23 Dekabr 2024, Bazar ertəsi

Sədərək Rayon Qaz İstismar İdarəsindən aldığımız məlumata görə, 1 avqust 2019-cu il tarixə rayon üzrə təbii qaz istehlakçılarının ümumi sayı 2365 olub. Bunun 2289-u əhali, 76-sı qeyri-əhali abonentləridir. Bəhs olunan dövrdə Qaz İstismar İdarəsinə daxil olan müraciətlərə əsasən 62 yeni qaz çəkilişi olub. 78 sayğaca mühafizə qutusu quraşdırılıb. İstismarda olan daşıyıcı, paylayıcı qaz kəmərlərinə və onların üzərində olan kranlara, siyirtmələrə, qaztənzimləyiciyə, qazpaylayıcı şkaflara texniki baxış keçirilib, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülüb. Qazın texnoloji rejimə uyğun nəql olunmasını təmin etmək də diqqətdə saxlanılıb.
Məlumatda bildirilir ki, qaz itkisi olan istiqamətlər müəyyən edilib, onları yaradan səbəblər müəyyənləşdirilib, sızmalar bərpa olunub. Bəhs olunan dövr ərzində sayğaca müdaxilənin qarşısının alınması məqsədilə intensiv reydlər keçirilərək heç bir müdaxilə faktı aşkarlanmayıb.

Qazdan təhlükəsiz istifadə qaydaları ilə bağlı kütləvi informasiya vasitələrindən istifadə etməklə maarifləndirmə və nəzarətçilər tərəfindən əhali arasında izahat işi aparılmasına ciddi önəm verilir.
Payız-qış mövsümünə keçidlə əlaqədar qaz təchizatı sisteminə texniki baxışın keçirilməsi, mövcud nasazlıqların vaxtında aşkar edilərək aradan qaldırılması işləri görülür, siyirtmələr yağlanır, filtrlər təmizlənir. Nizamlama işləri görülərək qaz nəqlinin normal təzyiqdə verilməsi işi nəzarətə götürülüb. Odlu işlərin aparılması zamanı və işçilərin digər qaz təhlükəli işləri gördüyü vaxt onlara öncədən “Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydaları”nın təhlükəsiz üsullarının öyrədilməsi və iş yerində təlimatın keçirilməsi təmin edilib.
Qəza hallarının aradan qaldırılmasında operativliyin təmin olunması, yeni qaz xətləri çəkilərkən və ya bərpa olunarkən mövcud standartların tələblərinin gözlənilməsinə diqqət artırılıb, 7 ay ərzində qəza dispetçer xidmətinə edilən 216 müraciət qeydiyyata alınıb.
Məlumatda o da vurğulanır ki, sel, daşqın, uçqun və coğrafi relyefi çətin olan yerlərdən keçən daşıyıcı qaz kəmərlərinə baxış keçirilib, qaz xətlərinin yerinin dəyişdirilməsi zərurəti yaranan kəmərlərdə iş aparılıb.
Qaz təsərrüfatında çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində 1 nəfər Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursuna cəlb olunub.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR