23 Dekabr 2024, Bazar ertəsi

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan Pen” Məhdud Məsuliyyətli Cəmiyyətinin plastik boru, profil və aksesuarlar istehsal edəcək yeni müəssisəsində artıq son tamamlama işləri görülür, avadanlıqlar quraşdırılır.
Müəssisədə istehsal olunacaq məhsulların daxili tələbatı ödəməklə yanaşı, Müstəqil Dövlətlər Birliyi ölkələrinə ixrac olunması da planlaşdırılır.
Qeyd edək ki, istehsal müəssisəsinin inşasına 2017-ci ildə başlanılıb, 2018-ci ilin mart ayının əvvəllərində istifadəyə verilməsi planlaşdırılır. Burada Türkiyə, Çin və Tayvan istehsalı olan tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılır. Müəssisədə 38 istehsal sahəsi və müasir laboratoriya istifadəyə veriləcək. Laboratoriyada məhsulun keyfiyyəti, zərbəyə davamlılığı və digər parametrlər analiz olunduqdan sonra satışa buraxılacaq. Gücü ayda 1500 ton olacaq müəssisədə qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su, eləcə də polietilen suvarma boruları, lambir, saydinq və aksesuarlar, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal olunacaq. Müəssisə tam fəaliyyətə başlayandan sonra burada 285 yeni iş yeri açılacaq.
İstehsal obyektinin yaradılmasında “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının 7 milyon vəsaiti və Sahibkarlığa Kömək Fondunun 5 milyon manat güzəştli kreditindən istifadə olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR