23 Dekabr 2024, Bazar ertəsi

Sərhəd bölgəmiz olan Sədərək rayonunun sakinləri torpağı qorumağı bacardıqları kimi, bu qiymətli sərvətdən səmərəli istifadə etməyi də diqqətdə saxlayırlar. Bölgədə aqrar sahənin inkişafına göstərilən hərtərəfli qayğıdan ruhlanan torpaq mülkiyyətçiləri hər il uğurlu nəticələr qazanır, məhsul bolluğu yaradılmasında fəallıq göstərirlər.
Ən önəmli cəhət isə odur ki, Sədərəkdə də artıq əkinçi sərbəstdir. Torpağa yiyələnib, azad sahibkara çevrilib. Kiminsə hökmü ilə işləmir. Torpaqlarımız üçün məhsuldar olan əkinlərə üstünlük verir. Tədarük etdiyi məhsulun satışında da heç bir çətinlik yaşamır. Bu da kənd adamlarının əkib-becərmək imkanlarını genişləndirib.
Əsas qida məhsulu olan buğdanın əkilib-becərilməsinə və bu bitkinin məhsuldarlığının artırılmasına muxtar respublikamızın hər yerində olduğu kimi, bu bölgədə də ciddi diqqət yetirilir. Başlıca məqsəd barlı­-bərəkətli torpaqlarımızdan daha çox məhsul götürmək, taxılçılığa diqqəti artırmaqdan ibarətdir.
Məlumat üçün bildirək ki, cari ilin məhsulu üçün 2466 hektar sahəyə taxıl əkilib. İndi rayonun taxıl sahələri “sarı kəhrəba dənizi”ni xatırladır. Zəmilər bolluq, bərəkətdən soraq verir.
İyulun 9-na olan operativ məlumata görə, taxıl əkini sahələrinin 952 hektarında biçin işləri başa çatdırılıb. Hektarın orta məhsuldarlığı 32,2 sentnerdir. Taxıl tədarükündə 3 ədəd kombayn və eyni sayda yükdaşıyan maşından istifadə olunur, 2 ədəd küləşbağlayan aqreqat da taxılçıların ixtiyarındadır.

Sərxan İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR