Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi bu ilin fevral ayında da uğurla davam etdirilib. Ötən ay mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində 192 yeni telefon nömrəsi istismara verilib, 6 min 700 metr fiber-optik kabel xətti çəkilib, 857 yeni abunəçi internetlə təmin olunub.
Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması, bu barədə işəgötürənə məlumat verilməsi, əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi və elektron xidmətlərin portala inteqrasiya edilməsi başa çatdırılıb. Dövlət Sosial Müdafiə Fondunun server və şəbəkə avadanlıqları, fondun rayon şöbələrinin kompüterləri yenilənib, mərkəzlə əlaqələri təmin edilib.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti