23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada 2018-ci ilin yanvar-may aylarında 959 milyon 712 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 2116,7 manata çatıb.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu sahə üzrə 431 milyon 456 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

* * *

Vəsait qoyuluşları çərçivəsində 2018-ci ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 394 milyon 770 min 400 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 2,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 373 milyon 660 min manatı və ya 94,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

* * *

Bəhs olunan dövrdə 52 milyon 123 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 8969 tona, süd istehsalı isə 35 min 589,2 tona çatıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,1 faiz, süd istehsalı isə 1,4 faiz artıb.

 

* * *

2018-ci ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 20 milyon 746 min manat olub ki, bu da 2017-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,4 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 16 milyon 822 min manat təşkil edib və bir il öncəyə nisbətdə 1,8 faiz artıb.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, 2018-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 22 milyon 891 min 300 manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 2,5 dəfə çoxdur. Verilmiş kreditlərin 2 milyon 306 min 100 manatı və yaxud 10,1 faizi qısamüddətli, 20 milyon 585 min 200 manatı və yaxud 89,9 faizi uzunmüddətli kreditlər olub.

* * *

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 382 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 256 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilib.
1 iyun 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 71 min 969-a çatıb. Bunun da 62 min 984-ü və ya 87,5 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar-may aylarında açılmış 7123 bank hesabının 7036-sı aktiv hesablar olub.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 iyun 2018-ci il tarixə 1266-ya çatdırılıb.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2018-ci ilin yanvar-may aylarında 144 milyon 70 min 200 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 127 milyon 140 min 700 ABŞ dolları təşkil edib, 110 milyon 211 min 200 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

* * *

2018-ci ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 420,5 manata çatıb ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

* * *

1 may 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3778 nəfər artaraq 453 min 763 nəfər olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR