən illə müqayisədə yüksək olub. Babəklilər bostan məhsullarının tədarükündə də zəngin təcrübəyə malikdirlər. Belə ki, 1511 hektar sahədə bostan məhsulları yetişdirən torpaq mülkiyyətçilərinin də zəhməti hədər getməyib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR