23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında yaz suvarma mövsümünə hazırlıqla əlaqədar nəzərdə tutulan tədbirlər fevral ayında da diqqətdə saxlanılıb, sututarlarına suvarma suyunun yığılması, kanal və arxlarda, nasos stansiyalarında, hidrotexniki qurğularda təmir işləri davam etdirilib. Bu dövrdə 47 kilometr kanal, 28 kilometr ara arxı, 3 kilometr kollektor lildən təmizlənib, 3 kilometr yeni suvarma boru xətti çəkilib. Babək, Şərur, Culfa və Sədərək rayonlarında 89 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Bundan başqa, Sədərək və Kəngərli rayonlarında 36 hektar torpaq sahəsi hamarlanaraq əkin üçün yararlı hala salınıb.
“Rayon mərkəzləri və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 3 kilometr içməli su və 2 kilometr kanalizasiya xətti çəkilib, 135 evə su, 100 evə isə kanalizasiya xətti birləşdirilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR