23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində saxlanılır. Komitənin məlumat bazasının formalaşdırılmasında, fəaliyyət istiqamətləri üzrə xidmətlərin əhaliyə çatdırılmasında, çöl geodeziya-ölçmə işlərinin aparılmasında bu sahənin imkanlarından geniş istifadə olunur.
Komitədə məlumatların vahid mərkəzdən idarə olunması təmin edilib. Şəhər və rayon idarələri ilə məlumat mübadiləsinin təşkil olunması üçün fiber-optik kanallar vasitəsilə idarələrin mərkəzləşdirilmiş məlumat bazasına qoşulması və mövcud məlumatlardan operativ xidməti istifadə imkanları yaradılıb.

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə komitədə elektron məlumat bazası formalaşdırılıb, 244 minə yaxın torpaq mülkiyyətçisi barədə məlumatlar, 2700-dən artıq müxtəliftipli xəritə materialları, 54 mindən çox əmlaka dair mülkiyyət və texniki sənədlər elektronlaşdırılaraq məlumat bazasına yığılıb.
Daşınmaz əmlakın dövlət reyestrinin daha çevik və etibarlı aparılması məqsədilə tətbiq edilən elektron qeydiyyat sisteminin imkanları daha da genişləndirilib. Bu sistem ərizələri elektron formada qəbul edərək icra üçün yönəldir, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədləri çap edir, müxtəlif növ hesabatlar hazırlayır.
Komitə tərəfindən göstərilən 23 növ elektron xidmətin Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalı (www.­­e-ho­kumet.nmr.az) və komitənin internet saytı (www.emlak.nakhchivan.az) vasitəsilə istifadəçilərə təqdim olunması, dövlət rüsumunun və xidmət haqqının onlayn qaydada ödənilməsi təmin edilib. 2018-ci ilin birinci yarımili ərzində elektron xidmətlərdən 212 müraciət daxil olub və icra edilib.
Komitənin fəaliyyət istiqamətləri üzrə ­vətəndaşlara səyyar xidmətlərin göstərilməsi zamanı informasiya texnologiyalarının imkanlarından istifadə diqqət mərkəzində saxlanılıb.
Hazırda torpaqların elektron kadastr uçotu informasiya sisteminin fəaliyyətini təmin edəcək proqram təminatının yaradılması işi davam etdirilir. Bununla yanaşı, rəqəmsal kadastr xəritəsinin tərtib olunması üçün müasir geodeziya-ölçü avadanlıqlarının tətbiqi ilə çöl geodeziya-ölçmə işləri aparılır.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR