23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi oktyabr ayında istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamışdır.

Ay ərzində təsərrüfat subyektlərinə verilmiş 168 uyğunluq sertifikatı, 1 sınaq laboratoriyasının akkreditasiya attestatı, xüsusi razılıq alınması üçün 2 təsdiqedici sənəd dövlət reyestrində qeydiyyata alınmışdır. Bu dövrdə yerli istehsal məhsullarının keyfiyyətinə nəzarət məqsədilə 159 qida istehsalı müəssisəsində maarifləndirmə xarakterli görüş keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Məhsul nümunələrinin 109 halda laboratoriya analizləri aparılmış və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Ordubad rayonunun Sabirkənd kəndində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüş keçirilmişdir. Görüş zamanı 7 təsərrüfat subyektindən götürülmüş bal nümunələrinin laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmiş, 1 bal məhsulu sertifikatlaşdırılmışdır.

Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli qida məhsulları ilə təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılmasına diqqətin artırılması barədə verilmiş tapşırıqların icrası istiqamətində 32 orta məktəb, 6 təhsil və 13 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 7 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər keçirilmişdir. 98 bərbərxana və 25 gözəllik salonunda da maarifləndirmə xarakterli monitorinq aparılmış, 105 ictimai iaşə və xidmət sahəsinə baxış olmuş, 26 bərbərxanada və 8 gözəllik salonunda aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır.
Xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması məqsədilə komitənin müvafiq işçi qrupu müəssisələrdə olmuş və istehsal olunan məhsulların ixrac olunacaq ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət olduqda ixrac olunan məhsulların partiyalarla sertifikatlaşdırılmasının təmin edilməsi, ­təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac olunacaq ölkələrdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı vasitəsilə beynəlxalq mühafizəsi üçün davamlı tədbirlərin görülməsi istiqamətində işlərə başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR