23 Dekabr 2024, Bazar ertəsi

Bu gün artıq beynəlxalq miqyasda prioritet sayılan iqlim dəyişikliklərinin qarşısının alınmasında daha az enerjidən istifadə edilməsi və onun daha təmiz mənbələrdən əldə olunması qlobal məqsəd kimi müəyyənləşdirilib. Elə “yaşıl iqtisadiyyat” anlayışı da insan rifahını və sosial ədaləti təmin edən, eyni zamanda ətraf mühit risklərini kəskin şəkildə azaldan iqtisadiyyat kimi qəbul edilir. Bu termin ilk dəfə 1989-cu ildə Böyük Britaniya hökuməti üçün hazırlanmış hesabatda ətraf mühit mütəxəssisləri tərəfindən istifadə olunub. Sonrakı illərdə isə “yaşıl iqtisadiyyat” BMT-nin Ətraf Mühit Proqramında davamlı inkişafın təmin olunması elementi kimi çıxış edərək ekoloji sivilizasiyaya keçidin vacib şərti kimi qəbul edilib. 

Hazırda Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolundadır. Bu inkişafda insan potensialından və innovativ texnologiyalardan səmərəli istifadə əsas predmet kimi çıxış edir. İndi beynəlxalq təşkilatlar tərəfindən dərc olunan hesabatlarda əsas göstərici kimi hər hansı bir ölkədə vahid enerjinin istifadəsi nəticəsində sənayedə, kənd təsərrüfatında və yaxud xidmət sahələrində yaranmış ümumi daxili məhsulun dəyəri mühüm göstərici kimi qəbul edilir. Burada isə alternativ və ya bərpaolunan enerji mənbələrindən istifadə ön plana çıxır. Çünki belə enerji mənbələrindən istifadə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, eyni zamanda yeni texnologiyaların tətbiqinə geniş imkanlar açır. Diqqət etsək, görərik ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasının uğurla davam etdirilməsinin nəticəsində son illərdə muxtar respublikada “yaşıl iqtisadiyyat”ın inkişafına xeyli həcmdə sərmayələr qoyulub.

Ardını oxu...

2018-ci ilin ötən 6 ayında muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə tədbirlər davam etdirilmiş, yüksək nəticələr qazanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmış və bununla bağlı cari ilin yanvar ayının 23-də Heydər Əliyev Muzeyində tədbir keçirilmişdir.
Ötən dövrün ən yaddaqalan hadisələrindən biri ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəridir. Dövlət başçısı səfəri zamanı Naxçıvan Müəllimlər İnstitutunun və Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəb binasının, hərbi xəstəxananın, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışlarında iştirak etmiş, Dövlət Sərhəd Xidmətinin sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində yaradılan şəraitlə tanış olmuşdur.
Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq 2018-ci ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı 1 milyard 246 milyon 624 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2748 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlə sənaye tutmuş və maddi istehsalın payı 57,6 faiz təşkil etmişdir.

Ardını oxu...

“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin ixrac potensialı ildən-ilə artır. Hazırda “Badamlı” mineral suyu Rusiya Federasiyasına və Birləşmiş Ərəb Əmrliyinə ixrac olunur. Bu mineral su yaxınlarda Çin Xalq Respublikasına da ixrac ediləcək.
Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət olunur. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Zavodda tələbata uyğun olaraq 0,5, 1, 1,5 litrlik plastmas, 0,3, 0,6 litrlik şüşə butulkalarda qazlı və qazsız, 5 və 19 litrlik plastmas taralarda qazsız su buraxılır. İstehsal olunan məhsul muxtar respublikamızın tələbatını ödəməklə yanaşı, Bakı şəhərində və ölkəmizin digər regionlarında da satışa çıxarılır.
“Badamlı” mineral suyuna tələbat ildən-ilə artdığı üçün hazırda Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni zavod tikilir. Bu zavod hazırkı müəssisədən daha böyük və yüksək texniki imkanlara malik olacaq.

Xəbərlər şöbəsi

Son illər muxtar respublikada emal və istehsal müəssisələrinin sayının artması regionumuzda sahibkarlıq fəaliyyətinə geniş yer verilməsinin göstəricisidir. Bu müəssisələrdə istehsal olunan məhsullar daxili bazarın qorunmasında mühüm əhəmiyyət daşıyır. Dünyaya inteqrasiya olunduğumuz bir dövrdə artıq sahibkarlar daxili bazarla kifayətlənməyərək həm də rəqabətədavamlı, ixracyönümlü məhsul istehsalına da ciddi fikir verirlər.

Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində sahibkarlıq subyektləri öz məhsullarını xarici bazarlara çıxarmaq imkanı da qazanıblar. Keyfiyyətli və ixracyönümlü məhsul istehsalı işin bir tərəfidirsə, onun xarici bazara çıxarılması üçün şərait yaradılması digər tərəfidir. Bu cəhətdən xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilər mühüm əhəmiyyət daşıyır. Son illərdə muxtar respublika sahibkarları da belə sərgilərə qatılır, regionumuzda istehsal edilən məhsulları nümayiş etdirir, bununla xarici ölkələrdə də alıcı qüvvəsi toplayırlar.
Bu cür tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilib. Belə ki, 2018-ci ilin 9-26 yanvar tarixlərində Almaniya Federativ Respublikasının Berlin şəhərində kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik əsasda təşkil edilən “Beynəl­xalq Yaşıl Həftə – 2018” sərgisində naxçıvanlı sahibkarların iştirakı, ilk növbədə, muxtar respublikanın ixrac potensialını bir daha ortaya qoydu. Yeni iqtisadi əlaqələrin qurulmasına xidmət edən bu sərgi çərçivəsində muxtar respublikanın 8 istehsalçı şirkətinin 10 növdə 39 çeşiddə məhsulu çıxarılmışdı.

Ardını oxu...

İşgüzar fəallığın və sərbəst iqtisadi mühitin bərqərar olduğu bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyəti əsas hərəkətverici qüvvə kimi cəmiyyətin iqtisadi və mədəni inkişafında mühüm rola malikdir. Tarixən sınaqdan keçmiş və demək olar ki, bütün sahələrdə insan həyatını dəyişdirən, innovativ yeniliklərin və yüksək texnologiyanın tətbiqi ilə ümumi inkişafı şərtləndirən ­sahibkarlıq, bu mənada, həm də yaradıcılıq sahəsidir. Sahibkarlığın inkişafı və onun rəqabətqabiliyyətliliyinin artırılması üçün göstərilən dövlət dəstəyi isə cəlbedici biznes və investisiya mühitinin formalaşdırılmasında mühüm rola malikdir. 

Müasir dünya iqtisadiyyatı qlobal güclərin maraqlarının kəsişməsi fonunda kəskin rəqabət və yüksək­riskli proqnozlarla xarakterizə olunur. Təbii resursların getdikcə tükənməsi, istehsalda texnologiyaların tətbiqi və eyni zamanda məşğulluq məsələlərinin həlli, bu mənada, milli iqtisadiyyatların daha sağlam böyüməsi üçün daimi yollar axtarılmasını gündəmə gətirir. Bu baxımdan ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə iqtisadi təhlükəsizliyimizin daha da möhkəmləndirilməsi yolunda regional inkişafa verilən diqqət Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial-iqtisadi inkişafın əsas prioritetlərindən biri kimi öz aktuallığını saxlayır. Cari il fevral ayının 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı dediyi kimi: “Bu gün əsas məqsəd ondan ibarətdir ki, sahibkarlıq mühiti daha da genişlənsin. Daxili bazarda yerli məhsullar hesabına bolluq yaradılsın. Yeni iş yerləri açılsın, məşğulluq təmin edilsin. Muxtar respublikanın ixrac imkanları artsın”.

Ardını oxu...

Hazırda muxtar respublikamızda taxıl biçininin ən məsul dövrüdür. Məhsul yığımında qarşıya çıxa biləcək çətinliklərin aradan qaldırılmasını təmin etmək üçün rayonlarda qərargahlar təşkil edilib. Biçin kampaniyasına kifayət qədər maşın və mexanizmlər cəlb olunub. 

Taxılçılığın inkişafına böyük önəm verilən rayonlarımızdan biri Ordubaddır. Bölgənin məhsuldar və münbit torpaq sahələri burada yüksəkkeyfiyyətli taxıl istehsalına imkan verir.
Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, hər il taxıl əkini sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu da bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir. Kombaynçılar və mexanizatorlar yaradılan bu şəraitdən səmərəli istifadə edirlər.
Məlumatda o da bildirilir ki, rayonda 1605 payız, 73 hektar yazlıq olmaqla, ümumilikdə, 1678 hektar sahədə taxıl əkilib. Bunun 780 hektarını buğda, 898 hektarını arpa təşkil edir. 16 iyul 2018-ci il tarixə rayonda 1674 hektar sahənin taxılı tədarük olunub. 4602 ton məhsul toplanılıb. Orta məhsuldarlıq 27,5 sentner təşkil edib. Rayonun Dəstə, Vənənd, Düylün, Aşağı Əylis kəndlərində məhsuldarlıq daha yüksək olub.

Ardını oxu...

Şərur rayonunda keçirilən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov açaraq bildirib ki, əhalisinin 80 faizinin bitkiçilik və heyvandarlıqla məşğul olduğu Şərur rayonunda hər il kənd təsərrüfatı məhsulları istehsalında artım qeydə alınır. Bu da onunla bağlıdır ki, aqrar sahənin inkişafına qayğı göstərilir. Son illər Şərurun muxtar respublikamızın ən iri meyvəçilik, taxılçılıq və kartofçuluq rayonuna çevrilməsi məhz bu qayğının nəticəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı kənd təsərrüfatının digər sahələrinin də intensiv amillər hesabına inkişafı üçün rayonda böyük imkanlar olduğunu vurğulayıb və bu potensialı hərəkətə gətirmək üçün görülən tədbirlərdən bəhs edib, aqrar sahənin daha da inkişafı və təkmilləşdirilməsində belə tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov “Kənd təsərrüfatında intensiv becərmə texnologiylarının tətbiqinin əhəmiyyəti, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılmasında ailə təsərrüfatlarının rolu” mövzusundakı çıxışında qeyd edib ki, dövlət qayğısı və dəstəyi sayəsində muxtar respublika iqtisadiyyatının mühüm sahəsi olan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilib.

Ardını oxu...

Gömrük xidməti nümayəndələri əvvəlcə İran İslam Respublikasının Culfa şəhərində görüşüb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, İran İslam Respublikasının maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Foroud Asgari və digər rəsmi şəxslərin iştirak etdiyi işçi görüşdə ölkə­lərimiz arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açılıb. Tərəflər Azərbaycan və İran gömrükçüləri arasında vaxtaşırı keçirilən görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyini vurğulayıblar.
Görüşdə iki ölkə­nin gömrük sərhədindən keçən mal və nəqliyyat vasitələrinə dair reallaşdırılan ilkin məlumat mübadiləsinin pilot layihəsinin tam şəkildə həyata keçirilməsi üçün müzakirələr aparılıb, qaçaqmalçılıqla mübarizə və tranzit məsələləri müzakirə olunub.

Ardını oxu...

Muxtar respublikada qədim və çox əhəmiyyətli təsərrüfat sahəsi olan arıçılığa göstərilən dövlət qayğısı öz bəhrəsini verib, bu sahə yüksək inkişaf mərhələsinə qədəm qoyub. Son illər ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən arıçılıqla məşğul olan 102 sahibkarlıq subyektinə 727 min manat həcmində kredit verilib, balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılıb. Naxçıvanda arıçılığın inkişafı sahəsində görülən tədbirlərin nəticəsidir ki, əgər  2000-ci ildə arı ailələrinin sayı 12 min idisə, 2017-ci ildə bu rəqəm 71 min 66 olub.

Bu gün muxtar respublikada 4800-dən çox sahibkar arıçılıqla məşğuldur. 2017-ci ildə muxtar respublikada 1424 ton bal istehsal edilib. “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi bu sahəyə göstərilən diqqət və qayğının təzahürüdür. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” isə yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, xəstə­liklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracına, ana təbiətin yenidən etibarlı qorunmasına şərait yaradıb.

Ardını oxu...

Bərpaolunan enerji mənbələrindən istifadə bütün dünyada olduğu kimi, muxtar respublikamızda da təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlb edilməsinin ən yaxşı yollarından biri hesab olunur. Bu baxımdan Günəş, külək, su və bioenerji kimi alternativ enerji mənbələrindən daha çox istifadə məsələləri iqtisadiyyatın inkişafı ilə aktuallıq qazanır ki, bu da, son nəticədə, enerji təhlükəsizliyimizə öz töhfəsini verir.
Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi problemi öz aktuallığını həmişə qoruyub saxlayıb. Müasir dövrdə bu, yeni texnologiyalara əsaslanan ekoloji təmiz enerji mənbələrindən istifadə ilə öz həllini uğurla tapmaqdadır. Bu baxımdan Naxçıvanın böyük hidroenerji ehtiyatları ilə yanaşı, ekoloji cəhətdən təmizliyi və təhlükəsizliyi ilə seçilən Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi muxtar respublikamızın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addım olub. Günəş Elektrik Stansiyası Naxçıvanın enerji asılılığından tamamilə azad olması və onun elektrik enerjisi idxalçısından ixracatçıya çevrilə bilməsi yolunda son illərdə muxtar respublikada həyata keçirilmiş enerjiyönümlü layihələr arasında əhəmiyyəti ilə seçilməkdədir. Digər tərəfdən, bu layihə həm də onunla əhəmiyyətlidir ki, Naxçıvan Muxtar Respublikasında alternativ və bərpa­olunan enerji mənbələrindən istifadənin ümumi enerji istehsalında 60 faizdən çox olması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq lider mövqeyə çıxmasında mühüm amillərdəndir.

Ardını oxu...

“Gəmiqaya Beton Məmulatları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2005-ci ildə fəaliyyətə başlayıb. Əvvəllər muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan inşaat materialları, beton primitiv üsullarla hazırlanır, quruculuq obyektlərində istifadə olunan kilid daş, dekorativ kərpic və digər beton məmulatları qonşu ölkələrdən gətirilirdi. İndi həmin materiallar bu müəssisədə istehsal edilir. Müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb. Burada istehsal gücü saatda 120 ton xammal olan qum-çınqıl karxanası, günlük 100 kubmetr beton istehsal edə biləcək zavod və 35 kvadratmetr olan dekorativ daşlar istehsalı sahəsi fəaliyyət göstərir. Hazırda muxtar respublikanın inşaat meydançalarında bu müəssisənin məhsullarına böyük üstünlük verilir. Bu da burada keyfiyyət amilinə verilən önəmin ifadəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli Fərmanı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə uzunmüddətli ipoteka kreditlərinin verilməsinə başlanılıb.
2018-ci il ərzində cəmiyyət tərəfindən əhaliyə 1 milyon 345 min 546 manat məbləğində ipoteka krediti verilib. Bu vəsaitin 946 min 732 manatını ümumi, 398 min 813 manatını güzəştli ipoteka vəsaiti təşkil edib. Cari ilin 6 ayı ərzində, ümumilikdə, fond tərəfindən verilmiş vəsait hesabına 34 ailə mənzillə təmin olunub. Bunlardan 25 ailəyə ümumi, 9 ailəyə isə güzəştli şərtlərlə ipoteka krediti verilib. İndiyədək 99 ailə öz mənzilinin sahibi olub.
Gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2014-cü ilin may ayında Naxçıvan şəhərinin Əziz Əliyev prospektində beş mərtəbədən ibarət 3 yaşayış binası, sözügedən prospektdə geniş bir ərazini əhatə edən daha bir yaşayış kompleksi – Gənclər şəhərciyi tikilib istifadəyə verilib. Həmin binalardakı mənzillərin də bir qismi artıq ipoteka ilə satılıb.
Bundan başqa, 2018-ci ilin 6 ayında “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti də öz vəsaiti hesabına yeni inşa edilən binalarda mənzillərin ipotekaya verilməsini həyata keçirib. Cəmiyyətin xətti ilə 2018-ci ilin 6 ayı ərzində 3 ailəyə 150 min manat dəyərində ipoteka krediti verilib. Ümumilikdə, 98 ailə bu kreditlər hesabına öz mənzilinin sahibi olub. 10 illik müddətə və 11 faizlə verilən mənzillərə tələbat da kifayət qədərdir. İpoteka kreditləri maksimum 50 min manatadək verilir.
Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri çərçivəsində Sədərək, Babək və Kəngərli rayonlarının hər birində ictimai yaşayış binasının tikintisi davam etdirilir. Yeni binaların inşası gənc ailələrin mənzil problemlərinin həllinə öz töhfəsini verəcək.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərində muxtar respublikanın iqtisadi inkişafını əyani vasitələrlə özündə əks etdirən bir mərkəz var. 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, eyni zamanda sahibkarların tədris-­informasiya mərkəzi kimi fəaliyyətə başlayan bu məkan 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi tanınır. 2013-cü ildə istifadəyə verilən mərkəzin əsas fəaliyyət istiqamətləri biznesin inkişafı, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, müxtəlif tədbirlərin, beynəlxalq konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işi və sənət əsərlərinin sərgi-satışının təşkilidir. 

Bununla yanaşı, Naxçıvan Biznes Mərkəzində sahibkarlara müxtəlif istiqamətlərdə xidmət göstərilir, biznesin inkişafı üzrə onlara məsləhətlər verilir, özəl sektorda yeni addım atanlar üçün treninqlər təşkil edilir, biznes planların hazırlanmasında onlara metodik köməkliklər göstərilir. Hazırda burada müasir avadanlıqlarla təchiz edilmiş iclas və konfrans zalları, eyni zamanda dörd dildə sinxron tərcümənin aparılması üçün otaq var. Bu günlərdə mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq üçün adıçəkilən ünvanda olduq.

Ardını oxu...

Müstəqilliyinin ilk illərində Azərbaycanda yeni iqtisadi sistemə keçidlə əlaqədar müxtəlif sahələrin, o cümlədən kənd təsərrüfatının gəlirli sahələrindən hesab olunan tütünçülüyün inkişafında müəyyən çətinliklər yaransa da, son illərdə dövlət tərəfindən aparılan davamlı və sistemli iqtisadi islahatlar bu problemləri aradan qaldırmaqdadır. Əsas məqsədlərdən biri tütünçülüyü inkişaf etdirmək hesabına kənd əhalisinin məşğulluğunu təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Pro­qramı” muxtar respublikamızda bu sahənin inkişafına yeni vüsət verib.
Belə ki, Naxçıvanda tütün emalı sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində saxlanılır. Komitənin məlumat bazasının formalaşdırılmasında, fəaliyyət istiqamətləri üzrə xidmətlərin əhaliyə çatdırılmasında, çöl geodeziya-ölçmə işlərinin aparılmasında bu sahənin imkanlarından geniş istifadə olunur.
Komitədə məlumatların vahid mərkəzdən idarə olunması təmin edilib. Şəhər və rayon idarələri ilə məlumat mübadiləsinin təşkil olunması üçün fiber-optik kanallar vasitəsilə idarələrin mərkəzləşdirilmiş məlumat bazasına qoşulması və mövcud məlumatlardan operativ xidməti istifadə imkanları yaradılıb.

Ardını oxu...

Sərhəd bölgəmiz olan Sədərək rayonunun sakinləri torpağı qorumağı bacardıqları kimi, bu qiymətli sərvətdən səmərəli istifadə etməyi də diqqətdə saxlayırlar. Bölgədə aqrar sahənin inkişafına göstərilən hərtərəfli qayğıdan ruhlanan torpaq mülkiyyətçiləri hər il uğurlu nəticələr qazanır, məhsul bolluğu yaradılmasında fəallıq göstərirlər.
Ən önəmli cəhət isə odur ki, Sədərəkdə də artıq əkinçi sərbəstdir. Torpağa yiyələnib, azad sahibkara çevrilib. Kiminsə hökmü ilə işləmir. Torpaqlarımız üçün məhsuldar olan əkinlərə üstünlük verir. Tədarük etdiyi məhsulun satışında da heç bir çətinlik yaşamır. Bu da kənd adamlarının əkib-becərmək imkanlarını genişləndirib.
Əsas qida məhsulu olan buğdanın əkilib-becərilməsinə və bu bitkinin məhsuldarlığının artırılmasına muxtar respublikamızın hər yerində olduğu kimi, bu bölgədə də ciddi diqqət yetirilir. Başlıca məqsəd barlı­-bərəkətli torpaqlarımızdan daha çox məhsul götürmək, taxılçılığa diqqəti artırmaqdan ibarətdir.
Məlumat üçün bildirək ki, cari ilin məhsulu üçün 2466 hektar sahəyə taxıl əkilib. İndi rayonun taxıl sahələri “sarı kəhrəba dənizi”ni xatırladır. Zəmilər bolluq, bərəkətdən soraq verir.
İyulun 9-na olan operativ məlumata görə, taxıl əkini sahələrinin 952 hektarında biçin işləri başa çatdırılıb. Hektarın orta məhsuldarlığı 32,2 sentnerdir. Taxıl tədarükündə 3 ədəd kombayn və eyni sayda yükdaşıyan maşından istifadə olunur, 2 ədəd küləşbağlayan aqreqat da taxılçıların ixtiyarındadır.

Sərxan İSMAYILOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın və bu proqramdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində tərtib olunmuş tədbirlər planına əsasən görülən işlər davam etdirilir. Bu çərçivədə növbəti tədbir Culfa rayonunun Dəmirli yaylağında təşkil olunub. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyi, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin arıçılıq təsərrüfatlarının sahibkarları ilə keçirilən görüşü Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əyyub Abdullayev açıb.

Ardını oxu...

Muxtar respublikada aqrar sahədə həyаtа kеçirilən uğurlu siyasət əhаlinin kеyfiyyətli ərzаq məhsullаrı ilə təmin оlunmаsına, kənd təsərrüfаtının bütün sаhələrinin inkişаfına geniş imkanlar açmışdır. Kənd təsərrüfatının yüksək sürətlə inkişafı əkin dövriyyəsinə yeni torpaq sahələrinin qatılmasını zəruri etmişdir. Əkin üçün yararsız hesab edilən və uzun illər istifadəsiz qalan torpaq sahələrinə yeni suvarma kanallarının çəkilməsi, müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyətə malik olmuşdur.
Belə ki, ötən dövrdə tutumu 100 milyon kubmetr olan Heydər Əliyev Su Anbarı inşa olunaraq istifadəyə verildikdən sonra Babək rayonunda 4364, Culfa rayonunda 2311, Şahbuz rayonunda isə 244 hektar olmaqla, ümumilikdə, 6919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılmış və bütövlükdə, su anbarı vasitəsilə suvarılan torpaqların sahəsi 16 min 830 hektara çatmışdır. Həmçinin Kəngərli rayonunda 5800 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi üçün Uzunoba Su Anbarından 32,2 kilometr uzunluğunda suvarma xətti çəkilərək sahənin bir hissəsinə öz axını ilə, bir hissəsinə isə yeni nasos stansiyası tikilməklə 8 kilometr uzunluğunda təzyiqli boru xətti çəkilərək suvarma suyu verilmişdir. Babək rayonunun Kərimbəyli və Kültəpə kəndlərində 217 hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasını təmin edən suvarma şəbəkəsinin, Kəngərli rayonunun Böyük­düz və Xok kəndlərində 117 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Babək rayonunun Nehrəm kəndində 1170, Culfa rayonunun Bənəniyar kəndində isə 1050 hektar, ümumilikdə, 2220 hektar torpaq sahəsində müasir suvarma sistemi qurulmuşdur. Bundan əlavə, tutumu 150 milyon kubmetr olan Arpaçay Su Anbarı Şərur, Sədərək və Kəngərli rayonlarında suvarma işini xeyli yaxşılaşdırmışdır. Ümumilikdə, muxtar respublikada 62 min hektara yaxın əkinəyararlı torpaq sahəsi mövcuddur ki, bunun da 52 min hektara yaxını suvarılan sahələrdir.
Muxtar respublikamızda görülən işlərin nəticəsidir ki, kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin artırılması ilə bağlı atılan uğurlu addımlar öz bəhrəsini verməkdədir. Belə ki, həyata keçirilən tədbirlərin nəticəsi olaraq muxtar respublikada 2018-ci ilin məhsulu üçün qəti əkin sahəsi 61 min 935 hektar təşkil etmişdir. Bu da 2017-ci illə müqayisədə 404 hektar çoxdur.

Muxtar respublikada qəti əkinin dinamikası

2018-ci ildə muxtar respublikada cəmi əkin sahəsinin 57,8 faizini dənli və dənli-paxlalılar (qarğıdalı ilə birlikdə), 10 faizini tərəvəz bitkiləri, 4,5 faizini ərzaq üçün bostan ­bitkiləri, 5,2 faizini kartof, 0,5 faizini texniki bitkilər, 22 faizini isə yem bitkiləri təşkil etmişdir.

Ardını oxu...

Muxtar respublikada yeni texnologiyaların tətbiqi sahəsində həyata keçirilən tədbirlər imkan verir ki, əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətləri göstərilsin. 2018-ci ilin birinci yarısında da bu sahədə müəyyənləşdirilən tədbirlər uğurla davam etdirilib, yeni nəsil avtomat telefon stansiyaları qurulub, 1136 yeni telefon nömrəsi istismara verilib.
Bu dövrdə muxtar respublikada dayanıqlı və keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi işi diqqətdə saxlanılıb, ümumilikdə, muxtar respublika üzrə 12 min 515 metr fiber-optik kabel xətti çəkilib. “Evədək optika” layihəsi çərçivəsində 14 fərdi mənzil fiber-optik kabel xətti ilə, 3670 yeni abunəçi isə internetlə təmin olunub.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının internet səhifələrində mətbuat xidməti bölməsi yaradılıb, 221 dinləyicinin kompüter kurslarında təhsil alması təmin edilib. Dövlət Baş Sığorta Agentliyi və onun rayon idarələri arasında sənəd mübadiləsi üçün daxili şəbəkə quraşdırılıb, Dövlət Sosial Müdafiə Fondunun server və şəbəkə avadanlıqları yenilənib.


Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada avtonəqliyyat xidməti günün tələbləri səviyyəsində qurulub. Həyata keçirilən tədbirlər, yaradılan müasir infrastruktur, xüsusilə yeni sərnişin avtobuslarının alınıb gətirilməsi nəqliyyat xidmətinin keyfiyyətini xeyli artırıb.
Nəqliyyatın intensiv hərəkətinin təmin olunması 2018-ci ilin ötən dövründə də diqqətdə saxlanılmış, tədbirlər ke­çirilmiş, taksi və avtobus sürücülərinin muzeylərdə ­seminar-məlumatlandırılması işi davam etdirilmişdir. Ötən dövrdə muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin olunmuş, 496 taksi tərəfindən əhaliyə xidmət ­göstərilmişdir.
2018-ci ilin ötən dövründə İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı avtobus marşrutu ilə Naxçıvandan Bakıya 6 min 202, Bakıdan Naxçıvana isə 6 min 829 sərnişin daşınmışdır. 

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

“İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdirilən layihə ilə yaradılacaq yeni nağdsız ödəniş infrastrukturu sakinlərə mobil telefonlardan istifadə edərək maliyyə əməliyyatları, o cümlədən faktura ödənişlərini və pul köçürmələrini həyata keçirməyə imkan verəcək. Belə imkanların mövcud olması qloballaşan dünyaya inteqrasiya üçün xüsusilə önəmlidir”.
Bu fikirlər iyulun 10-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində “Naxçıvan Muxtar Respublikasında elektron və rəqəmsal maliyyə xidmətləri pilot layihəsi”nə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov bildirib ki, müasir iqtisadi inkişafın mühüm tələblərindən biri elektron ödənişlərin həcminin daha da artırılması və nağdsız hesablaşmaların miqyasının genişləndirilməsidir. Çünki nağdsız hesablaşmalar pul dövriyyəsini daha da sürətləndirməklə bu sahədə çevik idarəetmənin həyata keçirilməsinə və şəffaf­lığa imkan yaradır. Bu baxımdan muxtar respublikamızda əhaliyə müasir səviyyəli keyfiyyətli bank xidmətlərinin göstərilməsi üçün elektron bankçılıq sahəsində fəaliyyətin daha da genişləndirilməsi həyata keçirilən prioritet tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası uğurla davam etdirilir.

Ardını oxu...

2018-ci ilin ötən dövründə muxtar respublikada makroiqtisadi sabitlik qorunub saxlanılmış, özəl bölmənin inkişafına əlverişli şərait yaradılmış, 25 layihə üzrə istehsal sahəsi istifadəyə verilmişdir. Kəndlərdə müasir infrastrukturun yaradılması və istehsal olunan məhsulları sərbəst bazara çıxarmaq imkanları ailə təsərrüfatlarının inkişafı üçün əlverişli şərait yaratmışdır. Cari ilin ötən dövründə 12 ailə təsərrüfatına 145 min manatdan artıq maliyyə dəstəyi göstərilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın giriş hissəsində oxuyuruq: “Arıçılıq iqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsidir. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır”. 

Muxtar respublikada arıçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına və bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaradıb.
Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə muxtar respublikada arıçılıqla məşğul olan sahibkarlar üçün geniş imkanlar açılıb. Bu gün arıçılar onlara göstərilən bu qayğıdan bəhrələnməkdədirlər.

Ardını oxu...

2018-ci ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
iş planına uyğun olaraq bir sıra işlər görülüb. Belə ki, muxtar respublikada aparılmış yazlıq kartof, tərəvəz, bostan, paxlalılar, tütün və yem bitkiləri əkinlərinə aqrotexniki qaydada qulluq edilməsi, meyvə və üzüm bağlarında həyata keçirilən becərmə tədbirləri barədə torpaq mülkiyyətçilərinin maarifləndirilməsi, tütünçülüyün inkişaf etdirilməsi məqsədilə görüşlər keçirilib.
Muxtar respublikamızda ot, taxıl biçini kampaniyası dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi məqsədilə Kənd Təsərrüfatı və Fövqəladə Hallar nazirliklərinin təsdiq etdikləri tədbirlər planına uyğun olaraq aid dövlət orqanlarının əməkdaşları ilə birgə müşavirələr keçirilib.

Ardını oxu...

Naxçıvanda bu təamın ləziz növləri istehsal edilir


   Bu gün şəhərimizin ticarət obyektlərini rəngarəng görünüşlü dondurma çeşidləri bəzəyir. Həmçinin muxtar respublikada fəaliyyət göstərən ictimai iaşə obyektlərində də müştərilərə ləziz dondurmalar təklif olunur. Diqqətçəkici məqam həm də ondadır ki, əvvəllər ticarət obyektlərində yerli dondurma növləri tək-tük gözə dəyirdisə, indi Naxçıvanda istehsal olunan dondurma çeşidləri çoxluq təşkil edir. Sakinlərin əksəriyyəti yerli istehsal növlərinə üstünlük verirlər. Bunu isə həmin dondurmalara qatqının az vurulması, tərkibinin daha çox təbii məhsullarla zənginliyi ilə izah edirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının ən böyük bölgəsi olan və əhalisinin 70 faizinin kəndlərdə yaşadığı Şərur rayonunda ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində görülən tədbirlər davam etdirilir. Dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən digər tədbirlər nəticəsində inkişaf təmin olunub, daxili bazarlarda məhsul bolluğu yaranıb.

Cari ilin ilk rübündə də məhsul istehsalçılarının müasir kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə “Naxçıvan Aqro­lizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 396 min 700 manat dəyərində 26 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə güzəştli şərtlərlə Şərur rayonunda fəaliyyət göstərən sahibkarlara satılıb. Bütün bunlar aqrar sahənin inkişafına öz müsbət təsirini göstərməkdədir. Artıq əkinçilər ərsəyə gələn bitkiləri toplamağa başlayıblar.
Son illər Şərur rayonunda əkilən tərəvəz məhsulları sırasında soğan əsas yerlərdən birini tutur. Bu il Sərxanlı, Şəhriyar, Düdəngə, Cəlilkənd, Mahmudkənd yaşayış məntəqələrində daha çox soğan əkilib. Artıq sahələrdən bol məhsul toplanır.
Qeyd edək ki, keçən il rayonda soğan sahəsinin hər hektarından 130-140 sentner məhsul götürülüb. İndiyəqədərki nəticələr belə deməyə əsas verir ki, bu il məhsul daha çoxdur. Rayonda ümumi tutumu 3 min tondan artıq olan 12 soyuducu anbar fəaliyyət göstərir. Soyuducu anbarlar soğanın, həm də kartofun keyfiyyətli şəkildə saxlanılmasında əkinçilərə şərait yaradır. Torpaq mülkiyyətçiləri artıq qalan məhsulu bu anbarlarda saxlayır və ilboyu satışını təmin edirlər.
Əsasən, taxılçılıq rayonu kimi tanınmış Şərur rayonunda bu mövsümdə 4348 hektar ­buğda və arpa sahəsində biçin keçirilir. Sahələrdə becərmə tədbirləri aqro­texniki tələblərə uyğun ardıcıllıqla aparılıb, bunun nəticəsi olaraq ­zəmilərdə bol məhsul yetişdirilib.

Ardını oxu...

Muxtar respublikada 2018-ci ilin ötən dövründə suvarmanı mütəşəkkil təşkil etmək məqsədilə tədbirlər görülmüş, 35 kilometr yeni suvarma boru xətti, 3 kilometr yeni içməli su xətti çəkilmiş, 12 kilometr suvarma boru xətti, 33 kilometr içməli su xətti təmir-bərpa olunmuşdur. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 22 min 400 metr paylayıcı boru xətti çəkilmişdir.

Sədərək rayonunda “Dəhnə” adlanan ərazidə 8 hektar sahə, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində ­ 39 hektar sahə hamarlanaraq əkin üçün yararlı vəziyyətə gətirilmişdir. Şoranlaşmanın qarşısını almaq məqsədilə, ümumilikdə, 563 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınmışdır. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Naxçıvançay və Cəhriçayda, Qahab və Sirab selovunda, eləcə də Arpaçay vadisində selə qarşı, ümumilikdə, 24 kilometr istiqamətləndirici bənd salınmışdır. Bu dövrdə 8 kəhrizin bərpası başa çatdırılmışdır.

“Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 16,4 kilometr içməli su xətti çəkilmiş, 576 evə su verilərək sayğac quraşdırılmış, müxtəlif diametrli borularla 15,1 kilometr kanalizasiya xətti də çəkilmiş, bütün mənzillər şəbəkəyə qoşulmuşdur. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən­qurulması” layihəsi çərçivəsində Şahbuz şəhər çirkab sutəmizləyici qurğusunda tikinti işləri davam etdirilmişdir. Şərur rayonunun Yengicə kəndində müxtəlif diametrli borularla 29 kilometr su xətti çəkilmiş, 860 ev şəbəkəyə qoşulmuşdur. Ordubad rayonunda ümumi tutumu 18 min kubmetr olan 6 su anbarının tikintisi başa çatdırılmış, 18 subartezian quyusu qazılmışdır. Həmçinin Ordubad şəhərində müxtəlif diametrli borularla 73 kilometr içməli su xətti, 72 kilometr kanalizasiya xətti və anbarlar arasında 7 kilometr təzyiqli boru xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Muxtar respublikada torpaqlardan təyinatı üzrə səmərəli istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi 2018-ci ilin birinci yarımilində də diqqət mərkəzində saxlanılmış, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasında operativlik təmin edilmişdir. Naxçıvan şəhəri və ətraf yaşayış məntəqələrində, Şərur rayonunun Düdəngə, Zeyvə, Danyeri, Tənənəm, Xələc, Ələkli, Arbatan, Cəlilkənd və Sərxanlı kəndlərində 7822 daşınmaz əmlak obyekti plana alınmışdır.

Ardını oxu...

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və mühüm dövlət proqramlarının icrası nəticəsində dinamik inkişaf qorunub saxlanılmış, yüksək nəticələr əldə edilmişdir.
Qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsi olaraq 2018-ci ilin yanvar-may aylarında muxtar respublikada 959 milyon 712 min 800 manatlıq ümumi daxili məhsul istehsal edilmişdir ki, bu da 2008-ci ilin müvafiq dövründəki göstəricidən 4,2 dəfə çoxdur.

Yanvar-may ayları üzrə ümumi
daxili məhsul istehsalı, min manat

2018-ci ilin yanvar-may aylarında ümumi daxili məhsulun 54,8 faizi və ya 525 milyon 431 min 100 manatı məhsul istehsalından, 43,6 faizi və ya 418 milyon 615 min 700 manatı xidmətlərin istehsalından, 1,6 faizi və ya 15 milyon 666 min manatı isə məhsula və idxala xalis vergilərdən yaranmışdır. 2008-ci ilin müvafiq dövründə ümumi daxili məhsulun 42,1 faizi məhsul, 53,2 faizi xidmətlərin istehsalından, 4,7 faizi isə məhsula və idxala xalis vergilərdən yaranmışdır. 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalının artımı sənaye, kənd təsərrüfatı və tikinti sahələrində həyata keçirilən effektiv tədbirlər nəticəsində əldə edilmişdir.

Ardını oxu...

Bu dünyada hamının Tanrı payı, ömür qisməti heç də bərabər olmur. Heç də hamımız həyatın hamar yolları, rəvan axarı ilə getməyib bəzən mənəvi sarsıntılarımız, fizioloji-psixoloji mücadilələrimizlə yaşamaq uğrunda mübarizə aparmalı oluruq. Bu mübarizədə isə taleyə boyun əyməyib həyat­sevərliliyi, intellekti, zəhmətkeşliyi, Vətənə və torpağa bağlılığı ilə özünü cəmiyyətdə təsdiq etmək gücünə qadir olanlar qalib gəlirlər. Fiziki imkanlarının məhdudluğuna rəğmən həyata dördəlli sarılmaları, qabiliyyət və səriştələri ilə cəmiyyətin ən yararlı üzvlərinə çevrilən bu insanlar, əslində, həm də ilahi ərməğan olan cansağlığını, verilən həyat fürsətini dəyərləndirmək üçün bizlərə ibrətli nümunədirlər.
Bu il 94 ton taxıl tədarük etmiş Babək rayonunun Şəkərabad kənd sakini, məhdud fiziki imkanlı fermer Aslan Məhərrəmovla görüşərkən yolboyu beynimdə dolaşan bu fikirləri özlüyümdə bir daha təsdiqlədim. O, taleyinə boyun əyməyib, kiminsə əlinə baxmaqla, təmənnalı yaşamaqla barışmayıb, sözün əsl mənasında, aslan kimi həyatla mübarizəyə qalxıb və əzmi, iradəsi ilə qalib gəlib. Yaşadığı çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, həyatdan, belə desək, əlini, ümidini üzməyib. Dünəndən bu günə çətin bir yol keçib. Heç bir fiziki məhdudiyyət onu nələri isə əldə etməkdən, qazanmaqdan məhrum edə bilməyib. Əksinə, çox sağlam insandan daha artıq zəhmət çəkib, alnının təri ilə özünə gün-güzəran, yaxşı yaşayış qura bilib. Onun dediklərindən: “48 yaşım var. Elə kənddə anadan olmuşam. Gördüyünüz bu ucsuz-bucaqsız torpaq sahələrini ikinci evim hesab edirəm. Bəzən düşünürəm ki, məni həyata bağlayan, yaşamağa vadar edən əsas amillərdən biri də bu üzağardan bağrı qara torpaqdır. Fiziki imkanlarım məhdud olduğuma görə daim dövlətimizin qayğısını, bu sahədə həyata keçirdiyi humanist siyasəti öz üzərimdə hiss etmişəm. 2009-cu ildə isə belə qərara gəldim ki, fiziki məhdudiyyətim əkin-biçin üçün maneə yaratmamalıdır. İlk vaxtlar qohum-qardaş qərarımı heyrətlə qarşıladı. Lakin, nəticədə, yaxşı bir ailə təsərrüfatı qurmağa müvəffəq oldum”.

Ardını oxu...

Muxtar respublikamızda uzun illərdən bəri ucqarlardan başlanan quruculuğun bu günlər Culfa rayonunun Qazançı kəndini də əhatə etməsi yaxın gələcəkdə abadlaşan kəndlərimizin sırasında bu qədim yurd yerinin də müasir siması ilə yer alacağından xəbər verir.
Bu günlər Qazançı kəndinin mərkəzi böyük tikinti meydançasına çevrilib. Burada Culfa rayon Tikinti-Quraşdırma İdarəsi tərəfindən məktəb, həkim ambulatoriyası, kənd və ticarət mərkəzləri üçün yeni binalar inşa edilir. İş icraçısı Babalı Hüseynov tikintilərdə aparılan işlər barədə məlumat verərək bildirdi ki, 216 şagird yerlik məktəb binası ilə yanaşı, bufet, qazanxana və sanitar qovşağın yerləşəсəyi yardımçı bina da tikilir.
Kənd mərkəzi ilə həkim ambu­latoriyası ayrı-ayrı girişləri olan bir binada fəaliyyət göstərəcəkdir. İş icraçısı bu barədə dedi ki, bina zirzəmi qatı ilə birlikdə 3 mərtəbədən ibarətdir. Tikinti, ümumilikdə, başa çatdırılıb. Kənd mərkəzində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kitabxana, mədəniyyət klubu və sair üçün otaqlar istifadəyə veriləcəkdir. Həkim ambulatoriyasında isə kənd sakinlərinə hərtərəfli tibbi xidmət göstərilməsi üçün stomatoloq, ginekoloq, müayinə, manipulyasiya, pediatr, peyvənd otaqları, aptek fəaliyyət göstərəcəkdir. Bu binada son tamamlama işləri görülür. Belə ki, qapılar salınır, döşəməyə parket vurulur.
Ərzaq və təsərrüfat malları mağazaları, qəssabxana, qadın gözəllik salonu, kişi bərbəri fəaliyyət göstərəcək ticarət mərkəzində isə hörgü işləri aparılır.

Xəbərlər şöbəsi

Bu ay şəhər sakinləri talon ilə hansı ərzaq məhsullarını alacaqlar? Bu sual ilə müxbirimiz Naxçıvan Şəhər Universal Ticarət Birliyinin direktoruna müraciət etmişdir. O demişdir ki, təchizat məsələsində çətinlik və problemlər olmasına baxmayaraq, biz hər ay imkan daxilində şəhər əhalisini bəzi ərzaq məhsulları ilə təmin edirik. Bakıdan Naxçıvana avtomaşınlar ilə malları daşıyıb gətirmək üçün xeyli nəqliyyat xərcləri çəkməli olsaq da, çalışırıq ki, əhali ərzaq normalarını vaxtında ala bilsin. May ayında şəhər əhalisinə yalnız adambaşına 0,5 kiloqram Türkiyədə istehsal olunmuş yağ verilmişdir. Şəkər tozunu isə bu ay vermək mümkün olmayacaq. Ona görə ki, Bakıda ticarət bazarlarında şəkər tozu olmadığına görə alıb gətirə bilmədik. Bakının özündə də əhaliyə ərzaq normaları verilmir. Qaldı ki, gündəlik tələbat malları – sabun, kibrit, yuyucu toz və digər çoxişlənən mallar da Azərbaycan Respublikasının ticarət bazalarında yoxdur. Azərbaycan Respublikasının Ticarət Nazirliyindən bizə bildirdilər ki, ərzaq malları və çoxişlənən mallar alınan kimi muxtar respublikanın normaları veriləcəkdir. Yeri gəlmişkən deyim ki, muxtar respublikanın yerli sənaye müəssisələrindən, ət-süd kombinatından, quşçuluq fabrikindən, şərab zavodlarından yeyinti məhsullarını da ala bilmirik. Bu müəssisələr istehsal etdikləri malları özlərinin firma mağazalarında satırlar. Bu məsələ ilə əlaqədar muxtar respublika Ali Məclisi qarşısında məsələ qaldırmışıq.
Əvvəlki aylardan ehtiyat saxladığımız və Bakıdan az miqdarda aldığımız şəkər tozu, yağ, sabun, yuyucu toz və digər malları şəhərin bağlı müəssisələrinə, uşaq evinə və veteranlar mağazalarına bölmüşük. Şəhər əhalisinə demək istəyirəm ki, Bakıdan ərzaq və çoxişlənən mallar alınan kimi əhaliyə çatdırılacaqdır.

“Şərq qapısı” qəzeti
11 iyul 1994-cü il

Muxtar respublika iqtisadiyyatının inkişafı insan sağlamlığı
amili ilə paralel aparılır

Tarixin müxtəlif dövrlərində ölkəmizə qarşı torpaq iddiaları ilə ərazilərini genişləndirmək fikrində olan nankor qonşularımız 1988-1990-cı illərdə yenidən eyni arzu ilə sərhədlərimizi pozub, məkrli işğal planlarını həyata keçirməyə cəhd etdilər. Həmin planların ölkə üçün ağır nəticələrindən biri də muxtar respublikamızın blokada vəziyyətinə salınması oldu. Artıq 28-ci ilini yaşadığımız blokadanın ilk illərində muxtar respublikamız çox böyük çətinliklərlə qarşılaşdı. 

Yaranmış vəziyyət elektrik enerjisinin, təbii qazın kəsilməsi, istehsal müəssisələrinin fəaliyyətinin dayandırılması, yüzlərlə sakinin öz iş yerlərini itirməsi, insanların qaranlıqda, soyuqda qalması, hər ailədən ən azı 1-2 nəfərin evini tərk edib işləmək üçün qonşu dövlətlərə getmələri ilə nəticələndi. Mərkəzlə əlaqələrin tamamilə kəsilməsi muxtar respublikada ehtiyat qida məhsullarının qıtlaşmasına səbəb oldu. Bu isə insanları ağır həyat tərzi ilə üz-üzə qoydu. Yaşamaq üçün ən önəmli qida məhsulu sayılan çörəyin azlığı, ailənin çörəyə olan birgünlük ehtiyacını ödəmək üçün həmin günün yarıdan çoxunun çörək növbələrində itirilməsi o dövrlərin ən acınacaqlı hallarından biri idi.

Ardını oxu...

“Naxçıvan Tikiş” Açıq Səhmdar Cəmiyyəti istehsal etdiyi geniş çeşiddə geyimlərlə muxtar respublikada əhalinin müxtəlif idarələrdə çalışanlar üçün nəzərdə tutulan xüsusi geyim formalarına, məktəbli və tələbələr üçün geyim dəstlərinə tələbatlarını ödəyən mühüm yüngül sənaye müəssisələrindəndir.
“Naxçıvan Tikiş” Açıq Səhmdar Cəmiyyəti istehsal etdiyi digər geyimlərlə bərabər, məktəbli geyim formalarının tikilişi üzrə də muxtar respublikamızda öncül sahibkarlıq obyektlərindən biridir.
40 nəfərə yaxın işçinin çalışdığı müəssisədə olarkən müəssisə rəhbəri Rövşən Abdinov qeyd etdi ki, muxtar respublikamızda özəl sektorun inkişafına göstərilən qayğı onların da fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulmasına imkan verib. Belə ki, ötən dövr ərzində fabrik 2 dəfə Sahibkarlığa Kömək Fondu tərəfindən verilən güzəştli kreditlərdən bəhrələnib, burada Rusiya, Almaniya və Çin mənşəli avadanlıqlar quraşdırılıb.
Göstərilən qayğı üçün dövlətimizə minnətdarlıq edən müəssisə rəhbəri bildirdi ki, yeni avadanlıqların köməyi ilə kəsim, tikim və pres işlərinin kompüterlə idarə olunması, eyni zamanda enerjiyə, xammala daha çox qənaət etmək və məhsulun keyfiyyətini yüksəltmək mümkündür. Bu avadanlıqlar vasitəsilə tikilən kostyumlar, tələbələr üçün geyim dəstləri keyfiyyəti ilə seçilir. Fabrikdə çalışan usta və dərzilərdən Sünbül Nəbiyeva, Sona Abbasova və Bədir Fətullayeva bildirdilər ki, müəssisənin imkanlarından istifadə etməklə daha yaraşıqlı, müasir dəbli paltarlar tikirlər.

Ardını oxu...

20 ildən artıqdır ki, muxtar respublikamızda yolların abadlaşdırılması, müasir standartlara cavab verməsi üçün ardıcıl tədbirlər görülüb və görülməkdədir. Müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodlarının, qum-çınqıl karxanalarının istifadəyə verilməsi muxtar respublikada keyfiyyətli avtomobil yollarının çəkilməsinə imkan yaradır. Babək rayonu ərazisində yeni asfalt zavodunun qurulması da keyfiyyətli asfalt istehsalı və avtomobil yollarının çəkilməsi işini sürətləndirəcək.
Yeni zavodda daha keyfiyyətli asfalt istehsal ediləcək. Zavod Arazqırağı ərazidə inşa olunur. Aprel ayının əvvəlindən tikintisinə başlanılan zavodda ən yeni texniki göstəricilərə malik avadanlıqlar quraşdırılır. Zavoda qaz, elektrik və su xətlərinin çəkilişi başa çatdırılıb. Avadanlıqların quraşdırılması da yekunlaşmaq üzrədir. Bununla yanaşı, müəssisənin ərazisində də abadlıq işləri aparılır. Zavod istifadəyə verildikdən sonra saatda 240 ton yüksəkkeyfiyyətli asfalt istehsal olunacaq. Bu, muxtar respublikada ən böyük asfalt zavodu olacaq. Qeyd edək ki, zavodun yaxın günlərdə fəaliyyətə başlaması planlaşdırılır.

Xəbərlər şöbəsi

İyunun 28-də Ankara şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin ikinci iclası keçirilib.
İclasdan əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfekçi ilə görüşüb. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovun da iştirak etdiyi görüşdə iki ölkə arasında bütün sahələrdə, o cümlədən ticarət-iqtisadi və xüsusilə də gömrük işi sahəsində əməkdaşlıq əlaqələrinin dinamik inkişaf etdiyi və dünya ölkələrinə nümunə olduğu vurğulanıb.
Tərəflər qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, birgə əməkdaşlığın və ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacibliyini önə çəkiblər.
Gömrük məsələləri üzrə Birgə Komitənin iclasında çıxış edən Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinin müşaviri Cenap Aşçı ölkəsinin gömrük sistemində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr, Türkiyə və Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında artıq ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin doqquzuncu tirajının qalibləri müəyyənləşib. 1 yanvar 2018-ci il tarixdən 1 iyun 2018-ci il tarixədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar. Hədiyyə alanlar arasında Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək ­rayonlarının sakinləri də vardır. 

Dünən Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə çıxış edən vergilər nazirinin müavini, Baş vergi xidməti müşaviri Fərrux Əkbərov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş 2 mart 2016-cı il tarixli “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Vergilər Nazirliyinə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsi tapşırılıb. Qeyd olunub ki, 1 iyun 2018-ci il tarixə muxtar respublikanın ticarət və iaşə obyektlərində 1266 ədəd POS-terminal quraşdırılıb.
Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Tapdıq Əliyev vurğulayıb ki, müasir dövrdə maliyyə infrastrukturunun əsas tərkib hissələrindən biri olan elektron ödəniş sistemi maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, muxtar respublikada nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində aparılan maarifləndirici və stimullaşdırıcı tədbirlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, muxtar respublika üzrə 2018-ci ilin ilk 5 ayı ərzində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin həcmi 15 milyon 294 min manata çatıb.

Ardını oxu...

Yaşıl kart sığortası nədir? Bu sığorta növü hazırda, əsasən, Avropa ölkələrində geniş tətbiq olunan Yaşıl kart sistemi buna qoşulmuş bütün ölkələrdə tanınan vahid mülki məsuliyyət sığortası növüdür.
Səyahətçilər avtomobillərlə bir ölkədən başqa bir ölkəyə səyahət etdiyi zaman tətbiq olunan Yaşıl kart sığortası bir çox cəhətlərinə görə sürücülər üçün çox faydalıdır. Belə ki, ölkə ərazisində hərəkət zamanı tələb olunan standart mülki məsuliyyət sığortasından fərqli olaraq müəyyən müddətə belə sığorta şəhadətnaməsini alan avtonəqliyyat vasitəsi sahibləri xarici ölkələrə hər gedişi üçün yeni müqavilələr bağlamaqdan azad olurlar. Başqa sözlə, Yaşıl kart bu sistemə qoşulmuş ölkə­lərin ərazisində tanınan bir mülki məsuliyyət sığortası şəhadətnaməsi kimi hər bir sığortalıya rahat səyahət zəmanəti verir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli ­Sərəncamına əsasən hər il iyunun 24-ü Azərbaycanda maşınqayırma sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər ­Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilmişdir. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilmişdir.
Bu gün ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi ildən-ilə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi müasir inkişaf mərhələsinə qədəm qoymuşdur. İqtisadiyyatda əldə olunmuş makroiqtisadi sabitlik, dinamik iqtisadi artım və əhalinin sosial rifahının yüksəldilməsi sahəsində qazanılan uğurlar həyata keçirilən sistemli və ardıcıl fəaliyyətin nəticəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agent­liyi may ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartlar səviyyəsinə uyğunluğunu diqqətdə saxlamış, ümumilikdə, məhsulların 102 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilmiş və sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 35 müraciət operativ icra olunmuşdur.

Ardını oxu...

Muxtar respublikada 2018-ci ilin yanvar-may aylarında 959 milyon 712 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 2116,7 manata çatıb.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu sahə üzrə 431 milyon 456 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

* * *

Vəsait qoyuluşları çərçivəsində 2018-ci ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 394 milyon 770 min 400 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 2,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 373 milyon 660 min manatı və ya 94,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

* * *

Bəhs olunan dövrdə 52 milyon 123 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 8969 tona, süd istehsalı isə 35 min 589,2 tona çatıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,1 faiz, süd istehsalı isə 1,4 faiz artıb.

Ardını oxu...

İyunun 14-də Naxçıvan Biznes Mərkəzində 6-cı Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018” keçirilib.

Ardını oxu...

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2018-ci ilin may ayında da uğurla davam etdirilib. Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 384 nömrəlik NGN tipli yeni nəsil avtomat telefon stansiyası istifadəyə verilmişdir. Hesabat ayında 179 yeni telefon nömrəsi istismara verilmiş, muxtar respublika ərazisində, ümumilikdə, 1070 metr fiber-optik kabel xətti çəkilmişdir. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən genişzolaqlı ADSL texnologiyası vasitəsilə 634 yeni abunəçi internetlə təmin olunmuşdur.
Bəhruz Kəngərli Muzeyinin internet səhifəsi hazırlanaraq istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət təşkilatlarının internet səhifələrində isə mətbuat xidməti bölməsi yaradılmış, elektron hökumət portalında yeni­lənmə işləri davam etdirilmişdir.
Şərur Rayon Mərkəzi Avtomat Telefon Stansiyasına, Culfa Rayon Mərkəzi, Yaycı, Camaldın, Əlincə və Kırna avtomat telefon stansiyalarına yeni avadanlıqlar quraşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

“Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Şərur və Babək rayonlarında torpaq sahələrinin konturlarının çöl geodeziya ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi və parametrlərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi davam etdirilir. Planaalma işləri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Dövlət Yer Quruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən müasir geodeziya-ölçü avadanlıqlarından istifadə edilməklə yüksək dəqiqlik və keyfiyyətlə yerinə yetirilir.
May ayı ərzində Şərur rayonu üzrə Cəlilkənddə 64, Tənənəmdə 283, Danyeridə 488, Xələcdə 213, Arbatanda187, Babək rayonunun Zeynəddin kəndində 278 daşınmaz əmlak obyekti plana alınıb. Ümumilikdə, ay ərzində 1513, cari ilin əvvəlindən isə muxtar respublika üzrə 6593 daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları komitənin informasiya bazasına daxil edilib. Bununla da, plana alınaraq informasiya bazasına daxil edilən torpaq sahələrinin sayı 28 minə çatdırılıb.
Şahbuz rayonunun Kolanı, Nursu, Sələsüz və Gömür bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanıb. Kadastr xəritələrinin məlumatları ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılmaqla aparılıb.
Hazırda yeni texnologiyalardan, müasir çöl-ölçmə cihaz və avadanlıqlarından və aerokosmik çəkiliş materiallarından istifadə olunmaqla ölçü işləri başa çatmış yaşayış məntəqələrinin ərazilərində mülkiyyət növündən və təyinatından asılı olmayaraq, bütün torpaq sahələrinin ölçüləri, sərhədləri, konfiqurasiyası dəqiqləşdirilir, torpaqların növləri üzrə kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişikliklər müəyyən edilir.


Naxçıvan Muxtar Respublikası Daşınmaz
Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 9-da Naxçıvana səfəri çərçivəsində muxtar respublikada kənd təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən tədbirlərlə tanış olub, fermer təsərrüfatları ilə maraqlanıb.
İnam Kərimov əvvəlcə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə gəlib. Məlumat verilib ki, cəmiyyət 2005-ci ilin yanvar ayında fəaliyyətə başlayıb. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında da bazaları yaradılaraq lazımi texnika və texnoloji avadanlıqlarla təchiz edilib. Bildirilib ki, fəaliyyətə başladığı dövrdən cəmiyyətə müxtəlif adda 2248 müasir texnika və texnoloji avadanlıq alınıb. Gətirilən avadanlıqların 1752-si lizinq yolu ilə torpaq mülkiyyətçilərinə satılıb. Nazirə cəmiyyətin ehtiyat hissələri anbarı, təmir sexləri, gübrə anbarları barədə də ətraflı məlumat verilib. O da qeyd olunub ki, cəmiyyətin mərkəzi və rayon bazalarında bitkiçilik və baytarlıq aptekləri də yaradılıb.

Ardını oxu...

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci ilin ilk ixrac missiyası Rusiyanın Həştərxan vilayətinə təşkil olunub. İxrac missiyasına ölkəmizdə emal və kənd təsərrüfatı, yüngül sənaye, tikinti və digər sahələrdə fəaliyyət göstərən 30-dan çox yerli şirkətin nümayəndəsi daxildir.

Ardını oxu...

Son illər muxtar respublikada həyata keçirilmiş iqtisadi siyasət nəticəsində mühüm nailiyyətlər əldə olunub, iqtisadiyyat şaxələndirilib, yeni məhsul növlərinin istehsalı təmin edilib.
Muxtar respublikanın kompleks inkişafının təmin olunmasında qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər), Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə dövlət pro­qramlarının uğurlu icrası ümumi inkişafa stimul verib.
Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2017-ci ildə muxtar respublikada 2 milyard 701 milyon 663 min manat dəyərində ümumi daxili məhsul istehsalı qeydə alınıb ki, bu da 2007-ci ildəki göstəricidən 5 dəfə çoxdur. Bu dövrdə sənaye məhsulu 7,9, kənd təsərrüfatı məhsulu 3,7 dəfə artıb.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, 2017-ci ilin sonuna muxtar respublikada 372 növdə məhsul istehsal olunub. Onların 125 növü ərzaq, 247 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR