23 Dekabr 2024, Bazar ertəsi

Bir neçə ildir ki, Naxçıvan şəhərindəki Mərkəzi bazarda təşkil olunan bayram yarmarkası Novruzu layiqincə keçirməyə imkan verir.
Məlumat üçün bildirək ki, şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə martın 14-dən keçirilən bayram yarmarkasına muxtar respublikada fəaliyyət göstərən 29 istehsal müəssisəsi tərəfindən 117 adda 223 çeşiddə məhsul çıxarılıb.
Burada 9 yerli sahibkar tərəfindən idxal kənd təsərrüfatı məhsullarının topdansatışı da təşkil olunub. Bundan əlavə, muxtar respublikanın müxtəlif bölgələrindən yarmarkaya 200-dən çox torpaq mülkiyyətçisi məhsul gətirib.
Yarmarkada gördüklərimiz muxtar respublikamızda olan bolluğu əks etdirmək baxımından insanda xoş təəssüratlar yaradır. Buradakı qələbəlik isə belə deməyə əsas verirdi ki, insanlar bu tədbirdən xeyli razıdırlar.
Qeyd edək ki, yarmarka martın 20-dək davam etdiriləcək.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR