23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən abonentlərə göstərilən xidmət yaxşılaşdırılır, onların dayanıqlı mavi yanacaqla təmin olunması sahəsində ardıcıl tədbirlər görülür.
Birliyin mətbuat xidmətindən aldığımız məlumata görə, muxtar respublika ərazisində tikilən və yenidən qurulan müxtəlif təyinatlı obyektlərin qazlaşdırılması, yeni qaz boru xətlərinin quraşdırılması, abadlıq işləri ilə əlaqədar qaz boru xətlərinin yerinin dəyişdirilməsi və digər işlərin görülməsi diqqətdə saxlanılıb.
“Naxçıvanqaz” İstehsalat Birliyi muxtar respublikamızda 86 min 377 əhali abonentin, kommunal büdcə təşkilatları üzrə 924, qeyri-dövlət təşkilatları üzrə 1403, sənaye üzrə 143 və enerji istehsal edən müəssisələr üzrə 2 (Qaz Turbin və Modul Elektrik stansiyaları), ümumilikdə, 2472 qeyri-əhali abonentin təbii qazla təminatına xidmət göstərir.
Görülən işlər çərçivəsində ötən il 982 abonent, o cümlədən 862 əhali və 120 qeyri-əhali abonenti tərəfindən daxil olan müraciətlərə əsasən ev, mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. Muxtar respublika qaz təsərrüfatı şəbəkəsində qaz analizatorlar və dedektorlar vasitəsilə aşkarlanan qaz sızmaları texniki istismar qaydalarına uyğun olaraq aradan qaldırılıb.

Muxtar respublikanın şəhər, rayon Qaz-İstismar idarələrinin qəza-dispetçer xidmətlərinə istər əhali, istərsə də qeyri-əhali təbii qaz istehlakçıları tərəfindən qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər bu kimi səbəblərə görə daxil olan çağırışlar öz həllini tapıb. Abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün 44 min 321 ədəd mühafizə qutusu quraşdırılıb.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilir. Ümumilikdə, 17 min 525 ədəd, o cümlədən ötən il ərzində 950 smartkarttipli qaz sayğacı və mühafizə qutusu quraşdırılıb. Həmin qaz sayğaclarının diaqnostik müayinəsi, kompüter vasitəsilə test edilməsi və ortaya çıxan nöqsanların aradan qaldırılması üçün xidmət stansiyası təşkil olunub.
Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursları təşkil olunub. Kursu bitirən müdavimlərə sertifikat verilib.
“Naxçıvanqaz” İstehsalat Birliyi nəzarət tədbirlərini gücləndirib, daimi fəaliyyət göstərən yoxlama­-nəzarət komissiyası tərəfindən vaxtaşırı reydlər keçirilərək “Qazdan istifadə qaydaları”nın tələblərinə istehlakçılar tərəfindən riayət olunması yoxlanılır, ortaya çıxan nöqsanlar aradan qaldırılır.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR