Ordubad rayonunun Dəstə kəndində “Nağdsız ödəyək” adlı maarifləndirici görüş keçirilib. Tədbirdə nağdsız ödənişlərin məqsəd və mahiyyəti barədə iştirakçılara geniş məlumat verilib.
Qeyd olunub ki, nağdsız ödənişlər yolu ilə vətəndaşlar həm vaxtlarına qənaət etmiş olur, həm də hədiyyələr əldə etmək fürsəti qazanırlar. Belə ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on birinci tirajında məhz Ordubad rayonu üzrə 55 nəfər müxtəlif qiymətli hədiyyələr əldə ediblər.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara bukletlər paylanılıb.
Abbas SEYİD