23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi barədə muxtar respublika Nəqliyyat Nazirliyinə də müvafiq tapşırıqlar verilib.
Bu tapşırıqların icrası diqqətdə saxlanılır, müvafiq tədbirlər görülür. Artıq avtovağzalların qış mövsümünə hazırlığı başa çatdırılıb, istilik sistemləri yoxlanılaraq işlək vəziyyətə gətirilib, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki dəqiqləşdirilərək mövcud çatışmazlıqlar aradan qaldırılıb. Hazırda muxtar respublikada sərnişinlərə xidmət göstərən 135 xətdə 293 avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib.
İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə fəaliyyət göstərən avtobusların da qış ayları ərzində fasiləsiz fəaliyyət göstərməsi üçün tədbirlər görülüb. Oktyabr ayında bu marşrutla Naxçıvandan Bakıya 1069, Bakıdan Naxçıvana isə 986 sərnişin daşınıb.
Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, avtobusların sürət həddinə nəzarət olunması məqsədilə Naxtel-4G GPS monitorinq izləmə sistemi vasitəsilə avtobusların hərəkəti müşahidə edilir.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR