23 Dekabr 2024, Bazar ertəsi

Ağbulaq kəndində torpaq sahələrinin ölçülərinin dəqiqləşdirilməsi başa çatdırılmış, 157 daşınmaz əmlak obyekti plana alınaraq kəndin yeni yerquruluşu xəritəsi hazırlanmışdır. Torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasındakı mövcud uyğunsuzluqlar müəyyənləşdirilmiş, qanunvericiliyə uyğun aradan qaldırılmışdır. Tikililərin kütləvi texniki inventarlaşdırılması aparılmış və pasportlaşdırılması üçün ölçüləri dəqiqləşdirilmişdir. Komitənin səyyar xidmət qrupu tərəfindən texniki sənədlərin hazırlanması və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün yaşadıqları ərazidə vətəndaşların müraciətləri qəbul edilmişdir. Artıq Ağbulaq kəndində tikililərin pasportlaşdırılması tam başa çatdırılıb.

Ardını oxu...

Fevralın 27-də İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək, ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Naxçıvan Biznes Mərkəzinə gələn nümayəndə heyəti burada sərgilənən istehsal məhsulları ilə yaxından tanış olub. Məlumat verilib ki, muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
Qonaqlar Naxçıvanda fəaliyyət göstərən istehsal müəssisələrində də olublar. “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi ilə tanışlıq zamanı nümayəndə heyətinə bildirilib ki, müəssisədə 5620 kvadratmetr sahədə dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Təcrübəli mütəxəssislərin çаlışdığı müəssisədə istehsal prosesi avtomatlaşdırılıb, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal iş şəraiti yaradılıb. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir. Kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş texnoloji avadanlıqlarda verilən sifarişə uyğun işlər avtomatlaşdırılmış şəkildə yerinə yetirilir.

Ardını oxu...

Hər dəfə Naxçıvanın dünənindən və bu günündən söhbət düşəndə, heç şübhəsiz, burada yaşayan insanların həyat səviyyəsinin dəyişilməsi və yüksək yaşayış standartlarının yaradılmasına gətirib çıxaran yolun izlərinə bir daha qayıdırıq. Bir anlıq keçmişə qayıdanda bu, aydın görünən həmin o izlərdir ki, onlar tarix kimi muxtar respublikanın paytaxtından tutmuş ən ucqar dağ və sərhəd kəndlərinədək bütün diyarımızı çıraqbana, yollarımızı gülzarlığa, kəndlərimizi şəhərlərə çevirən, yay-qış demədən davam etdirilən möhtəşəm quruculuğun  salnaməsini əks etdirir. Muxtar respublikamızın 200-dən artıq yaşayış məntəqəsi arasında sosial-mədəni həyat şəraiti ilə  seçilən kəndlərimizin böyük əksəriyyəti Naxçıvanda aparılan bu inkişaf və quruculuqdan bəhrələnib. 

Müasir Naxçıvanda şəhər mədəniyyətinin yaranması və çiçəklənməsi yaşadığımız diyarda uzaq keçmişdən bu günə qədər müxtəlif dövlətlərin yaranması və geosiyasi maraqların formalaşmasına mühüm təsir edib. Eləcə də Naxçıvanın muxtariyyət statusunu qazanması da yüz ilə yaxın bir müddətdə tarixi ədalətsizliyə məruz qalmış Azərbaycanın ərazi bütövlüyünün qorunması məqsədilə atılmış müdrik addımlardan olub. Daha sonrakı dövrdə Naxçıvanın inkişafı üçün qəbul olunmuş qərarlar və görülmüş bütün işlər məhz bu muxtariyyəti möhkəmləndirməyə öz töhfəsini verib. Burada əhali məskunlaşması və buna müsbət təsir edən amillərin güclənməsi diyarımızda iri yaşayış məntəqələrinin sayının sürətlə artmasına gətirib çıxarıb ki, bunlar arasında muxtar respublikanın şəhər və qəsəbələri ilə yanaşı, sözün əsl mənasında, şəhəri xatırladan iri kəndləri də vardır.

Ardını oxu...

17-21 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood – 2019” beynəlxalq qida sərgisi keçirilib.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə qida sənayesi sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdiriblər.
Naxçıvan şirkətləri də növbəti dəfə vahid ölkə stendi ilə “Gulfood – 2019” beynəlxalq qida sərgisində təmsil olunub. Sərgidə muxtar respublikada fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin unlu-qənnadı məmulatlarını, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin brend məhsullardan olan “Sirab” mineral suyunu nümayiş etdirib. Azərbaycan pavilyonunda nümayiş etdirilən yerli məhsullarımız ziyarətçilərin və mütəxəssislərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Körfəz hövzəsində və Yaxın Şərqdə ən böyük sərgilərdən olan “Gulfood” qida məhsulları sərgisinə bu il 120 ölkə­dən 5 mindən artıq yerli, regional və beynəlxalq şirkət qatılıb.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin konfrans zalında Şərur, Kəngərli və Sədərək rayonlarının sahibkarları üçün “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Tapdıq Əliyev açaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə 12 ədəd strateji yol xəritəsi təsdiq edilib. Bu xəritə üzrə daşınar əmlakın yüklülüyünə dair qanunvericilik təkmilləşdirilib və daşınar əmlakın yüklülüyünün dövlət reyestri yaradılıb.
Tədbirdə çıxış edən idarənin əməkdaşı Elşən Cəfərli daşınar əmlakın yüklülüyünün qanunvericiliyi, dünya təcrübəsində yeri və rolu, iş mexanizmi, bildirişlərin növü, ümumi interfeys, qeydiyyat prosesi, yüklülük predmeti, reyestrin faydaları və digər məsələlər barədə sahibkarlara ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Nail ƏSGƏROV

Naxçıvan Muxtar Respublikasında enerji təminatı bu gün özünün yeni inkişaf mərhələsindədir. Bu sahənin inkişaf etdirilməsi istər ölkə başçısı, istərsə də muxtar respublika rəhbərinin fəaliyyətində hər zaman prioritet istiqamətlərdən olub. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvan ciddi enerji böhranı ilə üzləşən zaman ulu öndərin apardığı danışıqlar nəticəsində 1993-cü ildə İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından isə 63 meqavat elektrik enerjisi nəqlinə başlanılıb.

Bu dövrdən başlayaraq muxtar respublikada müxtəlif gücə malik olan transformator yarımstansiyaları quraşdırılıb, yüksək­gərginlikli elektrik verilişi xətləri çəkilib, idxal olunan elektrik enerjisinin itkisiz paylanması, avadanlıqların yüklənməsinin qarşısını almaq və enerji təchizatının etibarlılığını yüksəltmək məqsədilə ardıcıl tədbirlər görülüb.
Xüsusilə son illər istifadəyə verilən yeni su elektrik stansiyaları tələbatın dayanıqlı şəkildə ödənilməsində və ixrac imkanlarının yaranmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, ölkə Prezidentinin iştirakı ilə Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyası, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycanda ilk derivasiyatipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat güclü “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları, 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Hazırda muxtar respublikadakı 8 elektrik stansiyasının ümumi gücü 239,4 meqavatdır.

Ardını oxu...

Muxtar respublikada aqrar bölmə daim diqqət mərkəzində saxlanılır. Bu sahənin inkişafına dövlət tərəfindən dəstək verilir, müvafiq qanun və sərəncamlar qəbul olunmaqla kənd təsərrüfatına investisiya qoyuluşu ilbəil artırılır.
Son illər aqrar bölmədə çalışan fermer və torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli dövlət qayğısının nəticəsidir ki, bu sahəyə olan maraq durmadan artır.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağları dövlət tərəfindən hər hektar sahə üçün 40 manat, bundan başqa, buğda istehsalçılarının maddi marağının artırılması və onların stimullaşdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli Qərarına əsasən əkilən 1 hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi təmin olunub. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə ayrılan vəsaitin 25 faiz artırılaraq 50 manata çatdırılması, taxıl əkini üçün verilən gübrə normasının 70 faizinin pulsuz ödənilməsi torpaq mülkiyyətçilərinə əlavə stimul verib.

Ardını oxu...

Muxtar respublikada 2019-cu ilin yanvar ayında 168 milyon 313 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin magistratura üzrə dekanlığında Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən keçirilən təlimdə əvvəlcə universitetin elmi katibi, dosent Məftun İsmayılov çıxış edib. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası istiqamətində keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, təlim məşğələləri tələbə­lərin müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb edilən səviyyədə hərtərəfli məlumata sahib olmalarına şərait yaradır.

Ardını oxu...

Davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri olan səmərəli kreditləşmə muxtar respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Bu baxımdan region iqtisadiyyatının aparıcı sahəsi olan sənaye üzrə əldə olunmuş nəticələr diqqəti cəlb edir.
Belə ki, son beş ildə muxtar respublikada yeyinti, yüngül, mebel, metallurgiya, kimya, tikinti olmaqla, 84 sənaye təyinatlı müəssisənin istifadəyə verilməsi nəticəsində hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Sənaye sahəsi üzrə məhsul istehsalının 94 faizinin özəl bölmənin payına düşməsi Naxçıvanda sahibkarlığa göstərilən dövlət dəstəyinin nəticəsində mümkün olub. Son 5 ildə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən 113 milyon 762 min manatdan artıq kredit verilib ki, bunun 40 milyon 497 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşür.
Cari il fevral ayının 16-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarların görüşü zamanı müxtəlif sənaye məhsulları istehsalı üzrə fəaliyyət göstərən müəssisələrin də işinin genişləndirilməsi üçün onlara kreditlərin təqdim olunması bu qayğının daha bir ifadəsidir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını və yenidən hazırlanmasını, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin, işgüzar keyfiyyətlərinin qiymətləndirilməsini və bu sahədə digər zəruri tədbirlərin görülməsi işini həyata keçirir. Yüksəkixtisaslı kadrların hazırlanması isə bilavasitə maliyyə sisteminin gələcək inkişafının təminatıdır.

Ötən müddət ərzində fəaliyyətin təşkili və tədrisə start verilməsi istiqamətində işlərə başlanmış, təlim materialları və təlimçilərin hazırlığı prosesi aparılmış, mərkəzin maddi-texniki bazası gücləndirilmiş, yeni tədris zalı, elektron lövhə və ən son texnoloji təminata sahib 25 kompüter istifadəyə verilmişdir. Bu təşəbbüslər də, öz növbəsində, tədrisin daha müasir səviyyədə həyata keçirilməsinə imkan vermiş, fəaliyyət prosesində elektron hesablama texnikasından, müasir elmi-texniki informasiyadan səmərəli istifadənin təmin edilməsinə zəmin yaratmışdır.
Ötən müddətdə mərkəzdə təlim materialları hazırlanmış, dövlət büdcəsindən maliyyələşən təşkilatların, habelə digər dövlət idarə və müəssisələrinin maliyyə və mühasibat işçiləri tədrisə cəlb edilmiş, onların bilik səviyyələrinin qiymətləndirilməsi təmin olunmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanvar ayında öz fəaliyyətini nazirliyin illik iş planına uyğun qurmuş, dövlət proqramlarının icrası diqqətdə saxlanılmışdır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar Naxçıvan şəhər və muxtar respublikanın rayonlarında ailə təsərrüfatı sahiblərinin iştirakı ilə ixtisaslaşmış ailə təsərrüfatlarının yaradılması və məhsuldarlığın artırılması yolları mövzularında maarifləndirici tədbirlərin keçirilməsinə başlanılmışdır. Həmçinin meyvə bağlarında, üzümlüklərdə, tərəvəz əkini sahələrində, o cümlədən istixana təsərrüfatlarında becərmə tədbirlərinin aparılmasına dair hüquqi və fiziki şəxslərə tövsiyələr verilmiş, torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüşlər keçirilmiş, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri diqqətdə saxlanılmışdır.

Ardını oxu...

11-15 fevral tarixlərdə Rusiyanın ­Ticarət-Sənaye Palatasının himayəsi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Eksposentr” Mərkəzi Sərgi Kompleksində “Prodekspo – 2019” sərgisi açılıb.

Ardını oxu...

Muxtar respublikanın yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün “Naxçıvanqaz” İstehsalat Birliyində təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Muxtar respublikanın şəhər və rayonlarında yanvar ayında daxil olan müraciətlərə əsasən 128 mənzil və müxtəliftəyinatlı obyekt qazlaşdırılmışdır ki, bunun 118-i əhali, 10-u qeyri-əhali abonentləridir. Qaz təsərrüfatında istismara yararsız vəziyyətə düşmüş xətlərin və avadanlıqların yenilənməsi diqqət mərkəzində saxlanılmış, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülmüş, təbii qazdan qanunsuz istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirilmişdir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkar­lıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursunu bitirənlərə sertifikat verilmişdır.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər və sayğacdan­kənar müdaxilələrin qarşısının alınması üçün reydlər davam ­etdirilmişdir.

“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti

Muxtar respublikada dəmir yolu nəqliyyatında yük və sərnişindaşıma xidmətlərinin səviyyəsi yüksəldilir. Belə ki, yanvar ayında Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 8 min 400 ton müxtəlif təyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 14 min 703 sərnişin daşınmışdır. Culfa Lokomotiv Deposunda lokomotivlər texniki baxışdan keçirilmiş, Culfa İstismar Vaqon Deposunda vaqonlar cari təmir edilmişdir. İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün dağüstü kanallarda, körpü yataqlarında, küvetlərdə və beton borularda təmir işləri aparılaraq tullantılar təmizlənmişdir. Dəmiryol obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlər davam etdirilmiş, alçaq və yüksəkgərginlikli elektrik ötürücü hava və kontakt şəbəkəsi xətlərində təmir işləri aparılmışdır.
Muxtar respublikamızda dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi məqsədilə Culfa stansiyasında İstismar Vaqon Deposunda tikinti işləri davam etdirilmiş, xidməti ərazidəki bütün bina, tikili və qurğularda, eləcə də istismarda olan lokomotiv və sərnişin vaqonlarında yanğına qarşı texniki müayinə keçirilmiş, aşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyəti

Sahibkarlığın inkişafı iqtisadi tərəqqinin əsas meyarlarındandır. Çünki istənilən bölgənin tərəqqisi sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. İllərdir, dünya təcrübəsi də göstərir ki, bazar iqtisadiyyatı şəraitində bu sahəni inkişaf etdirmədən heç bir tərəqqidən, yeniliklərin tətbiqindən, ümumilikdə isə hərtərəfli inkişafdan danışmaq mümkün deyil. Buna görədir ki, ümummilli lider Heydər Əliyev deyirdi: “Sahibkar­ların səmərəli işləməsi Azərbaycanın iqtisadi inkişafını təmin edən amildir. Ona görə də biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkar­lıqla, onun inkişafı ilə bağlayırıq”.

Təbii ki, ulu öndərimizin sahibkar­lığa bu cür yanaşması ölkəmizdə özəl sektorun formalaşmasına böyük təsir göstərmişdir. Bazar iqtisadiyyatına keçidin uğurla başa çatdırılması sahibkarlıq subyektlərinin sayının daha da artmasına gətirib çıxarmış, nəticədə, milli iqtisadiyyatda özəl sektorun payı xeyli yüksəlmişdir. Bu yüksəlişi təmin edən əsas meyarlardan biri də dövlətin özəl sektorun inkişaf etdirilməsinə göstərdiyi diqqət və işgüzar mühitin yaradılmasıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2019-cu ilin yanvar ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətə­davamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamış, məhsulların 65 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilmişdir.
Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 43 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 62 halda laboratoriya analizləri aparılmış və standartların tələblərinə uyğun olduğu müəyyən edilmiş, məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 36 müraciət operativ icra edilmişdir. Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 18 məktəbin bufetində, 6 digər təhsil müəssisəsinin bufet və yeməkxanasında və 10 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 10 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmışdır.

Ardını oxu...

Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ona görə də sahibkarlığın inkişafına geniş meydan verilməsi və bu sahəyə dövlət yardımının ilbəil artırılması böyük əhəmiyyətə malikdir. Son illərdə diyarımızda aparılan meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumlarının artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-­tərəvəz emalı müəssisələrinin fəaliyyətə başlaması sahibkarlığın da sürətli inkişafına əlverişli şərait yaradıb. Görülən işlər isə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Bütün bunlar da muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin genişləndirilməsini, yeni müəssisələrin və iş yerlərinin açılmasını təmin edib. Belə istehsal müəssisələrindən biri də Şərur rayonunun Zeyvə kəndində fəaliyyət göstərən quşçuluq təsərrüfatıdır.
Bu günlərdə həmin müəssisədə olduq. “Məmmədtağı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Məmməd Tağıyev bildirdi ki, müəssisə 7 hektarlıq geniş bir ərazini əhatə edir. Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə istehsal sahəsində Türkiyə, İtaliya mənşəli müasir avadanlıqlar quraşdırılıb. Eyni zamanda avtomatik rejimdə işləyən havalandırma və istilik sistemləri qoşulub, enerji kəsintisinin qarşısını almaq üçün ayrıca generator qoyulub. Müəyyən olunan qrafikə əsasən istehsal sahələrində dezinfeksiya işləri aparılır. Müəssisədə ayrıca kəsim sexi, ümumi tutumu 150 ton olan 2 soyuducu anbar, laboratoriya, yem anbarı, yeməkxana, baytar və digər iş otaqları var.

Ardını oxu...

Muxtar respublikada dinamik sosial-iqtisadi inkişafa nail olunması həyatımızın hər bir sahəsində gözəçarpan uğurlar qazanılmasına stimul verib. İnsan amilinin ön planda olduğu diyarımızda məşğulluğun təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi sosial-iqtisadi inkişafın davamlı xarakter almasına şərait yaradıb.
Son illərdə sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi, yeni emal və istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud obyektlərin isə fəaliyyətlərinin bərpa olunması və mütərəqqi təsərrüfat formalarının tətbiqi yeni iş yerlərinin yaradılmasına və bunun məntiqi nəticəsi kimi insanların məşğulluğuna müsbət təsirini göstərib.
Belə tədbirlər sırasında ailə təsərrüfatlarının yaradılması xüsusi qeyd olunmalıdır. O da vurğulanmalıdır ki, həmin təsərrüfatlara qayğı da unudulmayıb. Təsərrüfatların fəaliyyətində üzləşilən çətinliklərin aradan qaldırılması, onlara metodik köməkliklərin göstərilməsi, maliyyə dəstəyinin təmin edilməsi, ailə təsərrüfatlarının məhsullarının təbliği və satışı üçün məqsədyönlü tədbirlərin keçirilməsi diqqətdə saxlanılıb. Bunun ifadəsidir ki, 2017-ci il noyabr ayının 18-də ilk dəfə olaraq Naxçıvanqalada “Ailə təsərrüfatları məhsulları” festivalı keçirilib. İkinci belə tədbir ötən il reallaşdırılıb.

Ardını oxu...

Hər il ənənəvi olaraq Almaniyanın Berlin şəhərində keçirilən “Beynəlxalq yaşıl həftə” satış sərgisində nümayiş olunan ekoloji təmiz Naxçıvan məhsullarına dünyanın hər yerində maraq yaranmaqdadır. Bu yaxınlarda YouTube video hostinqində “Berlin Travel” adlı istifadəçi tərəfindən yarım milyona yaxın insanın ziyarət etdiyi bu sərgidə təklif olunan Naxçıvan məhsulları haqda maraqlı video­material yerləşdirilib. Videoda “Made in Azerbaijan” brendi altında sərgilənən Naxçıvan məhsulları arasında Naxçıvan duzu, Ordubad mürəbbələri, müxtəlif içkilər, alma sirkəsi, lokum, meyvə quruları və digər məhsullar görünməkdədir.
Qeyd edək ki, əsasən, kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi “Beynəlxalq yaşıl həftə” yüz ilə yaxın bir tarixə malikdir və cari ilin yanvarında keçirilən növbəti sərgidə də Naxçıvan Muxtar Respublikası təmsil olunub.

Əli CABBAROV

Heyvanat aləminin qış fəslində qidaya olan tələbatının ödənilməsi məqsədilə Şahbuz Dövlət Təbiət Qoruğu və Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı ərazilərində biotexniki tədbirlər həyata keçirilmiş, 2000 kiloqram daşduz, 500 kiloqramdan çox buğda, arpa və meyvə-tərəvəz məhsulları ərazilərə səpilmişdir. Həmçinin ötən dövrdə əlverişli iqlim şəraiti olan ərazilərdə yabanı ağac və kol bitkilərinin toxumlarının yığılması və tədarükü davam etdirilmiş, 300 kiloqramdan çox həmərsin, yemişan, badamça, palıd toxumları yığılmışdır.
Xüsusi mühafizə olunan təbiət ərazilərində, qoruq, milli park və yasaqlıqlarda mühafizə tədbirlərinə diqqət artırılmış, əsas miqrasiya dəhlizləri olan, köçəri quşların məskunlaşdığı sututarların ərazisində, Arazboyu ərazilərdə mövcud durumun qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qu­rumları ilə birlikdə monitorinqlər aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Əhalinin ilin bütün fəsillərində təzə tərəvəz məhsulları ilə təmin olunmasında yaradılmış istixanaların mühüm rolu vardır. İnsanların istehlak tələbatında geniş paya sahib olan bu məhsulların yetişdirilməsi həm daxili bazarın təmini, həm də idxaldan asılılığın aradan qaldırılmasına səbəb olur. Ölkəmizdə yaradılan əlverişli biznes mühiti bütün sahibkarlar kimi, “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli ­Cəmiyyətinin də fəaliyyətini genişləndirməyə imkan verib. 

Ardını oxu...

Muxtar respublika iqtisadiyyatının gücləndirilməsində və əhalinin özünüməşğulluğunun təmin olunmasında mühüm rol oynayan arıçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Ötən dövrdə bu sahə üzrə müxtəlif tədbirlər, o cümlədən beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslar keçirilmiş, sahibkarlar pulsuz dərman preparatları ilə təmin edilmişlər. Təkcə 2018-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 336 min 600 manat məbləğində kredit verilmiş, 6 arıçılıq təsərrüfatı və arı yeşiyi, çərçivə (pətək) istehsalı sahəsi yaradılmışdır. Ümumilikdə, son beş ildə təsərrüfat subyektlərinə 1 milyon 778 min 300 manat kredit verilmişdir.
Arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə nail olmaq məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi yaradılmışdır. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası da bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar açmışdır.
Muxtar respublikada 2016-cı ildən başlayaraq “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi və festivalda Ali Məclis Sədrinin iştirakı, arıçılarla görüşməsi, onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması arıçılıq məhsullarının istehsalının artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərmişdir.

Ardını oxu...

Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Sənayenin inkişafına göstərilən bu diqqət ölkəmizin müxtəlif iqtisadi regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında həmin sahənin inkişafına şərait yaradıb.

Hər şeydən əvvəl, vurğulamaq lazımdır ki, sənayenin inkişafı xammala əsaslandığından, bu xammaldan istifadə imkanları, o cümlədən emalı, daşınması, yeni məhsulun istehsalında yararlılıq faizi əsas amillərdən hesab olunur. Muxtar respublikanın ötən əsrin 90-cı illərindən blokada vəziyyətinə salınması sənaye infrastrukturunun yaradılmasında çətinliklər törətsə də, qarşıya qoyulmuş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin inkişafı təmin edilib. Təsadüfi deyil ki, təxminən, son 20 il ərzində muxtar respublikada çoxsaylı yeni müəssisələr istifadəyə verilib, mövcud müəssisələrin fəaliyyətlərinin bərpası və yenidən qurulması diqqət mərkəzində saxlanılıb. Görülmüş işlərin nəticəsidir ki, bu gün muxtar respublikada çörəkbişirmə, qənnadı, mineral su, spirtli içkilər, siqaret, pivə, plastik qapı və pəncərə, plastik su boruları, hörgü və döşəmə üçün kərpic, üzlük daş, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metaləritmə və onlarla digər istehsal sahələri yaradılıb.

Ardını oxu...

Muxtar respublikamızın torpaq-iqlim şəraiti və qədim təsərrüfatçılıq ənənələri burada bol meyvə-tərəvəz yetişdirilməsi üçün olduqca əlverişli imkan yaradır. Bu sahənin inkişafına dövlətin hərtərəfli qayğısı sayəsində əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək məqsədilə zəruri tədbirlər həyata keçirilib, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası uğurla başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib, yerli şəraitə uyğun məhsuldar sortların əkilməsi, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması, bu sahəyə dövlət dəstəyinin, daxili və xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi əsas vəzifələr kimi müəyyənləşdirilib.

Ardını oxu...

Şahbuz rayonunun Qızıl Qışlaq kəndində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ailə təsərrüfatlarının ixtisaslaşması, yeni ailə təsərrüfatlarının yaranması mexanizmləri və müasir kənd təsərrüfatı texnikalarından səmərəli istifadə edilməsinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Ailə təsərrüfatı sahiblərinin iştirak etdikləri tədbiri rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd Bayramov açaraq rayonda bu sahəyə göstərilən dövlət qayğısı və görülmüş işlər haqqında məlumat verib.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov çıxış edərək bildirib ki, muxtar respublikamızda aqrar sahəyə göstərilən hərtərəfli dövlət qayğısından bəhrələnən ailə təsərrüfatları kənd təsərrüfatının bütün sahələrində yeni-yeni uğurlara imza atırlar.

Ardını oxu...

Muxtar respublikanın torpaq-iqlim şəraiti qiymətli ərzaq məhsulu olan kartofun əkilib-becərilməsinə geniş imkanlar yaradıb. Son illərdə bu sahənin inkişafına göstərilən qayğı hesabına uğurlu nəticələr qazanılıb,  2019-cu ilin“Ailə təsərrüfatları ili” elan edilməsi isə kartofçuluqla məşğul olan torpaq mülkiyyətçilərini daha da ruhlandırıb. 

Uzun illərin təcrübəsi və aparılan təhlillər göstərir ki, kartof əkinlərinə düzgün aqrotexniki qulluq göstərdikdə vahid sahədən başqa bitkilərə nisbətən daha artıq gəlir götürmək olur. Yadda saxlamaq lazımdır ki, kartofun becərilməsində hər hansı bir aqrotexniki tədbir aparmadıqda və ya yubatdıqda bu, məhsuldarlığa 70-80 faizə qədər mənfi təsir göstərir. Ona görə də bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Kartof münbit, dənəvər, havanı yaxşı keçirən, yüngül, qumsal az və orta gilli torpaqları sevir. Bu bitkinin qida maddələrinə tələbatı böyükdür. Belə ki, kartof torpaqdan 26 adda qida elementi götürür. Bu ərzaq məhsulu üçün ən yaxşı sələf bitkiləri payızlıq buğda, arpa, çoxillik paxlalılardır. Kartofun öz fəsiləsindən olan (kartof, pomidor, bibər, badımcan və sair) bitkilərdən sonra əkilməsi məsləhət deyildir.

Ardını oxu...

Sədərək rayonunun Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir. Laboratoriya iqtisadi, strateji əhəmiyyətə malik olmaqla yaxın qonşu ölkə­lərdən gələn Araz və Arpaçay sularının yüksək keyfiyyətlə və dəqiqliklə öyrənilməsinə imkan verəcəkdir.
Tikinti işlərinə 2017-ci ilin aprel ayında başlanılıb. Ümumi sahəsi 600 kvadratmetr, tikintialtı sahəsi 154 kvadratmetr olan laboratoriyanın inzibati binası 4 iş otağı, 1 anbar və köməkçi tikililərdən ibarətdir. Laboratoriyada əldə daşına bilən avadanlıqlarla göllərdən, çaylardan, bulaq və çeşmələrdən su nümunələrinin götürülməsi və yerində ilkin tədqiqatların aparılması, suyun codluğu, elektrik keçiriciliyi, temperaturu, həll olmuş oksigenin miqdarı kimi məlumatların yerində dəqiq öyrənilməsi mümkün olacaqdır. Hazırda laboratoriyanın inzibati binasında avadanlıqların quraşdırılması işi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul olunan dövlət pro­qramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, aqrar sahədə müasir infrastrukturun yaradılması kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaratmış, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olmuşdur.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi də muxtar respublikada əhalinin keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təminatına imkan verir. Dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası 2018-ci ildə də davam etdirilmişdir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin “Araz” Elm-­İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində 372 meyvə genofondu, Nehrəm meyvəçilik və üzümçülük istiqamətli sort-sınaq məntəqəsində 17 üzüm sortu fondu toplanmışdır. Həmin sortların çoxaldılaraq torpaq mülkiyyətçilərinə paylanması və yeni bağların salınması ilə əlaqədar işlər aparılmışdır. Bu dövrdə tərəvəz əkini sahələrinin genişləndirilməsinə də diqqət artırılmış, muxtar respublikada 2018-ci ildə 3215 hektar ərazidə kartof, 6183 hektar ərazidə tərəvəz əkini həyata keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti tərəfindən yanvar ayında muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər keçirilmiş, mövcud çatışmazlıqlar aradan qaldırılmışdır.

Hesabat dövründə avtovağzalların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, istilik sistemlərinin işlək vəziyyətdə olması, onların fəaliyyətlərinin daha da genişləndirilməsi, balanslarında olan tikililərin, yaşıllıq ərazilərinin yüksək səviyyədə saxlanılması və sərnişinlərə xidmətin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülmüşdür.
Beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında turların təşkil olunması üçün Türkiyənin “Babək Turizm” və “Ata-Tur Turizm” firmaları ilə danışıqlar aparılmış, sərnişindaşıma fəaliyyəti göstərilməsi üçün müqavilələr bağlanılmışdır. Yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 1229, Bakıdan Naxçıvana isə 1003 sərnişin daşınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq sərnişinlərin vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunun axşam reysləri fəaliyyətə başlamışdır.
Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət edilməsi üçün Naxtel-4G monitorinqizləmə sistemindən istifadə olunmuş, taksi və avtobus sürücülərinin ayda iki dəfə qrup şəklində muzeylərə ekskursiyaları təşkil edilmiş, rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Dövlət Nəqliyyat Xidmətinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək məqsədilə Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi bir sıra tədbirlər həyata keçirmiş, su anbarlarına suyun yığılmasına başlanmış, kiçikhəcmli sututarları doldurulmuş, kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılmışdır.
Ötən ay 9 kilometr magistral kanal, 13 kilometr ara arxları, 2 kilometr kollektor lildən təmizlənmiş, 1 kilometr yeni açıq drenaj kanalı qazılmışdır. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün Cəhriçay və Vənəndçay vadilərində, Qahab selovunda, ümumilikdə, 890 metr istiqamətləndirici bənd tikilmişdir.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə Kəngərli rayonunun Yurdçu kəndində 56 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanmışdır. Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri aparılmışdır. Yanvar ayında Ordubad rayonunun Vələver kəndində “Kənd” kəhrizinin bərpası başa çatdırılmış, 4 kəhrizdə işlər davam etdirilmişdir. Bu dövrdə 1 subartezian quyusu qazılmış, 38 subartezian quyusu təmir-bərpa olunmuşdur. 2019-cu ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq maşın-mexanizmlər, mexaniki və elektrik avadanlıqları da təmir olunaraq işlək vəziyyətə gətirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Muxtar respublikada daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması zamanı vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi yanvar ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılmışdır.
Muxtar respublikanın iqlim şəraitinə uyğun və yüksək məhsuldarlığa malik yerli meyvə-tərəvəz sortlarının bərpası və tətbiq olunması, əkin atlaslarına uyğun meyvə-tərəvəz əkinlərinin aparılması məqsədilə Şərur rayonunun Kürkəndində maarifləndirici tədbir keçirilmiş, Kürkənd, Kürçülü, Sərxanlı, Qışlaqabbas, Püsyan və Qorçulu bələdiyyələrinin yeni hazırlanmış torpaqların qida maddələri ilə təminolunma karto­qramları tədbir iştirakçılarına təqdim edilmişdir.

Ardını oxu...

Ölkə iqtisadiyyatında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikası bütün sahələrdə sistemli şəkildə həyata keçirilən islahatlarla dinamik inkişaf dövrünü yaşayır. Qazanılan uğurların təməlində dayanan əsas faktorlardan biri qəbul olunan Dövlət proqramlarının uğurla həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyət kəsb edib. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının ərazisi kənd təsərrüfatının inkişafı üçün münbit şəraitə malikdir. Son illərdə bu sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və çoxsaylı tədbirlər öz bəhrələrini verib. Hazırda ümumi daxili məhsul istehsalında sənaye sahəsi ilk yeri tutsa da, kənd təsərrüfatı məhsullarının istehsal həcmindəki artım bütün sahələrdən öndədir. Bu isə, hər şeydən əvvəl, aqrar sektora göstərilən böyük dövlət qayğısı ilə əlaqədardır. Bu qayğını 2018-ci ilin timsalında daha aydın görmək mümkündür.
Hər şeydən əvvəl, onu vurğulayaq ki, muxtar respublikada aqrar sahənin elmi şəkildə inkişafı təməl prinsiplərdən sayılır. Bunun nəticəsidir ki, ötən il Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi, həmçinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi üçün yeni inzibati bina istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş Aqro­kimya Laboratoriyası yaradılmışdır. Əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də taxılçılıq əkinçilikdə üstünlüyünü qoruyub saxlamış, yaradılmış şərait nəticəsində yüksəkkeyfiyyətli toxum sortlarından istifadə olunaraq ötən ilin məhsulu üçün 61 min 935 hektar sahədə əkin aparılmışdır. Strateji əhəmiyyəti nəzərə alınaraq əkilmiş sahələrin 52 faizindən çoxunda, yəni 32 min 483 hektarda taxıl səpini aparılmış, zəmilərdən 97 min 689 ton məhsul yığılmışdır.

Ardını oxu...

Muxtar respublikada ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq bütün sahələrdə həyata keçirilən tədbirlər, ümumi inkişafın təmin edilməsi üzrə qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası, yeni istehsal və xidmət sahələrinin istifadəyə verilməsi makroiqtisadi göstəricilərin pozitiv meyilliliyini qoruyub saxlamış, yüksək nəticələr qazanılmışdır.
İqtisadi və sosial sahələrdə qeydə alınmış davamlı inkişafın nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un hər il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ardıcıl olaraq 2017-ci və 2018-ci illərdə ölkənin iqtisadi rayonları arasında sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 18 parametr üzrə ən yüksək ümumi bal toplayaraq lider olmuşdur.
Muxtar respublikada 2008-ci illə müqayisədə 2018-ci ildə ümumi daxili məhsul istehsalı 3,5 dəfə, sənaye məhsulu 6 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 3,3 dəfə, kənd təsərrüfatı məhsulu 3,1 dəfə, nəqliyyat sektorunda yük daşınması 1,9 dəfə, informasiya və rabitə xidmətləri 2,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər 3,5 dəfə artmışdır.
Əhali məşğulluğunun təmin olunması üzrə təkcə 2008-ci ildən 1 yanvar 2019-cu il tarixədək muxtar respublikada 43 min 717 yeni iş yeri açılmışdır ki, bunun da 87,7 faizi daimi iş yerləridir. Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq məşğul əhalinin sayı 2008-ci ilin sonu ilə müqayisədə 22,8 faiz artaraq 237,4 min nəfərə çatmışdır. Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin etmiş, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 433 manat olmuşdur. 2008-ci ildə bu göstərici 235,2 manat səviyyəsində olmuşdur.

Ardını oxu...

Qədim diyarımızın digər bölgələri kimi, Culfa rayonu da həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sürətli inkişaf yolu keçib. Rayon iqtisadiyyatında özünəməxsus yeri olan özəl sektor inkişaf tempini 2018-ci ildə də davam etdirib. Bu sahədə dövlət dəstəyi mexanizminin gücləndirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi,  həmçinin maliyyə dəstəyinin göstərilməsi rayonda kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına münbit şərait yaradıb. 

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması sahəsində həyata keçirilən tədbirlər bölgədə istehsal potensialının güclənməsinə səbəb olub.
Rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına, mövcud yaşayış binalarının və digər obyektlərin əsaslı təmirinə imkan verib. Ötən il rayonda “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin servis mərkəzi, Dizə və Qazançı kəndlərində isə kənd və xidmət mərkəzləri, yeni məktəb binaları tikilib istifadəyə verilib, tarixi Qazançı körpüsü elmi əsaslarla bərpa edilib. Rayon mərkəzinin Mehdi Hüseynzadə küçəsindəki 30 və 32 nömrəli çoxmənzilli yaşayış binalarının əsaslı təmiri başa çatdırılıb, mərkəzi stadion yenidən qurulub, burada 80 nəfərlik tribuna tikilib, basketbol və voleybol meydançası yaradılıb. Qazançı və Dizə kəndlərində 384 nömrə tutumlu avtomat telefon stansiyası yeni binaya köçürülüb. Qazançıda həkim ambulatoriyası, Dizə kəndində isə feldşer-mama məntəqəsi üçün yeni binalar tikilib istifadəyə verilib.

Ardını oxu...

Şərur rayonunda hansı təsərrüfata getsən, orada zəhmətkeş insanları görmək mümkündür. Cəlilkənd sakini Yaqub Tağıyev də onlardan biridir. Onunla söhbətimiz zəhmətlə əkib-becərdiyi əkin sahəsinin ­kənarında baş tutdu:
– Əkinçiliyə 2006-cı ildən başlamışam. Əkib-becərməkdə təcrübəsi olan böyüklərimizdən məsləhətlər alıb, 13 hektar torpaqda ailə üzvlərimizin köməyi ilə taxıl əkdim. İlk vaxtlar torpağın dilini yaxşı bilmədiyimiz üçün istədiyimizə nail ola bilmirdik. Lakin ruhdan düşmədik. Torpağa alışdıq, təcrübəmiz artdı. Əbəs yerə atalarımız “Torpaq deyir: sən mənə tər ver, mən sənə zər verim” deməyiblər. Şükür Allaha, çəkdiyimiz xərcin də, əməyin də qarşılığını ikiqat alırıq. Şəhərlərdə dükan-bazarların yerli məhsullarla dolması, bol ruzi-bərəkət məhz torpaqlarımızın üzümüzə gülməsi sayəsindədir. Bu məhsullar zəhmətdən hasilə gəlir, əhalinin rifah halının yaxşılaşmasına öz töhfəsini verir.
Müsahibim onu da deyir ki, təbiətin bizə bəxş etdiyi ən böyük sərvəti – torpağı sevmək, qayğısına qalmaqla özümüzə yaxşılıq etmiş oluruq. Axı torpaq əkdiyimiz zəhməti hədər eləmir. O da canlıdır, onun da öz dili var və qayğıya möhtacdır. Əgər torpağı öz dilində danışdıra bilsək, nazını çəkib qayğıya bürüsək, onda istədiyimizi əldə edə bilərik. Bu qiymətli sərvətdən lazımınca bəhrələnən, torpağı özünə iş yeri hesab edən insanlar yanılmırlar. Əksinə, ruzi-bərəkətlərini oradan götürür, sağlam həyat tərzi keçirirlər. Çalışsan, əziyyət çəksən, bəhrəsini də görərsən. Ailə təsərrüfatları yaratmaq, sahibkarlıqla məşğul olmaq üçün dövlət dəstəyi də yetərincədir. Kim istəsə, kredit götürə, lizinq yolu ilə texnika ala bilər. Təsərrüfat suyumuz da boldur. Axarlı-baxarlı Arpaçay bizim ərazidən keçir. Belə şəraitdə çalışmamaq, torpaqdan uzaq düşmək tənbəl adamların işidir. Gördüyünüz bu sahədə kartof, soğan, taxıl əkmişik. Çəkdiyimiz zəhmətin bəhrəsini toplayıb, yığımı yekunlaşdırıb yerində yenidən şum qaldırdıqdan sonra gübrə vermişik ki, yaz əkininə hazır olsun. Torpaq sahələrinin 80 hektarını icarəyə götürmüşəm. Burada 70-dən artıq işçi çalışır. İşçi sayı mövsümə görə dəyişir.

Ardını oxu...

Babək Rayon İcra Hakimiyyətində keçirilən tədbiri İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açıb. Qeyd olunub ki, 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Bununla əlaqədar həyata keçirilən tədbirlər mövcud potensialdan səmərəli istifadə olunmaqla Babək rayonunda da yeni ailə təsərrüfatlarının yaradılmasına təkan verəcək.
Rasim Hüseynov bildirib ki, aqrar rayon olan Babəkdə kənd təsərrüfatının dinamik inkişafı üçün kompleks tədbirlər həyata keçirilib, yeni suvarma şəbəkələri qurulub, torpaq mülkiyyətçiləri texnika və texnoloji avadanlıqlarla təmin edilib. Artıq rayonun kəndlərində yaşayış məntəqələrinin təsərrüfatçılıq ənənələrinə uyğun ailə təsərrüfatları formalaşıb.
Vurğulanıb ki, ailə təsərrüfatı məhsullarının satışına dəstək verilməsi üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Belə ki, təsərrüfat sahibləri məhsullarını Naxçıvan şəhərindəki mərkəzi bazarda satmaqla yanaşı, təşkil olunan ənənəvi “Ailə təsərrüfatı məhsulları” festivallarına da çıxarırlar. Ötən il təşkil olunan fetivalda babəkli sahibkarlar da yaxından iştirak edib, festivala 50 ailə təsərrüfatı tərəfindən 136 növdə 3014 qablaşdırılmış məhsul çıxarılıb. Sahibkarlardan biri “Ən yaxşı məhsul” nominasiyasında ikinci dərəcəli diplomla təltif edilib.
Tədbirdə ailə təsərrüfatı başçılarının çıxışları olub.

Xəbərlər şöbəsi

Ulu Tanrı bu qədim yurd yerindən səxavətini əsirgəməyib. Torpaqları bərəkətlidir. İnsanları isə sözün həqiqi mənasında, əsl torpaq adamlarıdır. Qonaqpərvərliklərinə, əliaçıqlıqlarına söz ola bilməz. Ağsaqqal sözü dəstəlilər üçün yazılmamış qanundur. Süfrələrinin günü-gündən artan bərəkəti də, düşünürəm ki, onların zəhmətə bağlılıqları və ağsaqqala böyük ehtiram göstərmələrindəndir. İlin bütün fəsillərində heç bir dəstəlinin süfrəsi təzə-tər göyərtisiz olmur. Yəni hər bir kənd adamının həyətində bir və ya bir neçə istixana var. Yeri gəlmişkən onu da qeyd edək ki, Ordubad rayonunun əhalisinin böyük bir qismini tərəvəz məhsulları ilə təmin edən bu yaşayış məntəqəsinin sakinləridir. Elə Naxçıvan şəhərinin dükan-bazarlarında da ilboyu bu kəndin məhsulları çoxluq təşkil edir. Maraqlı fakt odur ki, Dəstədə ən yüksəkvəzifəli şəxsdən tutmuş ən sadə kənd adamına kimi hər kəs öz torpağında bazar üçün nə isə yetişdirir.

Doğulub boya-başa çatdığım yaşayış məntəqəsindən 6-7 kilometr aralı olan Dəstəni həmişə belə görmüşəm. Muxtar respublikada yeni təsərrüfat formasının – ailə təsərrüfatlarının tətbiq olunduğu bir dövrdə Dəstədə torpağa bağlılıq daha da artıb. Bir məsələni xüsusi vurğulamağı lazım bilirəm. Sovet dönəmində bu kənddəki ictimai təsərrüfatda 1000 hektardan artıq ərik bağı olub. Bu bağlardan tədarük edilən məhsullar o vaxt rayon mərkəzində fəaliyyət göstərən konserv zavodunu xammalla təchiz etməklə yanaşı, Rusiyanın Moskva şəhərindən tutmuş SSRİ-nin ən ucqarlarında belə, özünə alıcı qüvvəsi tapmışdı. Ötən əsrin sonlarında o bağlardakı ağacların kökünə balta vuruldu. Ancaq ata-babalarımızın “Su gələn arxa bir də gələr” məsəli özünü bu kənddə də doğruldub. Artıq Dəstənin meyvəçilik şöhrəti özünə qaytarılmaqdadır. Son illərdə muxtar respublikada həyata keçirilən bağsalma və yaşıllaşdırma tədbirlərində dəstəlilərin fəallığı təbiidir. Çünki onlar tarixən bu işlə məşğul olublar. Onu da qeyd edək ki, bu gün kənddə onlarla ailə tingçilik təsərrüfatı yaradıb. Belə təsərrüfat sahiblərindən biri Yusif Yusifov deyir ki, bir neçə ildir, bu işlə məşğuldur. Tingçilik həm iqtisadi cəhətdən sərfəli gəlir sahəsidir, həm də savab və xeyirxah işdir. Bu işdə o, ailəsi ilə birgə çalışır. Yetişdirdikləri tinglərə muxtar respublika ilə yanaşı, paytaxt Bakı şəhərindən də sifarişlər gəlir. Əsasən, yerli meyvə sortlarına üstünlük verən belə təsərrüfatların sayı get-gedə artmaqdadır.

Ardını oxu...

Vergi qanunvericiliyindəki dəyişikliklər son vaxtlar ictimaiyyət arasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Biz də bunu nəzərə alaraq oxucularımızı bu mövzuda məlumatlandırmaq üçün Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Qəzənfər Bayramovla həmsöhbət olduq. O dedi:
– Vergi islahatlarının əsas nəticəsi vergiödəyicilərinin vergi yükünün azaldılmasına xidmət edir. Ümumilikdə, ölkənin Vergi Məcəlləsinə 240-dan çox əlavə və dəyişikliklər olunub. Onlar əsas beş istiqaməti – sahibkarlığa dəstəyi, iqtisadi şəffaflığın təmin olunmasını və iqtisadiyyatda “kölgə” sektorunun payının azaldılmasını, vergi tutumu bazasının genişləndirilməsini, vergi nəzarətinin mükəmməlləşdirilməsini, sahibkarlar üçün güzəşt və azadolunmaların effektivliyinin artırılmasını özündə birləşdirir.

Ardını oxu...

Fəaliyyətə başladığı on ildən artıq bir müddətdə ölkəmizin nüfuzlu banklarından birinə çevrilmiş “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirərək muxtar respublika iqtisadiyyatının inkişafına ciddi töhfələr verməkdədir.

Naxçıvanbank hazırda genişhəcmli infra­struktura və peşəkar xidməti personala malikdir. Belə ki, bankın Naxçıvan və Bakı şəhərlərində, Şərur, Culfa və Ordubad rayonlarının hər birində bir filial olmaqla, 5 filial şəbəkəsi və Naxçıvan şəhərində fəaliyyət göstərən 1 mübadilə şöbəsi vardır. Müraciət edən müştərilərə lazım olan hər növ bank əməliyyatları, kreditlərin verilməsi, ödəniş kartları, pul köçürmələri, kommunal xidmət haqlarının ödənilməsi, əməkhaqqı ödənişləri, hesablaşma xəzinə xidmətləri və digər xidmətlər təklif olunur. Kreditlərə gəldikdə, Naxçıvanbankın müştəriləri ölkəmiz üzrə ən aşağı faiz dərəcələri ilə bir sıra kredit məhsulları əldə edə bilirlər. Belə ki, bankın verdiyi istehlak kreditləri 24 ay müddətinə illik 17 faiz, kart kreditləri 12 ay müddətinə 18 faiz, avtomobil kreditləri 36 ay müddətinə illik 17 və 18 faiz, bankın daxili vəsaiti hesabına verilən ipoteka kreditləri 10 il müddətinə 10 faiz, “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka kreditləri 25 və 30 il müddətinə 4 və 8 faiz dərəcəsilə təklif olunur.

Ardını oxu...

“Muxtar respublikanın iqtisadi inkişafında diqqəti cəlb edən amillərdən biri də xarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir. Sahibkarlığa göstərilən sistemli dövlət dəstəyi, ixracın stimullaşdırılması ilə bağlı qəbul edilmiş qərarlar muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaratmışdır”. 2018-ci il dekabrın 27-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbovun səsləndirdiyi bu fikirlər mühüm əhəmiyyəti ilə diqqət çəkir.

Hər şeydən əvvəl, xarici iqtisadi əlaqələrin inkişafı bütün dövlətlər üçün vacib sahələrdən hesab olunur. Belə əlaqələrin yaradılması isə iqtisadi potensialla yanaşı, həm də beynəlxalq əlaqələrin necə qurulmasından asılıdır. Bu isə o qədər də sadə məsələ deyil. Müasir dünya təcrübəsi də göstərir ki, bu gün belə əlaqələrin qurulması maraqlı tərəflərdən müstəqil siyasətin yürüdülməsini tələb edir. Çünki qloballaşmış dünyada hər bir ölkənin beynəlxalq çərçivədə öz maraqları var. Bu maraqların təmin edilməsi isə o zaman mümkün olur ki, istənilən dövlət öz xalqının milli mənafeyi üçün qəti və müstəqil qərarlar qəbul etməyi bacarsın. Dolayısı ilə yalnız müstəqil siyasət yürüdən, beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaşa çevrilə bilən tərəflər bu və ya digər əlaqələrin qurulmasına öz töhfələrini verə bilərlər. Digər tərəfdən, bu gün xarici iqtisadi əlaqələrin səviyyəsi ölkələrin iqtisadi gücünün və beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biri hesab olunur. Bu nüfuz beynəlxalq arenada bir çox problemlərin həllində mühüm rol oynayır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının  müasir sosial-iqtisadi inkişaf mərhələsində  mühüm yer tutan Şahbuz rayonunda mövcud resurslardan   səmərəli istifadəyə imkan  yaradan hərtərəfli dövlət qayğısı burada məskunlaşmış zəhmətkeş insanların  rifahının yüksəlməsinə, şəhər və kəndlərin abadlaşaraq yeni növrağa qovuşmasına  səbəb olur.  Rayonda həyata keçirilən quruculuq,  iqtisadi,  sosial layihələr  və mədəni tədbirlər hər il olduğu kimi, 2018-ci ildə də davam etdirilib.

Belə ki, bəhs olunan dövrdə rayonda quruculuq tədbirlərinin əhatə dairəsi genişləndirilərək Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib. Şəhərdə mədəniyyət evinin və aviakassanın inzibati binalarında tikinti və abadlıq işləri başa çatıb. Tikintisi davam edən çoxmərtəbəli ictimai yaşayış binasında da xeyli iş görülüb. Bunlardan əlavə, rayonun Ağbulaq kəndində Xizək Mərkəzinin və “Badamlı” mineral sular zavodunun tikintisində işlər davam etdirilib. Ağbulaq kəndində bütün evlərin dam örtükləri dəyişdirilib, fasadları yenilənib, yararsız tikililər sökülüb, həyətlərdə abadlıq işləri aparılıb, lazımi kommunal-məişət şəraiti yaradılıb. Aparılan quruculuq tədbirlərinin geniş vüsət alması daha çox investisiya qoyuluşuna səbəb olub və 2018-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşunun həcmi 2017-ci illə müqayisədə 1,2 faiz artaraq 27 milyon 794,3 min manat təşkil edib. Tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyaların həcmi bir il öncəyə nisbətən 1,1 faiz artaraq 25 milyon 441,1 min manat olub.

Ardını oxu...

“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən abonentlərə göstərilən xidmət yaxşılaşdırılır, onların dayanıqlı mavi yanacaqla təmin olunması sahəsində ardıcıl tədbirlər görülür.
Birliyin mətbuat xidmətindən aldığımız məlumata görə, muxtar respublika ərazisində tikilən və yenidən qurulan müxtəlif təyinatlı obyektlərin qazlaşdırılması, yeni qaz boru xətlərinin quraşdırılması, abadlıq işləri ilə əlaqədar qaz boru xətlərinin yerinin dəyişdirilməsi və digər işlərin görülməsi diqqətdə saxlanılıb.
“Naxçıvanqaz” İstehsalat Birliyi muxtar respublikamızda 86 min 377 əhali abonentin, kommunal büdcə təşkilatları üzrə 924, qeyri-dövlət təşkilatları üzrə 1403, sənaye üzrə 143 və enerji istehsal edən müəssisələr üzrə 2 (Qaz Turbin və Modul Elektrik stansiyaları), ümumilikdə, 2472 qeyri-əhali abonentin təbii qazla təminatına xidmət göstərir.
Görülən işlər çərçivəsində ötən il 982 abonent, o cümlədən 862 əhali və 120 qeyri-əhali abonenti tərəfindən daxil olan müraciətlərə əsasən ev, mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. Muxtar respublika qaz təsərrüfatı şəbəkəsində qaz analizatorlar və dedektorlar vasitəsilə aşkarlanan qaz sızmaları texniki istismar qaydalarına uyğun olaraq aradan qaldırılıb.

Ardını oxu...

Üzümçülük Naxçıvan Muxtar Respublikasında tarixən kənd təsərrüfatının əsas sahələrindən biri olub. Əlverişli iqlim şəraiti bu ərazidə xalq seleksiyası yolu ilə 120-dən çox üzüm sortunun yaranmasına və becərilməsinə imkan verib. Azərbaycanın üzüm genofondunda Naxçıvanda yayılan üzüm sortları yüksək keyfiyyəti, şəkərliliyi, bioloji ­xüsusiyyətləri ilə fərqlənir. Mənbələrə əsaslanaraq qeyd edə bilərik ki, muxtar respublikamızda üzümçülüyün tarixi çox qədimdir. Belə ki, aparılan araşdırmalar nəticəsində bu tarixin bizim eradan əvvəl ­ III minilliyə gedib çıxdığı sübuta yetirilib.

Müxtəlif dövrlərdə tənəzzülə uğrayan bu təsərrüfat sahəsinin yenidən inkişaf etdirilməsinə artıq illərdir ki, diqqət xeyli artırılıb.
Bununla bağlı daha ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin laboratoriya müdiri Pənah Məhərrəmovla həmsöhbət olduq. O bildirdi ki, Naxçıvan ərazisində xalq seleksiyası yolu ilə torpaq-iqlim şəraitinə uyğun seçilmiş üzüm sortlarının əksəriyyəti yetişdirildiyi ərazinin, kəndlərin və ya şəxslərin adları ilə adlandırılıb. Naxçıvanın qara üzümü, Ordubadi, Bənəniyari, Zeynəddin üzümü, Şahtaxtı, Ağ aldərə, həmçinin Hüseyni, Xatını, Cəlali, Xəlili, Əsgəri, Muxtari kimi üzüm sortları buna misal ola bilər. İslam dininin qəbul edilməsinə qədərki dövrdə bu ərazidə üzümçülük, əsasən, şərab hazırlanması istiqamətində inkişaf etdirildiyindən üzüm bağlarında texniki sortlar üstünlük təşkil edib. Qeyd olunan dövrdə mələyi, ağ aldərə, qara üzüm, xətmi, hənəqırna kimi üzüm sortları becərilirdi. İslam dininin qəbul edilməsindən sonra isə şərab istehsalı qadağan olunduğundan süfrə sortlarının becərilməsinə üstünlük verilib. Tarixi mənbələrdə bu ərazidə çoxlu sayda kişmiş və süfrə sortlarının becərildiyi bildirilir. Həmin dövrlərdə üzümdən kişmiş və mövüc istehsal edilib, hətta Yaxın Şərq ölkələrinə də ixrac olunub.

Ardını oxu...

Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi muxtar respublikada maliyyə bazarlarının tənzimlənməsi, nəzarətin həyata keçirilməsi, şəffaflığın və inkişafın təmin olunması üzrə fəaliyyətini 2018-ci ildə də davam etdirmişdir.
İdarə tərəfindən ötən il daxili istehsal olan alkoqollu içkilərə və tütün məmulatlarına 148 milyon 200 min aksiz markası təhvil verilmişdir. Bu dövrdə 85 ipoteka kağızının dövlət qeydiyyatı aparılmış, 81 ipoteka kağızı isə əlavə dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilmişdir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən daxil olmuş müraciətlər əsasında 21 ipoteka kağızına xitam verilmişdir. Həmçinin bir sıra cəmiyyətlərin qiymətli kağızlarının dövriyyədən çıxarılması idarə tərəfindən nəzərə alınmış və qanuni şəkildə rəsmiləşdirilmişdir.

Ardını oxu...

Şərqin ən qədim və zəngin mədəni mərkəzlərindən biri olan Naxçıvanda digər sahələrlə yanaşı, dekorativ-tətbiqi sənətin növlərindən biri olan xalçaçılıq da böyük tarixi inkişaf yolu keçmişdir. Naxçıvan xalçaları nəinki Azərbaycanda, bütün dünyada öz dəst-xətti, süjetli kompozisiyası, ornamentləri, naxışları, bir sözlə, özünəməxsus spesifik xüsusiyyətləri ilə seçilir. Qədim ənənələrə malik xalçaçılıq sənəti bu gün də Naxçıvanda yaşadılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirmiş, xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açmışdır.
Dövlət proqramında milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi yeni vəzifələr kimi müəyyənləşdirilmişdir. Ötən dövrdə bu istiqamətdə bir sıra təşkilati işlər görülmüş, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə 35 xalça toxunmuş və dəyəri 8 min 439 manat olan 30 xalçanın satışı həyata keçirilmişdir. Emalatxanada işə təcrübəli xalçaçılarla yanaşı, gənclər də cəlb olunmuşlar.

Ardını oxu...

Muxtar respublikamızın sürətli inkişafı ildən-ilə bütün sahələrdə uğurlu nəticələrin əldə olunmasına şərait yaradır. Son illərdə iqtisadiyyatın sürətli artım tempi həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, həm də sahibkarlığa göstərilən yüksək diqqət və qayğının təzahürüdür. Yaradılan yeni istehsal müəssisələrinin sayının artması sahibkarlığın inkişafı ilə bərabər, daxili bazarın yerli məhsullarla təmin olunmasına da öz müsbət təsirini göstərir. Belə müəssisələrdən biri də Ordubad rayonunun Vənənd kəndində fəaliyyət göstərən “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Bu istehsal müəssisəsi 2013-cü ildə fəaliyyətə başlayıb. Müəssisənin əsas fəaliyyət istiqaməti Ordubadda yetişdirilən meyvələrdən keyfiyyətli qənnadı məhsulları hazırlamaqdır. Sahibkar Emin Məmmədovla söhbət zamanı öyrənirik ki, burada cəviz, ərik, gilənar, gilas, heyva, şaftalı, albuxara, armud, tut meyvələrindən və qızılgüldən mürəbbə və meyvə şirələri hazırlanır, boymadərən, batrınc, bizovşa, qırxbuğum, nanə və çayırotundan isə müalicəvi ekstraktlar hazırlanır. Hazırda 10 nəfərin çalışdığı müəssisədə işçilərin sayı mövsümə görə dəyişir. İl ərzində müəssisədə 100-ə yaxın çeşiddə məhsul istehsal olunur. Hazırlanan məhsullar üçün meyvələr Vənənd kəndi ilə yanaşı, Vələver, Qoruqlar, Ağrı, Dizə, Xanağa, Başkənd və digər ətraf yaşayış məntəqələrinin təsərrüfatlarından əldə edilir. Qablaşdırılmış məhsullar Ordubad, Naxçıvan və Bakı şəhərlərində satışa çıxarılır.

Ardını oxu...

Müasir dövrdə inkişaf etmiş ölkələrdə özəl sektorun əsasını ailə təsərrüfatları və ailə biznesi təşkil edir. Çünki ailə təsərrüfatları özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa mühüm töhfə verir. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, ailə təsərrüfatlarının biznes planları tərtib olunmuş, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilmişdir. Hazırda muxtar respublikada heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə 800-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir. Bir faktı qeyd edək ki, 2018-ci ildə muxtar respublikada 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılmış, 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmiş, “Ailə təsərrüfatı məhsulları” festivalında 418 növdə, 23 min 146 adda məhsulun satışı həyata keçirilmişdir.

Ardını oxu...

Yanvarın 18-də Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” sərgisi və kənd təsərrüfatı nazirlərinin 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumu keçirilib.
Dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik əsasda keçirilən “Beynəlxalq Yaşıl Həftə” sərgisində Azərbaycan ayrıca stendlə təmsil olunur. Milli stenddə ölkəmizin 14 şirkətinin məhsulları nümayiş etdirilir.
Azərbaycan pavilyonunda Naxçıvan Muxtar Respublikasına ayrılmış guşədə Naxçıvanda fəaliyyət göstərən şirkətlərin məhsulları nümayiş etdirilib. Kənd təsərrüfatı və yeyinti məhsullarının nümayişi, satışı, müəssisələrin imicinin formalaşdırılması, brendlərinin reklamı və eyni zamanda iştirak edən müəssisələrin kooperasiya əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşların tapılması məqsədilə təşkil olunmuş “Beynəlxalq Yaşıl Həftə” sərgisinə muxtar respublikanın 8 istehsalçı şirkətinin 12 növdə 36 çeşiddə məhsulu çıxarılıb.
Qeyd edək ki, gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar və bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri baş çəkiblər. Naxçıvan məhsulları sərgi iştirakçılarında böyük maraq doğurub.
“Beynəlxalq Yaşıl Həftə”də “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin mineral suları, “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” MMC-nin şərabı, meyvə suları, halvası, “Şərur-3” MMC-nin spirtli içkiləri və likörü, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin lokumu, “Naxçıvan Duz İstehsalı” MMC-nin duzu, “F.H. Oğulları” MMC-nin mürəbbələri, “Naxçıvan Məhsulları” MMC-nin müasir şəkildə qablaşdırılan meyvə quruları, alma sirkəsi nümayiş olunub.
Yanvarın 27-nə qədər davam edəcək sərgi çərçivəsində iştirakçılara Naxçıvan haqqında müxtəlif çap məhsulları və kataloqlar, şirkətlərə aid təbliğat materialları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR