22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabe təşkilatları tərəfindən avqust ayında payız suvarma mövsümünə hazırlıqla əlaqədar tədbirlər görülmüş, 7 kilometr magistral kanal, 18 kilometr ara arx, 4 kilometr kollektor lildən təmizlənmişdir. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 650 metr məsafədə selə qarşı istiqamətləndirici bənd salınmışdır. Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 26 milyon kubmetr suvarma suyu verilmiş, bunun müqabilində 22 min 741 hektar torpaq sahəsi suvarılmışdır. Şahbuz rayonunun Türkeş kəndi ərazisini əhatə edən 300 hektar sahədə qapalı suvarma şəbəkəsində, Şərur və Ordubad rayonlarındakı sutəmizləyici qurğuda tikinti işləri davam etdirilmişdir.
Bu dövrdə 2 kilometr yeni içməli su xətti, 2,5 kilometr yeni suvarma xətti çəkilmiş, 5 kəhrizdə təmir-bərpa işləri, suvarma və içməli su mənbəyi kimi istifadə olunan 91 subartezian quyusunda təmir işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su
Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Xəbər verdiyimiz kimi, Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri – missiyanın rəhbəri Nadejda Moçinova, baş audit Vei Sen Çanq, baş audit Amuerfina Sabtosç Azərbaycanın ölkə üzrə layihə portfelinin auditini həyata keçirmək məqsədilə iş proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin “Əmlak” informasiya bülleteninin üçüncü nömrəsi “Əcəmi” Nəşriyyat-­Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çapdan çıxıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində Asiya İnkişaf Bankının Baş Auditor Ofisi Azərbaycanın ölkə üzrə layihə portfelinin auditini həyata keçirmək məqsədilə iş proqramına uyğun olaraq görüş keçirib. Tədbirdə missiyanın rəhbəri xanım Nadejda Moçinova, baş audit xanım Vei Sen Çanq, baş audit xanım Amuerfina Sabtosç və digərləri iştirak ediblər.

Ardını oxu...

Muxtar respublikamızın böyük sənaye müəssisələri arasında xüsusi yeri ilə seçilən müəssisələrdən biri də Naxçıvan Avtomobil Zavodudur. 2010-cu ildən fəaliyyət göstərən zavodda avtomobil sənayesində tətbiq olunan müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal olunur. İstehsal sahəsi, satış salonu, anbar və inzibati binadan ibarət olan zavodun 2472 kvadratmetrlik ərazisində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. 

Ardını oxu...

Bir çox duyğuları bir-birimizə çatdırmaq üçün çiçəklərdən, xüsusilə güllərdən  istifadə edirik. Sevgi, təəssüf və ya izhar etmək istədiyimiz digər duyğular. Çiçək və güllər insana sevinc, fərəh, inam gətirir. Güllər canlı təbiətdə insan həyatının istənilən anında onu müşayiət edən təbii gözəlliklərdir. Belə ki, Vətən uğrunda öz canlarını qurban verən şəhidlərimizin məzarlarını gül-çiçəklə bəzəyirik. Dünyaya  övlad bəxş edən anaları ziyarətə gələnlər arasında mütləq gül dəstəsi gətirənlər olur, xüsusi günlərdə ilk ağla gələn, məktəb həyatına ilk qədəm qoyan övladlarımızın ən müqəddəs varlıq hesab etdiyimiz müəllimlərə qiymətli hədiyyəsi də elə gül dəstəsi olur. Ad günlərində, toy mərasimlərində və nəhayət, dünya ilə vidalaşanda da bizi gül dəstələri ilə yola salırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yeni internet saytı (www.emlak.nakhchivan.az) istifadəyə verilib. Müasir tələblərə cavab verən, yeni dizayn və quruluşda hazırlanmış internet saytı komitənin fəaliyyət istiqamətləri üzrə elektronlaşdırılmış xidmətlərin, tətbiq olunan yeniliklərin daha operativ və dolğun şəkildə istifadəçilərə çatdırılmasını təmin edəcək. Saytın hazır­lanması zamanı istifadəçilərin rahatlığını təmin edəcək ən zəruri tələblər nəzərə alınıb, yeni bölmələrin əlavə edilməsi ilə funksionallığı və informasiya yükü artırılıb.
Əsas səhifədə komitə haqqında məlumat, komitənin fəaliyyətini tənzimləyən əsas normativ-hüquqi aktlar, daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində görülən işlər, muxtar respublikanın siyasi-inzibati xəritəsi, komitənin “Əmlak” informasiya bülleteninin nömrələri yerləşdirilib. Muxtar respublikada keçirilən rəsmi tədbirləri haqqında informasiyaların da saytda yerləşdirilməsi təmin edilib, turizm potensialının təbliği üçün bölmələr ayrılıb. Elanlar bölməsi, sorğu guşəsi, əlaqədar saytlara keçid imkanları yaradılıb.
Vətəndaşlar üçün yaradılan ayrıca bölmədə qəbul qrafiki, komitə tərəfindən göstərilən səyyar xidmətlərin qrafiki, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı öz əksini tapıb. Ərizə nömrəsinin daxil edilməsi ilə daşınmaz əmlak obyektləri üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair müraciətin icra vəziyyətinin öyrənilməsi üçün onlayn xidmət, daşınmaz əmlakla bağlı əməliyyatların aparılması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqını əvvəlcədən hesablamaq üçün ­əmlak kalkulyatoru istifadəyə verilib.
“Tədris-İnnovasiya Mərkəzi” bölməsində mərkəz haqqında məlumat və təlim qrafiki yerləşdirilib. Sayt­da startap layihələrinin qəbulu üçün ­bölmə də ayrılıb.
İstifadəçilər sayt vasitəsilə təqdim olunan xidmətlərdən yararlanmaqla yanaşı, komitənin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə həyata keçirilən tədbirlər barədə də məlumat əldə edə biləcəklər.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Üzüm çox məhsuldar olmaqla yanaşı, həm də quraqlığa davamlı bir bitkidir. Məhsul yetişdikdən sonra dörd aya qədər qala bilir. Bu meyvə qurudulmaq üçün də əlverişlidir və şərab hazırlanması üçün əsas xammaldır. Tarixi mənbələr göstərir ki, Azərbaycanda yetişən üzüm və ondan alınan şərablar bütün dövrlərdə dünya səviyyəsində yüksək qiymətləndirilib. 1886-cı ildə Tiflisdə nəşr edilmiş “Vinodeliye na Kafqaze” iqtisadi oçerkində P.V.Dzyubenko qeyd edir ki, düzgün hazırlanar və saxlanarsa, ticarəti düzgün təşkil edilərsə, Azərbaycan şərabları müvəffəqiyyətlə Fransanın Bordo şərabını əvəz edə bilər.

Ta qədimlərdən Azərbaycanda üzümçülük və şərabçılıq əhalinin əsas məşğuliyyət sahələrindən olub. Onun dilbər guşəsi Naxçıvanda Günəş radiasiyasının illik miqdarının 150-160 kilo kalori kvadratsantimetrə çatması (bu miqdar radiasiya keçmiş SSRİ-də yalnız Özbəkistanın düzən ərazilərində qeydə alınırdı) burada becərilən üzüm və ondan alınan şərabın daha da keyfiyyətli olmasına zəmanət verir. Yuxarıda qeyd etdiyimiz kimi, üzüm quraqlığa davamlı olduğu üçün ta qədimdən Naxçıvanda suvarma suyunun azlıq təşkil etdiyi Əlincə çayı vadisində, alçaq və orta dağlıq hissəsindəki yaşayış məntəqələrində, indiki Babək rayonunun Sirab, Qahab, Zeynəddin, Cəhri, Nehrəm kənd­lərində, Sədərəkdə bu bitkinin əkilməsinə daha çox üstünlük verilib. Tarixi mənbələrdə də Naxçıvanda üzümçülüyün qədim ənənələri barədə ­söhbət açılır. Belə ki,1727-ci il ­“Naxçıvan sancağının müfəssəl dəftəri”ndə əhalinin bütün növ məşğuliyyəti kimi üzümçülük barədə də geniş məlumat verilir. İstehsal olunan məhsulun dəyəri və alınan vergilər barədə statistik məlumatların mövcud olduğu mənbədə üzümlük sahələri “qitə” ölçü vahidi ilə verilib. Adlı siyahıda hər kəsin bir qitə (bəzən şərik) və ya yarım qitə üzümlüyü olması barədə məlumatlara rast gəlinir. Məsələn, Cəhri kəndində 160, Yuxarı Əylis kəndində 190, Ordubad şəhərində 101 qitə üzüm bağı olduğu göstərilir.

Ardını oxu...

Ordubad rayonunun Sabirkənd yaşayış məntəqəsindəki kənd mərkəzində “Ailə təsərrüfatlarında kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun keçirilməsi və torpaqlardan səmərəli istifadə olunması, meyvə-tərəvəz, bostan məhsullarının qurudulması və qablaşdırılması, eləcə də Naxçıvan qovurması istehsalının genişləndirilməsi və həmin məhsulların nümayişi, ixracının təşviqi və kataloqunun hazırlanmasının əhəmiyyəti” mövzusunda seminar-müşavirə keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu Ordubad Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilib.
Ordubad Rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Zamiq Babayev seminar-müşavirəni açıq elan edərək rayonda ailə təsərrüfatlarına göstərilən dövlət dəstəyi haqqında məlumat verib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Oqtay Məmmədov, İqtisadiyyat Nazirliyinin əməkdaşı İlham Seyidov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Əli Şərifov, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı Loğman Bayramov çıxış ediblər.

Ardını oxu...

Bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində özəl sektorun əsası ailə təsərrüfatı və ailə biznesləri üzərində qurulur. Ailə üzvlərinin iştirak etdiyi bu təsərrüfat modeli respublikamızın bütün bölgələrində, o cümlədən də muxtar respublikanın rayonlarında biznes sahəsinə çevrilməkdədir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatının inkişafı ilə bağlı Tədbirlər Planı” mühüm əhəmiyyətə malikdir. Plana uyğun olaraq ailə təsərrüfatlarının biznes planı tərtib olunur, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilir.
Sərhəd bölgəmiz olan Sədərək rayonu da bu qayğılarla əhatə edilib. Coğrafi mövqe baxımından rayonda kənd təsərrüfatının – heyvandarlığın, əkinçiliyin, bağçılığın, arıçılığın, meyvəçiliyin inkişafı üçün ucsuz-bucaqsız örüş sahələrinin və əkinə­yararlı torpaqların olması ailə təsərrüfatına töhfə verən amillərdəndir. Torpaq adamlarına dövlət tərəfindən verilən güzəştli kreditlər kiçik və orta sahibkarlıq fəaliyyətinə marağı artırır.
Rayon İcra Hakimiyyəti başçısının müavini Mahirə Adnayeva ilə söhbət zamanı müsahibim bildirdi ki, muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunan 2019-cu ildə Ali Məclis Sədri tərəfindən müvafiq sərəncamla təsdiq edilən Tədbirlər Planına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçıları vergi tutulmalarından azad edilirlər və onların maarifləndirilməsi işi diqqət mərkəzində saxlanılır. Hazırda ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddırlar. 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin də bu fəaliyyətdən əldə etdiyi gəlirləri mənfəət vergisindən azad edilib. Ölkədə aparılan sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq bütün istehsal və sənaye sahələri üzrə güzəştlər davam etdirilir.

Ardını oxu...

Son illər muxtar respublika iqtisadiyyatının dinamik inkişafı, tikilən yeni binalar, çəkilən yollar, bir sözlə, aparılan abadlıq və quruculuq işləri bütün bölgələrimizi əhatə edir. Babək rayonu da ötən 41 il ərzində böyük inkişaf yolu keçərək muxtar respublikamızın müasirləşən bölgələrindən birinə çevrilib. Rayon əhalisinin böyük əksəriyyətinin yaşadığı kənd yaşayış məntəqələri də Heydər Əliyev  ideyaları işığında bu gün hərtərəfli inkişaf edir, yeni görkəm alır. Belə yaşayış məntəqələrindən biri də Çeşməbasar kəndidir. 

Bu yaşayış məntəqəsi Naxçıvan-Ordubad avtomobil yolunun kənarında yerləşir. AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırov öz araşdırmalarında qeyd edir ki, “Çeşməbasar” “saf su”, “saf bulaq” mənasında işlənən toponimdir. Qədim tarixə malik Çeşməbasar kəndinin salınma tarixi dəqiq məlum deyil. XIX əsrə aid mənbələrdə toponimin “Çeşməsara” və “Çeşməbazar” variantlarına da rast gəlinir. Faktlar sübut edir ki, kənd tarixən mövcud olub, ancaq müxtəlif səbəblər üzündən bir neçə dəfə dağılıb, sonra burada həyat yenidən bərpa edilib. Kənd əhalisi bir müddət Araz kənarındakı keçmiş Yamxana kəndində məskən salıb, sonra öz kəndlərinə köçüb. Alim belə qənaətə gəlir ki, xalq etimologiyasına görə, Çeşməbasar “su basan yer” deməkdir. Mənbələrdə kəndin bulaq suyunun suvara bildiyi ərazidə yerləşdiyi üçün belə adlandırıldığı qeyd olunur. Digər tədqiqatçıların fikrincə isə, adın mənşəyi “çeşmə” (bulaq) və ­“basar” (ətraf ərazi) sözlərindən yaranıb, “bulaq ətrafı” mənasını verir. “Çeşməbasar” toponimi “bol, bolluq” anlamında işlənərək “saf su, saf bulaq, çoxlu çeşməsi, təmiz suyu olan yer” mənasını ifadə edir. Çeşməbasara yaxın ərazidə – Naxçıvanın 7 verstliyində dağ çayının axarı boyunca “Naxışnərgiz” adlı karbonat bulaqlara rast gəlinməsi və kənd ərazisindən bulağın çıxması bu adın yaranmasına səbəb olub...

Ardını oxu...

Cari ilin mart ayından etibarən Şahbuz rayonunun Türkeş kəndində kompleks quruculuq işlərinə başlanılıb. Belə ki, yaşayış məntəqəsində kənd yolu əsaslı surətdə yenidən salınır, kənd və xidmət mərkəzləri inşa olunur.
Kənd mərkəzi üçün tikilən ikimərtəbəli müasir binanın bir­inci mərtəbəsində poçt, avto­mat-telefon stansiyası, kitabxana, tibb otağı, polis və baytarlıq xidməti fəaliyyət göstərəcək. İkinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və klub yerləşəcək. Bununla da yaxın gələcəkdə kənd sakin­lərinin hər hansı bir məsələni həll etmək üçün rayon mərkəzinə üz tutmasına ehtiyac qalmayacaq.

Ardını oxu...

Muxtar respublikamızda tütünçülüyün inkişafı istiqamətində həyata keçirilən tədbirlər ailə təsərrüfatlarının da bu sahəyə marağını artırıb. Şərur rayonunun Çomaxtur kəndində ailə təsərrüfatçısı Yalçın Rzayev də bu il 2 hektar sahədə tütün becərib. Artıq sahədə ikinci qırım keçirilib.
Ailə təsərrüfatı başçısı deyir ki, dünya səviyyəsində həm keyfiyyətinə, həm də məhsuldarlığına görə sınaqdan çıxarılmış “Virciniya” sortlu tütünün iki qırımından bir tondan artıq quru tütün əldə edib.
Məhsulun qəbulu sahəsində heç bir problem olmadığını vurğulayan Yalçın Rzayev onu da bildirdi ki, istehsal olunan quru tütünün tədarükü və təhvili üçün Kəngərli rayonunun Xıncab kəndində “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətinin qəbul məntəqəsi fəaliyyət göstərir. Təhvil verilən quru tütün məntəqədə çeşidlənir və ödənişi həyata keçirilir.
Hazırda tütün sahəsində mövsümə uyğun becərmə işləri davam etdirilir və üçüncü qırıma hazırlıq görülür.
Ailə təsərrüfatı gələn il tütün əkin sahəsini 2-3 dəfə artırmağı qarşıya məqsəd qoyub. Təsərrüfatda bağçılıq və arıçılıqla da məşğul olunur.

Mehman MƏMMƏDOV

Torpaq mülkiyyətçiləri artıq bu sahəyə daha çox maraq göstərirlər

Taxıllar fəsiləsinə aid olan qarğıdalı birillik dənli bitkidir. Vətəni Mərkəzi və Cənubi Amerika sayılır. İlk vaxtlar o az tapılan bəzək bitkisi kimi tanınsa da, çox keçmədən Fransa, İtaliya və Portuqaliyada geniş yayılaraq qiymətli ərzaq və yem bitkisi kimi istifadə olunub. XVI əsrdə onun yayılma arealı genişlənərək Şimali Afrika, Hindistan və Çinə gedib çıxıb. Rusiyaya isə XVII əsrdə gətirilib, oradan da Azərbaycana yayılıb. Bu gün qarğıdalı dünyada əkilən dənli bitkilər arasında buğdadan sonra ikinci yeri tutur. 

 

Qarğıdalının xalq təsərrüfatında istifadə imkanları genişdir. Məsələn, onun dənələrindən şirə çəkir, şəkər, yağ, spirt istehsal edirlər. Bu bitki həm də yeyinti sənayesində geniş tətbiq olunur: ondan un, yarma və nişasta hazırlayır, nişastadan isə qənnadı sənayesində istifadə edilir.
Qarğıdalının tibbi əhəmiyyəti də vardır. XIX əsrin ikinci yarısında bu bitkinin saçaqlarının ödqovucu xüsusiyyətə malik olduğu müəyyən edilib. Hazırda isə ondan qaraciyər və öd kisəsinin iltihabında, habelə böyrəkdə daş olan hallarda müalicə məqsədilə istifadə edirlər. Xalq arasında qarğıdalının qovurub partladılmış şəklə salaraq yeyilməsi də qədimdən məlumdur. Elə bu təsərrüfat əhəmiyyətindən irəli gəlir ki, dən üçün əkilən bu bitkinin ümumi becərildiyi ərazi dünyada 130 milyon hektardan çoxdur. Qarğıdalı əkininə bu qədər yer verilməsinin səbəbi odur ki, bu bitki həm ərzaq məhsulu kimi, həm sənaye əhəmiyyətinə görə, həm də heyvandarlıqda faydalı yem istehsalı üçün böyük əhəmiyyət daşıyır. Eyni zamanda qarğıdalının tropik iqlimə malik ölkələrdən tutmuş yağıntının miqdarı çox olan şimal ­ölkələrinədək əkilə bilməsi bu qiymətli bitkinin daha geniş ərazilərdə yayılmasına imkan verir.

Ardını oxu...

Yaşıl meşələri, axar çayları, buz bulaqları, füsunkar çəmənlikləri, bol-bərəkətli torpağı var yurdumun. Səhər-səhər şehli çiçəklərin, güllərin incə rayihəsi, qoyun-quzuların mələşməsi, hər fəsildə ayrı gözəlliyə sahib olan təbiəti, bara-bəhərə dolmuş bağları, göz işlədikcə uzanan bol məhsullu tarlaları kəndlərimizdə insanlara xoş ovqat bəxş edir, onları zəhmətə, işgüzarlığa, təsərrüfatla məşğul olmağa, daha çox əkib-­becərməyə həvəsləndirir. Bu həvəslə səhərin sübh çağında iş üçün ayağa qalxan kəndli gündəlik işinə başlayır. Kimisi tarlasını suvarmağa, zəhmətlə becərdiyi məhsulu yığmağa, ot tədarük etməyə başlayır, kimisi də mal-qarasını otlaqlara aparır. Min bir zəhmətlə özlərinə gün-güzəran yaradan, dolanışığını lazımınca təmin edən kəndlinin hər günü, beləcə, öz axarında davam edir.
Bu işdə kəndliyə böyük stimul verən isə muxtar respublikada kənd təsərrüfatının, eləcə də onun aparıcı sahələrindən olan heyvandarlığın inkişafının daim diqqət mərkəzində saxlanılmasıdır.
Son illər heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi, məhsuldar cins mal-qaranın alınıb gətirilməsi, süni mayalandırmanın tətbiqi, qarışıq yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması, təbii yem və otlaq sahələrinin su təminatının yaxşılaşdırılması, həmçinin qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası heyvandarlığın inkişafına öz təsirini göstərib. Dövlət dəstəyi nəticəsində süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması yüksək məhsuldarlığı olan heyvanların baş sayının və heyvandarlıq məhsulları istehsalının artırılmasına şərait yaradıb. Bu isə kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahəyə marağının artmasına səbəb olub.

Ardını oxu...

Ordubad rayonunun Dəstə kəndində “Nağdsız ödəyək” adlı maarifləndirici görüş keçirilib. Tədbirdə nağdsız ödənişlərin məqsəd və mahiyyəti barədə iştirakçılara geniş məlumat verilib.
Qeyd olunub ki, nağdsız ödənişlər yolu ilə vətəndaşlar həm vaxtlarına qənaət etmiş olur, həm də hədiyyələr əldə etmək fürsəti qazanırlar. Belə ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on birinci tirajında məhz Ordubad rayonu üzrə 55 nəfər müxtəlif qiymətli hədiyyələr əldə ediblər.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara bukletlər paylanılıb.

Abbas SEYİD

Muxtar respublika əhalisinə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilib. Belə ki, muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin sonuncu mərhələsi üzrə işlər tamamlanmaqdadır. Culfa rayonunu əhatə edən bu layihə üzrə artıq mövcud 21 Daewoo və Kareltipli avtomat telefon stansiyaları demontaj olunaraq yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunub, 5 stansiya tələbat olan açıq ərazilərdə montaj edilib. Ümumilikdə, bu layihə ilə Culfa rayonu ərazisində 28 yeni nəsil telefon stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, rayonun Əbrəqunus və Ərəfsə məntəqələri arasında çəkilən 28 kilometr uzunluğunda 48 lifli yeraltı fiber-optik kabel xəttinin tikintisi başa çatdırılıb. Hazırda avtomat telefon stansiyaların bu xətt üzərində qurulan 10 GB/s-lik telekommunikasiya sisteminə inteqrasiya edilməsi həyata keçirilir. Yeni fiber-optik kabel xətti üzərində qurulan telekommunikasiya sisteminin və Əbrəqunus, Göydərə, Qazançı paylayıcı qovşaqlarının istifadəyə verilməsi, 18 yeni nəsil telefon stansiyasını, Naxtelin 6 baza stansiyasını, bu ərazilərdə yerləşən orta ümumtəhsil məktəblərini və digər qurumları yüksəksürətli arabağlantı və internet kanalları ilə təmin edəcəkdir.

Ardını oxu...

Son illər muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu siyasət, rəqabətədavamlı məhsullar istehsal edən yeni müəssisələrin yaradılması ümumi inkişafın təmin olunmasına geniş imkanlar açmışdır.
“Naxçıvan Muxtar Respublikasının 2005-2008-ci illər Regional İnkişaf Proqramı”, Naxçıvan Muxtar Respublikasının 2009-2013 və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət pro­qramlarının uğurlu icrası ümumi inkişafın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əhatəliliyini daha da artırmışdır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında 2012-2015 və 2016-2020-ci illərdə meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər də muxtar respublikanın dinamik inkişafının təmin olunmasında mühüm rol oynayıb.
Əldə olunmuş uğurların davamlı­lığının qorunub saxlanılması və artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” təsdiq edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində “Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestrinin aparılması” mövzusunda qısamüddətli təlim keçirilib.
Tədbiri komitənin sədri Müslüm Cabbarzadə açıb. O, rayon (şəhər) idarələrinin əməkdaşları üçün keçirilən bu təlimin ünvan reyestrinin aparılması sahəsində biliklərinin daha da təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıb.
Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyev ünvan reyestrinin aparılması sahəsində komitənin rayon (şəhər) idarələrinin qarşısında duran vəzifələrdən bəhs edib.
Ünvan reyestrinin aparılması sektorunun müdiri Ruslan Həsənov daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestrinin aparılması ilə bağlı əyani vasitələrlə təlim iştirakçılarına geniş məlumat verib. Nəqliyyat infra­strukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini, ünvan nömrələrinin verilməsi zamanı əsas prinsiplər, bir ünvan nömrəsi almış torpaq sahəsi üzərində birdən çox girişi olan binanın tikildiyi hallarda girişlərin, həmçinin nizamsız düzülmüş binaların nömrələnməsi, ünvan lövhələrinin quraşdırılmasına qoyulan tələblər nümunələrlə təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda ənənəvi məktəbli yarmarkası ­təşkil olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək qeyd edib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub. Təhsil müəssisələri üçün yeni binaların tikilərək müəllim və şagirdlərin istifadəsinə verilməsi, məktəblərin ən müasir maddi-texniki baza ilə təchiz olunması, bacarıqlı pedaqoqların tədrisə cəlbi bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdəndir. Bütün bunlarla yanaşı, şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə təminatı da diqqət mərkəzində saxlanılır, hər il ənənəvi məktəbli yarmarkaları təşkil olunur. Nəticədə, valideynlərin də qayğıları xeyli azalır.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərində və rayonlarda məktəbli yarmarkaları fəaliyyətə başlayır. Belə yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan tələbatlarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır. Həm qiymətlərin ucuzlaşmasına, həm də süni qiymət artımına nəzarətin güclənməsinə səbəb olan yarmarkalar övladlarını məktəbə yola salmağa hazırlaşan valideynlərin işini xeyli asanlaşdırır.

Ardını oxu...

Naxçıvanda insanların qədimdən bəri taxılçılıqla məşğul olması bu ərazidə dəyirmanların da geniş yayılmasına səbəb olub. Qədim dəyirmanların bir çoxunun günümüzədək gəlib çıxması, dəyirman daşlarının və digər maddi nümunələrin aşkarlanması bunu təsdiq edir. Elmin, texnikanın inkişaf etdiyi müasir dövrdə çox böyük istehsal gücünə malik olan avtomatlaşdırılmış dəyirmanlar işi xeyli asanlaşdırıb. Bununla belə, diyarımızda qədim su dəyirmanlarından bu gün də istifadə edilir, onlar bərpa olunaraq işlək vəziyyətə gətirilir.
Son illər muxtar respublikada yaradılan belə müəssisələrdən biri də Şərur şəhərində yerləşən “Aqrotexservis” Səhmdar Cəmiyyətinin nəzdin­­də fəaliyyət göstərən “Dostluq” un ­dəyirmanıdır.
Dəyirmanın təcrübəli işçilərindən İlyas Nağıyev bizimlə söhbət zamanı dedi ki, muxtar respublikamızda əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, atılan addımlar hamımızı sevindirir. Sahibkarlıq fəaliyyətinə belə geniş meydan verilməsi də bu tədbirlərin davamıdır. Öyrəndik ki, sahibkar Adil Məmmədova məxsus dəyirman 2000-ci ildə verilən güzəştli kredit dəstəyi hesabına iki-üç nəfərlə fəaliyyətə başlayıb. Hazır­da müəssisədə 10-a yaxın işçi çalışır. Burada işçilərə normal iş şəraiti yaradılıb, onlar xüsusi geyim formaları və servis xidməti ilə təmin olunublar. Müəssisədə müxtəlif çeşiddə yüksək­keyfiyyətli məhsul emal etmək məqsədilə Almaniyanın bu sahə üzrə qabaqcıl təcrübəyə malik firmalarının istehsalı olan müasir tехnоlоji аvаdаnlıqlаr alınıb, quraşdırılıb. Gün ərzində 17 ton məhsul emal etmək gücündə olan dəyirman tək şərurluların deyil, qonşu Sədərək və Kəngərli rayonları sakinlərinin də una olan tələbatının ödənilməsində böyük rol oynayır.

Ardını oxu...

Son illər Ordubadda tikinti-quruculuq prosesləri geniş vüsət alıb. Təkcə keçən il rayonda 21 müxtəlif təyinatlı obyektin tikintisi başa çatdırılıb, 15 obyektin tikintisi, yenidən qurulması və əsaslı təmiri davam etdirilib. Hazırda quruculuq işlərinin yerinə yetirildiyi ünvanlardan biri də Vənənd kəndidir. Rayon mərkəzindən 17 kilometr şimal-qərbdə yerləşən bu yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri, məktəb binası, uşaq musiqi məktəbi, həkim ambulatoriyası üçün binalar inşa olunur. 

Ardını oxu...

Bu, regional iqtisadiyyatın dinamik inkişafı ilə yanaşı, Naxçıvanın istehsalçı imicinin formalaşmasına da töhfə olacaq 

Müasir iqtisadiyyatı sənayesiz təsəvvür etmək mümkün deyil. Çünki sənaye istehsalı olmadan iqtisadi inkişaf əldə etmək, həmçinin müasir cəmiyyətin tələbatını ödəmək mümkün deyil. Buna görə də bütün inkişaf edən ölkələrdə olduğu kimi, respublikamızda da həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri sənaye məhsulları istehsalı ilə tarazlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü məhsul istehsalına nail olmaqdan ibarətdir.
Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Sənayenin inkişafına göstərilən diqqət Naxçıvan Muxtar Respublikasında da bu sahədə qazanılan uğurları artırmaqdadır.
Sənayenin inkişafı xammala əsaslandığından bu xammaldan istifadə imkanları, o cümlədən emalı, daşınması, yeni məhsulun istehsalında yararlılıq faizi əsas amillərdən hesab olunur. Muxtar respublikanın ötən əsrin 90-cı illərindən blokada vəziyyətinə salınması sənaye infra­strukturunun yaradılmasında çətinliklər törətsə də, qarşıya qoyulmuş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin inkişafı təmin olunub. Təsadüfi deyil ki, son iki onillikdə muxtar respublikada çoxsaylı yeni müəssisələr istifadəyə verilib, mövcud müəssisələrin fəaliyyətlərinin bərpası və yenidən qurulması diqqət mərkəzində saxlanılıb.

Ardını oxu...

Muxtar respublikamızın digər bölgələri kimi, Şərur rayonunun da təkcə mərkəzi deyil, kəndləri də müasirliyə qovuşur, yeni binalar, körpülər tikilir, yollar əsaslı şəkildə yenidən qurulur. İnşa olunan kənd mərkəzləri, təhsil, mədəniyyət və səhiyyə ocaqları, ictimai və inzibati binalar əhalinin yaşayışının, həyat tərzinin yaxşılaşmasına müsbət təsir göstərir. Cari ildə də tikinti-quruculuq işləri bölgəni öz ağuşuna alıb. Belə ki, hazırda rayon mərkəzində və 6 kənddə geniş quruculuq işləri görülür.
“ARTAY” İnşaat LTD Şirkətinin Naxçıvan filialı Muğancıq Mehrab kəndində geniş­miqyaslı tikinti-quruculuq işləri aparır. Bu yaşayış məntəqəsində 4 obyekt tikilir, yaxud yenidən qurulur.
Şəxsiyyətin formalaşmasında müstəsna əhəmiyyətə malik olduğunu nəzərə alaraq təhsil infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və digər bu kimi aktual məsələlər muxtar respublikamızda daim diqqət yetirilən sahələrdəndir. Bu hesaba bölgənin bütün yaşayış ünvanlarında məktəb tikintisi, yaxud əsaslı təmir sahəsində tədbirlərin həyata keçirilməsi artıq intensiv xarakter alıb.
Muğancıq Mehrab kəndindəki 224 şagird yerlik tam orta məktəb binası da bütünlüklə yenidən qurulur. İkimərtəbəli binada əsas işlər yekunlaşıb. Binanın dam örtüyü vurulub, kommunikasiya xətləri çəkilib, qapı-pəncərələr salınıb, daxildə və fasad hissədə divarların suvaq işlərinə başlanılıb. Hazırda dəhlizlərə və mərtəbələrarası pilləkənlərə travertin daşlar döşənir, otaqların döşəməsi vurulur.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün də ölkəmizdə uğurla həyata keçirilir. Həmin islahatların davamlılığını təmin etmək məqsədilə dövlət proqramları, qanunlar qəbul olunur, aqrar sahənin inkişafına hesablanmış tədbirlər həyata keçirilir. Qeyd olunmalıdır ki, muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması diyarımızda əkinçiliyə marağı ildən-ilə artırır. 

Kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların verilməsi, onların lazımi texnika, mineral gübrələrlə vaxtında və güzəştli şərtlərlə təminatı, toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların verilməsi əkinçiliyin inkişafında yeni istiqamətlər açıb, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olub.
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli imkanlar hesabına ödənilməsi istiqamətində qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən digər mühüm tədbirlər nəticəsində ümumi inkişaf təmin edilib, daxili bazarda məhsul bolluğu yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında ­meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar açıb.

Ardını oxu...

Bu gün muxtar respublikamızda ailə təsərrüfatlarının yaradılmasına, onların fəaliyyətlərinə hərtərəfli qayğı göstərilir. Daxili bazarın yerli keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində xüsusi payı olan ailə təsərrüfatlarının inkişafı istiqamətində dövlət tərəfindən aparılan kompleks tədbirlər belə təsərrüfatların sayının artması ilə yanaşı, ailə biznesinin ­genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına da imkanlar açır. 

Son illər muxtar respublikada ənənə halını alan, istehsal olunan məhsulların sərgi və satışı məqsədilə təşkil edilən “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları – bal” və “Ailə təsərrüfatı məhsulları” festivalları istehsalçılar və istehlakçılar tərəfindən yüksək dəyərləndirilib, müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına marağı daha da artırıb.
Yaradılan şərait və göstərilən dövlət dəstəyi nəticəsində hazırda muxtar respublikamızda heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə 800-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir. 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan edilməsi də bu sahənin inkişafına öz töhfəsini verməkdədir.
Doğma diyarımızda fəaliyyət göstərən ailə təsərrüfatçıları yaradılan şəraitdən maksimum istifadə edərək öz təsərrüfatlarını daha da genişləndirirlər. Ailə təsərrüfatçıları arasında qadınlar da fəallıq göstərirlər.

Ardını oxu...

“İllərdir, işimlə əlaqədar olaraq Bakı şəhərində yaşayıram. Doğma yurduma gələndə hər sahədəki inkişafı görür, çox sevinirəm. Mağazalardakı bolluq isə nəyə desən, dəyər. Xüsusilə yerli məhsullarla dolu rəfləri görəndə lap ürəyim açılır. “Gəmiqaya Qida Məhsulları” firma mağazası ata ocağımızın yaxınlığında yerləşir. Hər dəfə Naxçıvana qonaq gələndə bu mağazadan müəssisənin istehsalı olan məhsullardan alıb Bakıdakı yaxınlarıma, qonşularıma aparıram. Deyim ki, buradan aldığım qovurulmuş əriştə ev şəraitində hazırlanan əriştədən seçilmir. Şirniyyatların dadına, tamına da söz ola bilməz. Süd məhsulları da ki, lap yerinə düşür. Müəssisədə istehsal olunan pendir, qaymaq, ayran min dərdə dərmandır”.

Ardını oxu...

Son illər muxtar respublikamızda bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafında da uğurlar əldə edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində kənd təsərrüfatında dinamik inkişaf sürətlənir. Bazarlarımızın yerli məhsullarla təminatında irəliləyiş müşahidə olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar dövlətimizdə kənd təsərrüfatının inkişafının davamlılığını təmin edir. Kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı dövlət sənədinin qəbulu həm əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, təsərrüfat adamlarının torpağa bağlılığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına, həm də əhalinin yerli məhsullarla təmin olunmasına xidmət edir.
Culfa rayonunun digər kəndlərində olduğu kimi, Yaycıda da cari ildə tərəvəzçiliyə diqqət artıb. Kəndin təsərrüfat adamları 681 hektar sahədə dənli-paxlalı, 26 hektar sahədə kartof, 18 hektar sahədə soğan, 11 hektar sahədə sarımsaq, 48 hektar sahədə isə tərəvəz əkini aparıblar. Hazırda soğan yığımı aparılır. Sahələrə düzgün aqrotexniki qaydada qulluq göstərildiyindən bol məhsul yetişib. Əvvəllər kənardan gətirilən soğan toxumları məhsuldarlığı aşağı salırdı. Artıq bir neçə ildir ki, yerli soğan sortlarından istifadə edilir, eyni zamanda növbəli əkinə üstünlük verilir.
Bu il soğan əkilmiş sahələrin suvarılmasında heç bir çətinlik olmayıb. Əvvəlki illərdə olduğu kimi, bu il də əkin sahələrini rahat suvarmaq üçün su kanalları lildən təmizlənb, su arxları yenilənib. O cümlədən əkin sahələrini vaxtında su ilə təmin etmək məqsədilə Yaycı gölü su ilə doldurulub, “Yaycı-1”, “Yaycı-2” nasos stansiyaları saz vəziyyətə gətirilib.
Məhsul yığımı davam edir.

Xəbərlər şöbəsi

Muxtar respublikada son dövrlər iqtisadi və sosial sahələrdə həyata keçirilən məqsədyönlü siyasət dinamik inkişafı təmin etməklə bərabər, əhalinin səmərəli məşğulluğuna da geniş imkanlar yaratmışdır.
“Naxçıvan Muxtar Respublikasının 2005-2008-ci illər Regional İnkişaf Proqramı”, Naxçıvan Muxtar Respublikasının 2009-2013 və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası görülən işlərin əhatəliliyini daha da artırmış, muxtar respublikada yeni istehsal və xidmət sahələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, müasir avtomobil yolları və digər infrastruktur obyektləri istifadəyə verilmişdir. Aparılmış uğurlu siyasət əhalinin səmərəli məşğulluğunu təmin etməklə bərabər, təhsil, səhiyyə və digər sosial təminatlarını da yaxşılaşdırmışdır.
Əldə olunmuş uğurların davamlılığının qorunub saxlanılması və artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” təsdiq edilmişdir.

Ardını oxu...

Ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə tarazlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü məhsul istehsalına nail olmaqdan ibarətdir. Buna görə də milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında son illər sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür, sahibkarların normal fəaliyyətinə hərtərəfli şərait yaradılır. Bunun nəticəsidir ki, artıq diyarımızda güclü sahibkarlar dəstəsi formalaşıb. Əlverişli sahibkarlıq və biznes mühitinin formalaşması xarici iş adamlarının da bölgəmizə investisiya yatırmaqla yeni istehsal sahələri yaratmasına səbəb olub. Hazırda muxtar respublikamızda müxtəlif profilli istehsal müəssisələri fəaliyyət göstərir ki, onlardan biri də “Nuhçıxan” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Yaxın günlərdə adıçəkilən ünvana üz tutub müəssisənin direktoru Onur Qaraxanla həmsöhbət olduq. O bildirdi ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraiti görüb biz də burada bir istehsal sahəsi yaratmaq qərarına gəldik. 2012-ci ilin may ayında müəssisə üçün ayrılan binada əsaslı təmir və yenidənqurma işlərinə başlanıldı. Üçmərtəbəli binada istehsal sexləri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, laboratoriya, yeməkxana, inzibati və digər yardımçı otaqlar istifadəyə verilib.

Ardını oxu...

Muxtar respublikamızın zəngin təbii sərvətləri burada müalicə turizminin inkişafı üçün geniş imkanlar açır. Bu imkanlardan səmərəli istifadənin nəticəsidir ki, hazırda Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi tikilir.
Kompleksin tikintisinə 2019-cu ilin mart ayından başlanılıb. Zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olacaq binanın zirzəmi hissəsində qazanxana, elektrik otağı, köməkçi iş otaqları, çarhovuzlar, mətbəx, kişi müalicəxana bölümündə bərbər, masaj və VİP masaj otaqları, qadınlar üçün nəzərdə tutulmuş müalicəxana hissəsində gözəllik salonu, mətbəx, masaj və qeydiyyat otaqları yerləşəcək.
Yeni səhiyyə ocağının birinci mərtəbəsində restoran, mağaza, gözləmə zalı, bufet, mətbəx, otel işçiləri üçün istirahət, həkim və müdir otaqları yerləşəcək. İkinci, üçüncü və dördüncü mərtəbələr isə istirahət otaqları üçün nəzərdə tutulub.
Aldığımız məlumata görə, hazır­da kompleksin birinci və ikinci mərtəbələrində hörgü və suvaq işləri yekunlaşdırılıb, üçüncü mərtəbədə hörgü, dördüncü mərtəbədə isə beton-qəlib işləri aparılır. Həmçinin kommunikasiya xətlərinin çəkilməsinə başlanılıb. İnşaatçılar lazımi tikinti material­ları, avadanlıq və texnika ilə təmin olunublar. Obyektdə, əsasən, yerli tikinti materiallarından istifadə edilir. İnşaatçılar işlərin yaxşı və keyfiyyətli yerinə yetirilməsi üçün səylə çalışırlar.
Qeyd edək ki, Darıdağ arsenli suyu dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə sübut olunub. Ona görə də Darıdağ arsenli suyundan müalicə məqsədilə geniş istifadə olunması muxtar respublikamızda müalicə turizminin inkişafına da öz töhfəsini verəcək.

Xəbərlər şöbəsi

Muxtar respublikadakı sürətli sosial-iqtisadi inkişaf, bütün sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına yaradılan münbit şərait, torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına göstərilən dəstək dükan və bazarlarımızdakı keyfiyyətli məhsul bolluğuna səbəb olub. Bunu hər şənbə və bazar günləri keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında da əyani şəkildə görmək mümkündür.
Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda keçirilən növbəti satış yarmarkada Naxçıvan şəhər sakinləri və qonaqlara müxtəlif çeşidli kənd təsərrüfatı və ərzaq məhsulları təklif olunub. Yarmarkaya, ümumilikdə, 22 istehsal müəssisəsi tərəfindən 80 növdə, 269 çeşiddə məhsul çıxarılıb. 600-dən çox ailə təsərrüfatçısı tərəfindən bazara çıxarılan məhsullar qısa müddətdə satılıb.
Yerli məhsulların münasib qiymətə satılması alıcılar tərəfindən razılıqla qarşılanıb, keçirilən belə tədbirlərdən minnətdarlıqla danışıblar.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sənətkarlarla görüş keçirilib.
“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev açaraq bildirib ki, Naxçıvanda özəl sektorun əsas istiqamətlərindən biri olan turizmin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən dövrdə sənətkarlar tərəfindən muxtar respublikanın tarixi-memarlıq abidələrini, milli arqumentləri özündə əks etdirən sənət sahələri üzrə 13 min manat dəyərində 722 əl işi və sənət əsəri hazırlanıb, satış üçün Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə yönəldilib.
Diqqətə çatdırılıb ki, ötən müddət ərzində bir sıra xarici ölkələrin nümayəndələri ilə keçirilmiş 48 beynəlxalq tədbirdə muxtar respublikadan 256 sahibkarlıq subyektinin 263 nümayəndəsinin iştirakı təmin edilib və muxtar respublikanın turizm potensialı haqqında xarici iş adamlarına və həmin ölkələrin rəsmilərinə məlumat verilib, turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparılıb.

Ardını oxu...

Muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsində özünəməxsus rolu olan Şərur rayonunda bu il kartof əkini sahələri 1094 hektara çatdırılıb. Kartof üçün münasib sahələrin seçilməsi, torpağın üzvi və mineral gübrələrlə zənginləşdirilməsi, şumun normal dərinlikdə aparılması, becərmə tədbirlərinin aqrotexniki tələblər səviyyəsində yerinə yetirilməsi nəticəsində fermerlər və torpaq mülkiyyətçiləri bol məhsul yetişdiriblər.
Hazırda kartof yığımının əsas dövrüdür. Verilən məlumata görə, bu günə kimi əkilən sahələrin yarısından çoxunun məhsulu yığılıb, hər hektardan orta hesabla 130 sen­tnerdən artıq kartof əldə edilib. İstehsal olunan məhsulun çox hissəsi rayonda mövcud olan soyuducu anbarlara tədarük olunub.
Ümumilikdə, bu il rayondakı suvarılan sahələrin 2 min hektara yaxını müxtəlif tərəvəz bitkiləri əkilmiş ərazilərdir. Kartof, xiyar, pomidor, bibər, soğan, sarımsaq və digər tərəvəzlər, həmçinin bostan məhsulları da yığılır.

Ardını oxu...

Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Şərur və Sədərək rayonlarında fəaliyyət göstərən ailə təsərrüfatçılarının iştirakı ilə seminar-müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agent­liyinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyəti başçısının müavini Anar Zeynalov açıb. Bildirib ki, “Ailə təsərrüfatları ili”ndə görülən çoxşaxəli tədbirlər Şərur rayonundakı belə təsərrüfatların da inkişafına böyük stimul olub, bölgədə yeni təsərrüfatların formalaşmasına geniş imkanlar açıb. Rayon ərazisində 5 hektar sahədə yer fıstığı və 1,2 hektarda qızılgül əkini aparılıb, bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

Ardını oxu...

Hər fəsildə barlı-bərəkətli meyvə bağları, təbiət gözəllikləri ilə cənnəti xatırladan yurdumuzun adla deyilən meyvələri təkcə respublikamızda deyil, ondan kənarda da məşhurdur. Yazın son aylarında göycə, ərik, yayın istisində şaftalı, üzüm yeşiklərə yığılıb ən şirin pay kimi qohuma, qardaşa göndərilir.
Muxtar respublikamızın ən böyük bölgəsi olan Şərur isə digər meyvələri ilə yanaşı, həm də şaftalısı, hülüsü ilə tanınır. Hər il olduğu kimi, bu il də rayonun bərəkətli torpaqlarında bitən ağaclardan şaftalı, şələli, hülü toplanıb uzaq rayonlarda həmyerlilərimizin süfrələrinin bəzəyinə, bu sahə ilə məşğul olanların isə qazanc mənbəyinə çevrilir.
Rayonda bu meyvəni əkib-becərənlər çoxdur. Şaftalı daha çox Aşağı və Yuxarı Daşarx, Danyeri, Oğuz, Xanlıqlar, Zeyvə, Düdəngə, Mahmudkənd, Siyaqut kəndlərində yetişdirilir. Rayonda şaftalı bağlarının sahəsi ilbəil daha da genişləndirilir. Artıq bir neçə müddətdir ki, məhsul yığılır. Naxçıvan-Sədərək yolundan keçənlər alyanaq meyvələrlə bəzənmiş şaftalı bağlarının seyrinə çıxmaqla yanaşı, yolboyu istədikləri təsərrüfatdan bu ətirli meyvədən də alıb, dadına baxa bilirlər.

Ardını oxu...

Günün istənilən saatında şəhərimizin hüsnünə yaraşıq verən rəngbərəng vitrinlərlə bəzənən marketlərə üz tutub səliqə ilə yığılmış tər çörəklərdən istədiyimiz qədər ala bilirik. Çörəyimiz bol olduğu üçün, necə deyərlər, evə əlidolu, üzüağ gedirik. Daha nə saatlarla çörək növbəsi gözləyən var, nə də ki “marketdə çörək qurtarıb, gərək bir-iki saatdan sonra yenə gedim görüm tapa bilərəm?” – deyən. Elə süfrə başında da tez-tez böyüklərin keçmişin acı xatirələrini yada salaraq: “İlahi, bizi bir daha çörəklə imtahana çəkmə”, – deməsi, o illərdə yaşananlar barədə edilən söhbətlər firavan, əmin-amanlıq, bolluq içində yaşadığımız bugünkü dövrün necə qiymətli olduğunu biz gənc nəslə aşılayır...

Təbii ki, çörəyin hasilə gəlməsi düşündüyümüz qədər də asan deyil. Taxılın əkilməsi, becərilməsi, yığılması, dəyirmanda üyüdülərək un halına salınması, bişirilərək marketə gətirilməsinə qədərki prosesi incələsək, bu işin necə böyük zəhmət tələb etdiyini görərik. Ancaq muxtar respublikamızda aparılan məqsədyönlü tədbirlər nəticəsində ilbəil bu proses daha da asanlaşır, insanlara rahat işləməsi, məhsul bolluğu üçün hərtərəfli şərait yaradılır. Torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikaları, mineral gübrələr və müasir suvarma sistemləri ilə təmin olunması, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə güzəştli kreditlərin verilməsi, eyni zamanda dövlətimiz tərəfindən ayrılmış yardımlar aqrar sahənin davamlı inkişafına yol açır. Sistemli şəkildə həyata keçirilən kompleks islahatlar sahibkar-torpaq münasibətlərinin elmi əsaslarla müasir təsərrüfatçılıq formasında inkişaf etdirilməsini reallaşdırır, bu isə məhsuldarlığın yüksəlməsinə səbəb olur. Təsadüfi deyil ki, artıq son bir neçə ildir, muxtar respublika sakinlərinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatı daxili istehsal hesabına ödənilir.

Ardını oxu...

Muxtar respublikamızda daxili istehsalın artırılması müxtəlif növ məhsullar üzrə tələbatın tam şəkildə ödənilməsinə imkan yaradıb. Bu mənada, xüsusən yay aylarında böyük tələbata malik olan pivə istehsalı həmin sahədə idxaldan asılı­lığın aradan qaldırılmasına və məşğulluq məsələlərinə də mühüm təsir edir.
2006-cı ildən fəaliyyət göstərən “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışan 60-a yaxın işçi istehsal etdiyi məhsul üzrə keyfiyyət prinsiplərini ön planda tutaraq istehlakçı məmnuniyyətinə nail olmağı qarşıya məqsəd qoyub. Müəssisə rəhbəri Seyfəddin Rəhimov onlara göstərilən dövlət qayğısının bu məsələdə böyük rol oynadığını vurğuladı. O bildirdi ki, xammalı Belçika, Çexiya, Slovakiya və Almaniya kimi ölkələrdən gətirilən Naxçıvan pivəsi Avropa mənşəli texnologiya vasitəsilə istehsal edilir ki, bu da hazır məhsulun yüksəkkeyfiyyətli olmasına səbəb olur. Aparılan marketinq araşdırmalarına görə, “Prestij Naxçıvan Pivəsi” yerli alıcılarla bərabər, muxtar respublikamıza gələn turistlərin də həvəslə aldığı məhsullardandır. Hər bir sahədə yeni texnologiyanın tətbiqi, son nəticədə, yüksək keyfiyyət və məhsuldarlıq deməkdir. Bu müəssisədə də yenilənməyə göstərilən diqqət öz bəhrəsini verir. Belə ki, bu il istehsal xəttində Çexiyanın “CHEOPS” şirkətinin istehsalı olan 50 min avro dəyərində avadanlıqlar alınması üçün müqavilə bağlanılıb. Yeni avadanlıq məhsul istehsalını artırmağa birbaşa təsir edəcək. Cari ilin ilk 7 ayı ərzində isə müəssisədə 36 min 578 min dekalitrdən artıq pivə istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 10 min 386 dekalitr çox deməkdir. Şübhəsiz, isti yay günlərində sərin içkilərə tələbatın 70-80 faizədək artdığı bir dövrdə daha çox məhsul istehsal olunub satışa göndərilməsi müəssisənin rəqabət qabiliyyətinin artmasını sübut edən əsas amillərdəndir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının sərt iqlim-hava şəraitinə və mürəkkəb relyefə malik olmasına baxmayaraq, həyata keçirilən tədbirlər nəticəsində burada aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm nəticələr əldə olunmaqdadır.

Cari ildə də kənd təsərrüfatının müxtəlif sahələri üzrə əldə olunmuş irəliləyişlər bu sahədəki müsbət dinamikadan xəbər verir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən son beş il ərzində istər əkin sahələrinin artımında, istərsə də ümumi kənd təsərrüfatı məhsulu istehsalında stabil artım qorunub saxlanılıb.
Muxtar respublikanın məhdud torpaq resurslarının əkin dövriyyəsinə qatılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində bu göstərici cari ildə də artımla qeydə alınıb və nəticədə, 2019-cu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılıb. Bu, 2018-ci ilin məhsulu üçün əkilmiş sahədən 1035 hektar çoxdur.
Ərzaq təhlükəsizliyində mühüm əhəmiyyətə malik olan taxılçılıqla yanaşı, kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılıb və 2019-cu ildə 3228 hektar sahədə kartof əkini aparılıb. Bu da 2018-ci ildə əkilmiş sahədən 13 hektar çoxdur.

Ardını oxu...

Son illər muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın tranzit imkanlarını xeyli artırıb. Bu tədbirlərin davamı kimi növbəti layihə olan Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Layihəyə əsasən həmin yolun Culfa-Yaycı hissəsi 4 zolaqlı, Yaycı-Ordubad hissəsi isə ikizolaqlı hərəkət hissəsindən ibarət olacaq. Yolun Culfa rayonu ərazisindən keçən hissəsində torpaqbərkitmə işləri yekunlaşdırılıb, magistrala asfalt örtük verilib. Hazırda yolun Düylün-Dəstə kəndləri ərazisindən keçən hissəsində yol yatağı genişləndirilir, yeni körpü və suötürücülər tikilir, digər hissələrdə torpaq işləri aparılır. Ümumi uzunluğu 48 kilometr olan yolun keçdiyi yerlərdə layihəyə əsasən 120 su keçidi və 6 körpü salınması, asfalt örtüyünü yağış sularından qorumaq üçün yol kənarlarında 28 kilometr uzunluğunda su kanalının tikilməsi nəzərdə tutulub. Bu quruculuq tədbirlərinin böyük bir qismi artıq həyata keçirilib. Hazırda yolun müxtəlif hissələrində tikinti işləri davam etdirilir.

Ardını oxu...

Artıq yay tətilinin bitməsinə sayılı günlər qalıb və övladlarımıza keyfiyyətli məktəbli forması ala bilmək imkanı yaradan ünvan – “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətindəyik.
Keyfiyyətli məktəbli formasının tikildiyi bu ünvan həm də fəaliyyəti ilə muxtar respublikada alıcı rəğbəti qazanmış istehsal müəssisələrindən biridir. Lakin illər öncə bu sahədə vəziyyət tamamilə başqa idi. Övladları orta məktəbdə təhsil alan valideynlər təkcə dərslik çatışmazlığından əziyyət çəkmir, həm də geyim problemi ilə üzləşirdilər. Blokada şəraitində yaşayan muxtar respublikamız inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda belə bir müəssisənin yaradılması bütün ailələrə maddi və mənəvi dəstək oldu.
Müəssisənin direktoru Mehrəngiz xanım yenə iş başındadır. Onunla həmsöhbət oluruq: – Muxtar respublikada dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi, bu mexanizmin təkmilləşdirilməsi qadınların da sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına stimul verib.
Hazırda ümumi ərazisi 700 kvadratmetr olan müəssisəmizdə Almaniya, Yaponiya və Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılıb, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib. Yeni istehsal sahəsinin yaradılması daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb.
Müəssisə rəhbəri deyir ki, 2010-cu ildə 560 min manat vəsait ayrılması sayəsində 2011-ci il sen­tyabrın 9-da gündəlik istehsal gücü 150 dəst kostyum olan müəssisənin yeni binası və kostyum istehsalı sahəsi istifadəyə verildi. Müəssisənin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirak etməsi, tövsiyələri müəssisənin gələcək fəaliyyətinə işıq saldı. Müəssisənin kostyum istehsalı sahəsi fəaliyyətə başlayanadək bu məhsulun çox hissəsi idxal yolu ilə əldə olunurdu. Lakin yeni istehsal sahəsinin yaradılması ilə həmin məhsullara olan tələbat daxili imkanlar hesabına ödənilməyə başlandı.

Ardını oxu...

Muxtar respublikada 2019-cu ilin yanvar-iyul aylarında 1 milyard 545 milyon 776 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3382,4 manat ­olmuşdur.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 636 milyon 155 min 100 manat dəyərində məhsul istehsal edilmişdir. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Ardını oxu...

Sədərək Rayon Qaz İstismar İdarəsindən aldığımız məlumata görə, 1 avqust 2019-cu il tarixə rayon üzrə təbii qaz istehlakçılarının ümumi sayı 2365 olub. Bunun 2289-u əhali, 76-sı qeyri-əhali abonentləridir. Bəhs olunan dövrdə Qaz İstismar İdarəsinə daxil olan müraciətlərə əsasən 62 yeni qaz çəkilişi olub. 78 sayğaca mühafizə qutusu quraşdırılıb. İstismarda olan daşıyıcı, paylayıcı qaz kəmərlərinə və onların üzərində olan kranlara, siyirtmələrə, qaztənzimləyiciyə, qazpaylayıcı şkaflara texniki baxış keçirilib, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülüb. Qazın texnoloji rejimə uyğun nəql olunmasını təmin etmək də diqqətdə saxlanılıb.
Məlumatda bildirilir ki, qaz itkisi olan istiqamətlər müəyyən edilib, onları yaradan səbəblər müəyyənləşdirilib, sızmalar bərpa olunub. Bəhs olunan dövr ərzində sayğaca müdaxilənin qarşısının alınması məqsədilə intensiv reydlər keçirilərək heç bir müdaxilə faktı aşkarlanmayıb.

Ardını oxu...

Şərur – bu sevimli, günəşli torpaq
Əziz bir nemətdir Azərbaycana.
Baxdıqca ruh verir hüsnü insana
Xoşdur bu yerlərin şairi olmaq.

Xalq şairi İslam Səfərli Şərur torpağının gözəllikləri haqqında danışarkən ona olan sonsuz sevgisini, məhəbbətini özünəməxsus poetik tərzdə tərənnüm edib. Şərur diyarının bu günü isə öz gözəlliyi ilə daha çox göz oxşayır, insanda yaşamaq, yazmaq həvəsi oyadır.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilməsi nəticəsində qədim diyar gündən-günə çiçəklənir, dövlət proqramlarının və infrastruktur layihələrinin reallaşdırılması yaşayış məntəqələrini abadlığa, inkişaf və tərəqqiyə qovuşdurur. Yeni inkişaf mərhələsinə çıxan Şərur rayonunda da əhalinin rahat yaşayışının təmin olunması sahəsində həyata keçirilən tədbirlərin və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri ilbəil genişlənir. Görülən kompleks işlər rayonun Qışlaqabbas kəndini də əhatə edib. Hər gün bu yeniliyə, gözəlliyə baxdıqca insan fərəh hissi keçirir. Bir il sonra 90 yaşını qeyd edəcəyimiz doğma yurdda bu inkişafı görmək hər bir rayon sakinini sevindirir. Yaxın günlərdə yeni xidmət və kənd mərkəzlərinin istifadəyə verildiyi Qışlaqabbas kənd sakinlərinin də sevinci çöhrələrindən duyulur. Son illər bu yaşayış məntəqəsi, sözün həqiqi mənasında, əsl inkişaf yoluna qədəm qoyub. Kənddə yeniliklər çoxdur. Müasir tikililərlə yanaşı, tariximizi özündə əks etdirən, Qışlaqabbas kəndi ərazisində yerləşən və eramızdan əvvəl IV-I minilliyə aid “Şortəpə nekropolu”nun ətrafında da abadlıq işləri görülüb.

Ardını oxu...

Muxtar respublikada əhalinin, xüsusilə də gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı olaraq Ordubad və Şahbuz şəhərlərində yeni yaşayış binaları inşa edilir.
Ordubad şəhərində tikilən zirzəmi ilə birlikdə 8 mərtəbəli yaşayış binası 28 mənzildən ibarət olacaq. Hazırda binada beton, hörgü və digər inşaat işləri aparılır. Binanın zirzəmisində xidmət sahələri də yaradılacaq, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları istifadəyə veriləcək. Binanın ətrafında abadlıq işləri görülür.

Ardını oxu...

Naxçıvan... Ulu və müqəddəs, bəşər mədəniyyətinin yaşıdı olan bu torpağın zəngin keçmişi ilə yanaşı, bugünkü tərəqqisi, əldə etdiyi sabitliyi, intibah yolu ilə də öyünməyə mənəvi haqqı var. Tarixçilər, salnaməçilər bir faktın üzərində məxsusi dayanırlar ki, muxtariyyətinin 95 yaşını qeyd edən Naxçıvan öz şanlı tarixinin heç bir dövründə bugünkü kimi inkişaf etməmişdi. Ölkə başçısının Naxçıvana olan davamlı diqqət və qayğısı, muxtar respublika rəhbərinin müstəsna əməyi, naxçıvanlıların yurd, Vətən sevgisinin bəhrəsindən yaranan qədim diyarın müasir siması Nuh yurduna gələn siyasətçilərin, elm adamlarının, turistlərin, idmançıların təəssüratlarını bəzəyir. Muxtar respublikanın ərazisinə və əhalisinə görə ən böyük yaşayış məntəqələrindən olan Babək rayonunda əldə olunan nailiyyətlər də sistemli və düzgün müəyyənləşdirilmiş fəaliyyətin məntiqi ­nəticəsidir.

Ardını oxu...

Muxtar respublikanın etibarlı ərzaqla təminatında taxılçılıq mühüm sahələrdən biridir. Taxılçılıq əhalinin çörək və digər unlu məmulatlara olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın inkişafında mühüm rol oynayır.
Kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafına göstərilən diqqət və qayğı, məhsul istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların, əkilən hər hektara görə gübrələrin, güzəştli şərtlərlə kreditlərin verilməsi və digər mühüm tədbirlər bu sahənin dinamik inkişafını təmin edib.
Görülən işlərin nəticəsi olaraq 2019-cu ilin məhsulu üçün muxtar respublikada 62970 hektar sahədə əkin aparılıb ki, bunun da 33308 hektarını və ya 52,9 faizini taxıl zəmiləri təşkil edib. 2018-ci il ilə müqayisədə taxıl əkini sahələri 825 hektar və yaxud 2,5 faiz artıb. Sahələrin 24729 hektarında buğda, 8579 hektarında isə arpa əkilib. Ümumi əkin sahəsinin 4127 hektarı və yaxud 12,4 faizi Şərur, 10610 hektarı və yaxud 31,8 faizi Babək, 1685 hektarı və yaxud 5,1 faizi Ordubad, 6553 hektarı və yaxud 19,7 faizi Culfa, 5210 hektarı və yaxud 15,6 faizi Kəngərli, 1616 hektarı və yaxud 4,9 faizi Şahbuz, 2472 hektarı və yaxud 7,4 faizi Sədərək rayonlarının, 1035 hektarı və yaxud 3,1 faizi isə Naxçıvan şəhərinin payına düşüb.

Ardını oxu...

Muxtar respublikada ərzaq təhlükəsizliyinin və özünüməşğulluğun təmin edilməsi prioritet vəzifələr sırasındadır. Buna nail olunmasında kənd təsərrüfatı mühüm rola malikdir. Ona görə də bu sahənin inkişafı istiqamətində həyata keçirilən kompleks islahatlar, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası, subsidiyaların verilməsi, müasir texnologiyaların tətbiqi, meliorasiya və irriqasiya sistemlərinin texniki imkanlarının genişləndirilməsi, keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi əkinçiliyin inkişafına öz təsirini göstərməkdədir.

Qeyd edək ki, cari ilin məhsulu üçün muxtar respublikamızda 33 min 308 hektar sahədə taxıl əkilmişdi. Zəmilərdən 102 min 984 ton məhsul tədarük edilib, hektarın orta məhsuldarlığı 30,9 sentnerə çatdırılıb. Təbii ki, bu nəticəyə nail olunmasında bir neçə amil başlıca rol oynayıb. Bu sırada ilk olaraq dövlət qayğısını qeyd etməliyik. Məhz bu qayğının ifadəsidir ki, cari ildə də meliorasiya-irriqasiya tədbirləri davam etdirilib. Uzun illər əkilməyən və istifadəsiz qalan torpaq sahələrinə yeni suvarma kanallarının çəkilməsi, müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması əkin dövriyyəsinə yeni sahələrin qatılmasında mühüm rol oynayıb. Belə ki, təkcə 2018-ci ildə və cari ilin ilk altı ayında meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi istiqamətində Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616, Yurdçu kəndi ərazisində 59,4 hektar sahəni əhatə edən yeni qapalı suvarma şəbəkələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Muxtar respublika ərazisində yerləşən və 303,5 milyon kubmetr su tutumuna malik olan sututarlara 291,4 milyon kubmetr su ehtiyatı toplanılıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 160 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla 134716 hektar torpaq sahəsi su ilə təmin olunub.

Ardını oxu...

Muxtar respublikamızda sahibkarlığın inkişafına dövlət tərəfindən sistemli dəstək tədbirlərinin göstərilməsi, aparılan məqsədyönlü siyasət nəticəsində diyarımızda ümumrespublika və beynəlxalq əhəmiyyətli layihələrdə uğurla iştirak edən, iqtisadiyyatın inkişafına töhfə verən güclü sahibkarlar təbəqəsi formalaşıb.

Həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə və regionumuzda əlverişli biznes və investisiya mühiti yaradılıb. Qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi təmin edilib, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi diqqətdə saxlanılıb. Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı əhəmiyyətli dərəcədə azaldılıb, prosedurlar sadələşdirilib. Bununla yanaşı, investisiyaların və ixracın təşviqi mexanizmləri tətbiq olunur, yerli istehsalın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlər həyata keçirilir, dövlət satınalmalarında yerli istehsala üstünlük verilir.
Ölkəmizə investorların cəlb edilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə reallaşdırılan iqtisadi siyasətin əsası kimi “bir pəncərə” sistemi, valyuta tənzimlənməsi sahəsi, daşınmaz əmlakın qeydiyyata alınması prosesi, vergitutma sahəsi, gömrük rejimi və lisenziyalaşdırma fəaliyyətlərinin həyata keçirilməsi zamanı güzəştləri göstərmək olar. Bir çox sahədə xarici investorlara əlavə hüquqi təminatlar yaratmaqla yanaşı, yerli sahibkarlıq subyektlərinin də investor qismində çıxış etməsi və xaricə kapital axınının qarşısının alınması məqsədilə investisiya fəaliyyətində güzəştlər tətbiq edərək stimullaşdırıcı tədbirlər görülüb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR