23 Dekabr 2024, Bazar ertəsi

Son illər muxtar respublikamızda bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafında da uğurlar əldə edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində kənd təsərrüfatında dinamik inkişaf sürətlənir. Bazarlarımızın yerli məhsullarla təminatında irəliləyiş müşahidə olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar dövlətimizdə kənd təsərrüfatının inkişafının davamlılığını təmin edir. Kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı dövlət sənədinin qəbulu həm əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, təsərrüfat adamlarının torpağa bağlılığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına, həm də əhalinin yerli məhsullarla təmin olunmasına xidmət edir.
Culfa rayonunun digər kəndlərində olduğu kimi, Yaycıda da cari ildə tərəvəzçiliyə diqqət artıb. Kəndin təsərrüfat adamları 681 hektar sahədə dənli-paxlalı, 26 hektar sahədə kartof, 18 hektar sahədə soğan, 11 hektar sahədə sarımsaq, 48 hektar sahədə isə tərəvəz əkini aparıblar. Hazırda soğan yığımı aparılır. Sahələrə düzgün aqrotexniki qaydada qulluq göstərildiyindən bol məhsul yetişib. Əvvəllər kənardan gətirilən soğan toxumları məhsuldarlığı aşağı salırdı. Artıq bir neçə ildir ki, yerli soğan sortlarından istifadə edilir, eyni zamanda növbəli əkinə üstünlük verilir.
Bu il soğan əkilmiş sahələrin suvarılmasında heç bir çətinlik olmayıb. Əvvəlki illərdə olduğu kimi, bu il də əkin sahələrini rahat suvarmaq üçün su kanalları lildən təmizlənb, su arxları yenilənib. O cümlədən əkin sahələrini vaxtında su ilə təmin etmək məqsədilə Yaycı gölü su ilə doldurulub, “Yaycı-1”, “Yaycı-2” nasos stansiyaları saz vəziyyətə gətirilib.
Məhsul yığımı davam edir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR