Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 2019-cu ildə daxili bazarda aparılan monitorinqlər üzrə iqtisadi aktiv ailə təsərrüfatı nümayəndələri və ailə təsərrüfatı məhsullarının satışını həyata keçirən təsərrüfat subyektləri müəyyənləşdirilib. Naxçıvan Biznes Mərkəzində onların mükafatlandırılması münasibətlə keçirilən tədbiri giriş sözü ilə agentliyin direktoru Bəxtiyar İsmayılov açıb.
Ölkəmizin müasirliyə doğru sürətli inkişafı insanların artan tələbatlarını ödəyə bilmək, mövcud resurslardan səmərəli istifadə etməklə əhalinin yaşayış səviyyəsini yüksəltmək vəzifəsini qarşıya qoyur. Bu mənada, Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın əsas amillərindən biri olan sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər regionun investisiya cazibədarlığının və ölkəmizin iqtisadi gücünün artırılmasında mühüm əhəmiyyətə malikdir. Bütün bunlar iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektoru üzrə ixrac potensialının artırılmasına muxtar respublikamızın verdiyi töhfələrdəndir.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən müasir suvarma sistemlərinin quraşdırılması, su itkisinin qarşısının alınması istiqamətində işlər noyabr ayında da davam etdirilmişdir. Belə ki, ötən ay muxtar respublikada su istifadəçilərinə 23 milyon kubmetr su verilmiş, bunun müqabilində 18 min 781 hektar torpaq sahəsi suvarılmışdır. 4,5 kilometr beton və torpaq kanal, 27 kilometr ara arxlar və 2 kilometr kollektor lildən təmizlənmiş, 1,2 kilometrlik açıq drenaj kanalı qazılmışdır. Həmçinin 1,5 hektar sahə hamarlanaraq əkinəyararlı hala salınmış, 40 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi azaldılaraq şoranlaşmanın qarşısı alınmışdır.
Son illər ərzində muxtar diyarımızda yüzlərlə yeni ailə təsərrüfatları formalaşıb, bu təsərrüfatların hərtərəfli fəaliyyəti üçün məqsədyönlü tədbirlər həyata keçirilib və keçirilməkdədir.
Bəhs olunan dövrdə həm də ailə təsərrüfatlarının biznes planları tərtib edilib, təsərrüfat sahiblərinə güzəştli şərtlərlə kreditlər verilib, istehsal olunan məhsulların satışı üçün əlverişli şərait yaradılıb. Dövlət dəstəyi nəticəsində ailə təsərrüfatları məhsullarının qablaşdırma və dizaynlarının tərtib edilməsi, onların taralarla təchizatı məhsulun bazara və istehlakçılara marketinq qaydalarına uyğun olaraq çatdırılmasına imkan verir.
Dekabrın 19-da Naxçıvan Biznes Mərkəzində “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektorun rolunun artırılması” mövzusunda regional seminar keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar artaraq 66,20 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 60,94 dollar təşkil edib.
Vergi siyasəti cəmiyyətin ayrı-ayrı sosial qruplarının və dövlətin maliyyə vəsaitlərinə olan ehtiyacının ödənilməsi, maliyyə ehtiyatlarının yenidən bölüşdürülməsi hesabına ölkə iqtisadiyyatının inkişafının təmin edilməsi məqsədilə ölkənin vergi sisteminin formalaşdırılması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərin məcmusudur. Muxtar respublikamızda da iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə dövlətin həyata keçirdiyi iqtisadi, maliyyə və hüquqi tədbirlər içərisində vergi siyasəti mühüm yer tutur.
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin olunması məqsədilə qarşıda duran vəzifələr noyabr ayında da həyata keçirilmişdir. Belə ki, ötən ay muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən 142 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun da 112-si əhali, 30-u qeyri-əhali abonentlərdir.
Noyabr ayında qaz təchizatı sistemində mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görülmüş, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işləri vaxtında başa çatdırılmış, qazpaylayıcı stansiyalarda qazqızdırıcı qurğular işə salınmışdır. Həmçinin qaz təsərrüfatında istismar üçün yararsız xətlərin və avadanlıqların müəyyən edilərək yenilənməsi həyata keçirilmiş, təbii qazdan qanunsuz istifadə hallarına nəzarət gücləndirilmiş, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanması təmin edilmişdir.
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar geriləyərək 65,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar ucuzlaşaraq 60,59 dollar təşkil edib.
Almaniyanın “Welt” qəzetində dərc edilən məqalədə bu il ərzində dörd yeni qaz kəmərinin istifadəyə veriləcəyi və onların Avropa və Asiyadakı qaz nəqli marşrutlarını dəyişəcəyi bildirilir.
Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin təsis konfransı keçirilib.
Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da mühüm sahələrdən olan aqrar bölmənin inkişafı diqqət mərkəzində saxlanılır.Belə ki, rayonda da daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılıb. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, əhalinin məşğulluğu təmin olunub, maddi rifah halı daha da yaxşılaşdırılıb. Rayonun təbii-coğrafi şəraiti, göstərilən dövlət dəstəyi, zəhmətkeş insanların əməyi ailə təsərrüfatlarının inkişafına stimul verib.
Muxtar respublikada iqtisadi və sosial həyatın bütün sahələrində müasir texnologiyalardan səmərəli istifadə ümumi inkişafı sürətləndirmiş, informasiya cəmiyyətinin formalaşmasına yeni stimul yaratmışdır.
Dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzibatçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması Vergilər Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biridir.
hektarla
Azərbaycan ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir. Səfərdə “Made in Azerbaijan” brendinin təşviqi, ixrac missiyasına qida sənayesi, turizm və tikinti materialları sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti iştirak edir.
Dünən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində dövlət büdcəsindən maliyyələşən təşkilatlarda sığorta işinin təşkili məsələləri ilə bağlı tədbir keçirilib. Maliyyə nazirinin müavini Həsən İsmayılov tədbirdə çıxış edərək sığortanın müasir cəmiyyət həyatındakı rolundan və dövlət maliyyə siyasətinin həyata keçirilməsində onun əhəmiyyətindən danışıb. Bildirilib ki, inkişaf etmiş və yüksək göstəricilərə malik bütün dünya ölkələrində dövlət maliyyə sisteminin inkişafında sığorta sahəsi də mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxışında bildirib ki, muxtar respublikamızda sosial-iqtisadi inkişafın sürətlənməsi ilə sığortaya da olan maraq artmaqdadır. Eyni zamanda insanların həyatı, sağlamlığı və əmlakının qorunması üçün zəruri tədbirlər görülsə də, qaçılması mümkün olmayan hadisələrdən zərər dəyməsi hər zaman baş verə bilər.
Meliorasiya və su təsərrüfatı sahəsi ölkənin sosial-iqtisadi inkişafında, xüsusilə də əhalinin məşğulluğunda müstəsna rola malikdir. Elə bu səbəbdən də iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən muxtar respublikada aqrar, o cümlədən meliorasiya və su təsərrüfatı sahəsində aparılan islahatlar, genişmiqyaslı layihələrin icrası bu sahənin inkişafı istiqamətində böyük əhəmiyyət kəsb edir. Bütün bunlar, nəticə etibarilə, məhsul istehsalının ildən-ilə artmasına və muxtar respublikada əsası hələ illər öncə qoyulan ərzaq təhlükəsizliyinin təmin olunmasına geniş imkan yaradır.
Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu sahədə əhəmiyyətli yer tutan heyvandarlığın inkişaf etdirilməsi, əhalinin müxtəlif çeşidlərdə heyvandarlıq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində bir sıra işlər görülür. Dövlət dəstəyi nəticəsində bu ilin ötən dövrü ərzində muxtar respublikada 9 heyvandarlıq təsərrüfatı yaradılıb, 2-si isə genişləndirilib, belə 10 təsərrüfatın yaradılması, 4-nün isə genişləndirilməsi işləri davam etdirilməkdədir. Əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək genetik potensialı olan heyvanların baş sayının artırılması, bu sahəyə olan marağın gücləndirilməsi üçün “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dair dövlət dəstəyi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli Sərəncamı ilə süni mayalanma yolu ilə alınmış hər baş buzova yüz manat həcmində subsidiyanın müəyyən edilməsi bu sahənin dinamik inkişafına təkan verən amillərdəndir.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən müasir texnoloji yeniliklərin tətbiqi ilə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Komitədə daşınmaz əmlakın qeydiyyatı prosesinin daha da sadələşdirilməsi, bu sahədə operativliyin artırılması üçün növbəti yeniliyin tətbiqinə – daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışların verilməsinə başlanılıb. Bu məqsədlə daşınmaz əmlakın elektron qeydiyyatı sisteminin proqram təminatı yenilənib və müvafiq funksionallıq yaradılıb. Komitənin internet səhifəsində elektron xidmətlər bölməsinə “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın verilməsi” və “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın yoxlanılması” xidmətləri əlavə edilərək Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalına inteqrasiya olunub.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən müasir texnoloji yeniliklərin tətbiqi ilə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Komitədə daşınmaz əmlakın qeydiyyatı prosesinin daha da sadələşdirilməsi, bu sahədə operativliyin artırılması üçün növbəti yeniliyin tətbiqinə – daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışların verilməsinə başlanılıb. Bu məqsədlə daşınmaz əmlakın elektron qeydiyyatı sisteminin proqram təminatı yenilənib və müvafiq funksionallıq yaradılıb. Komitənin internet səhifəsində elektron xidmətlər bölməsinə “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın verilməsi” və “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın yoxlanılması” xidmətləri əlavə edilərək Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalına inteqrasiya olunub.
Babək rayonu muxtar respublikada aqrar sahənin dinamik inkişaf etdiyi və zəngin təsərrüfatçılıq ənənələrinə malik olan yaşayış məntəqələrindəndir. Rayonun təbii-coğrafi şəraiti, göstərilən dövlət dəstəyi, zəhmətkeş insanların əməyi ailə təsərrüfatlarının inkişafına stimul verib.
Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafı da daim diqqət mərkəzində saxlanılır. Diyarımızda aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olub. O cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan verib, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uğurlu nəticələr qazanılıb. Qəbul edilən dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər məhsul bolluğuna zəmin yaradıb, daxili bazarda yerli məhsulların həcmi artıb.
Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda istehsal, təhsil, səhiyyə müəssisələri üçün binaların tikintisi, yolların və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılır. Cari ildə də belə tədbirlər sürətlə davam etdirilir, geniş və iri layihələr icra olunur.
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar geriləyərək 67,86 dollar təşkil edib.
Muxtar respublikada əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir.
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Respublikasının ən qiymətli sərvəti onun insanlarıdır” fikri əsas götürülərək muxtar respublikada iqtisadi fəaliyyətin bütün sahələrində həyata keçirilən mühüm tədbirlərlə yanaşı, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi də əhalinin sağlamlığının qorunmasına geniş imkanlar yaradıb. Belə ki, təkcə 2010-cu ildən 1 yanvar 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublika Xəstəxanası, Kardioloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Babək, Ordubad, Kəngərli və Sədərək Rayon Mərkəzi xəstəxanaları olmaqla, ümumilikdə, 13 xəstəxana, 37 həkim ambulatoriyası, 53 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
İqtisadi inkişafın əsas şərti kimi makroiqtisadi sabitliyin qorunması və bu məqsədlə bank sektoru tərəfindən davamlı olaraq həyata keçirilən tədbirlər həmişə diqqəti cəlb edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında real sektora kredit qoyuluşunun artması və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması nəticəsində bank sektorunun maliyyə dayanıqlığı ötən dövr ərzində də uğurla təmin olunub. Sərfəli faiz dərəcələri ilə verilən kreditlər ümumi iqtisadi aktivliyin artırılmasında, sahibkarlığın inkişafında, məşğulluğun təmin olunmasında mühüm rol oynayır.
Ölkəmizin ümumi iqtisadi inkişafında xüsusi çəkiyə malik məqamlardan biri də yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir.
Ağbulaq kəndi dəniz səviyyəsindən 2000 m yüksəklikdə yerləşdiyindən bura dağ-xizək turizminin inkişafı baxımından ideal yerdir. Ağbulaq İstirahət Mərkəzində fəaliyyət göstərəcək Xizək Mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılıb.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı reportaj hazırlayıblar.
Həmin vidoematerialı təqdim edir:
Bazar günü Budapeşt şəhərində Macarıstanın birinci xanımı Anita Orbanın himayəsi ilə keçirilən ənənəvi illik xeyriyyə yarmarkası baş tutub.
Muxtar respublikada 2019-cu ilin yanvar-oktyabr aylarında 2 milyard 234 milyon 729 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4883,6 manat olmuşdur.
Ötən həftənin şənbə günü paytaxt şəhərimizin Xətai küçəsindəki Mərkəzi bazarda təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasında xüsusi yer ayrılmış ərazidə çoxlu insanın növbəyə dayandığını gördüm. Maraqlanıb burada təzə balıq satıldığını öyrəndim. Bildirdilər ki, balıq tutulmasına icazə verilən mövsümlərdə buradan təzə balıq almaq mümkündür. Neçə ildir ki, naxçıvanlılar bu imkandan istifadə edirlər...
Bu il muxtar respublikada 70 tondan çox quru tütün tədarük edilib
Dünya iqtisadi sistemində gəlirlilik baxımından mühüm yer tutan sahələrdən biri də tütünçülükdür. Tütündən istifadə insan sağlamlığı üçün zərərli hesab edilsə də, ondan imtina azalmır, əksinə, dünya statistikasına görə hər bir ölkənin buna ehtiyacı var. Bu ehtiyacı ödəmək isə tütünçülüyün inkişaf etdirilməsini zəruri edir. Buna görədir ki, hazırda tütün istehsalı ilə məşğul olan ölkələr böyük həcmdə valyutalar qazanırlar. Ölkəmizdə də bu sahənin inkişafı keçmiş SSRİ dövründən diqqət mərkəzində olub. Vaxtilə tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanda pambıqdan sonra ikinci texniki bitki hesab olunub.
Son illər Ordubad rayonunda əhalinin firavan yaşayışının təmin olunması üçün həyata keçirilən tədbirlərin nəticəsidir ki, abadlıq və quruculuq işlərinin həcmi daha da genişlənib. Hazırda Ordubad şəhərində içməli su və kanalizasiya sistemlərinin, Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Kənddaxili yollar təmir olunur, kommunikasiya xətləri yenilənir. Ordubad-Culfa magistral yolu əsaslı şəkildə yenidən qurulur.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə 22-23 noyabr tarixlərdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində ənənəvi “X Rusiya-Azərbaycan Regionlararası Forumu” keçirilmişdir.
Forumda hər iki ölkənin dövlət təşkilatlarının rəsmiləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər. Noyabrın 23-də forum işini Moskvadakı “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” Sərgi-Kompleksindəki “Kosmos” pavilyonunda davam etdirmiş, həmin gün “Azərbaycan” pavilyonunun da açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi oktyabr ayında fəaliyyətini illik iş planına uyğun qurmuş, dövlət proqramlarının icrası diqqətdə saxlanılmışdır. Payızlıq taxıl əkinlərinin optimal müddətə başa çatdırılması və şırım üsulu ilə əkin aparılmasının üstünlüklərinin əhəmiyyəti mövzusunda maarifləndirici tədbirlər tarla-seminar müşavirələri keçirilmiş, ailə təsərrüfatlarının ixtisaslaşması, orta və kiçik sahibkarlıq subyektlərinə çevrilməsi istiqamətində işlər davam etdirilmişdir.
hektarla
Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi muxtar respublikada dayanıqlı maliyyə mühitini dəstəkləyərək ehtiyac yaranan sahələrdə maarifləndirmə və məlumatlandırma işini həyata keçirmək məqsədilə “Büdcəmizi anlayaq” layihəsini davam etdirir.
Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi və “Made in Azerbaijan” brendi altında ixracın artırılması strategiyası üzrə qarşıya qoyulmuş vəzifələr muxtar respublikamızda da uğurla həyata keçirilməkdədir. İqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sahələrinin yaradılması və bu sahələrə yerli kadrların cəlb olunması nəticəsində bir zamanlar tamamən idxaldan asılı olmuş Naxçıvan Muxtar Respublikası bu gün ixrac potensialına malikdir. Bununla da diyarımız ölkənin valyuta ehtiyatlarının artırılmasına öz mühüm töhfəsini verir.
Neftin qiyməti son 2 ayın maksimumuna yüksəlir.
“Qara qızıl”ın qiyməti Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalması, eləcə də ABŞ və Çin arasındakı ticari razılaşmaya dair prosesin irəliləməsi fonunda son 2 ayın maksimum səviyyəsinə yaxınlaşıb.
ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2019-cu və 2020-ci illər üzrə neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.
Bu il “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 63,9 dollar olacaq. “Goldman Sachs”ın gələn il üzrə proqnozu isə 60 dollar/barreldir.
Naxçıvan Muxtar Respublikası Vergilər və İqtisadiyyat nazirliklərinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı və sahibkarların iştirakı ilə “Nağdsız ödəniş əməliyyatlarının həcminin artırılması, rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi” mövzusunda tədbir keçirilib.
2019-cu ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb. Keçirilən nəzarət tədbirləri zamanı 1 şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb və həmin şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 5 vergiödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb.
Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 47 işəgötürəndə aparılmış araşdırmalar zamanı 91 yeni əmək müqaviləsinin bağlanmasına və 296 əmək müqaviləsində isə əməkhaqlarının minimum əməkhaqqı məbləğinə çatdırılmasına nail olunub.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin
mətbuat xidməti
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən suvarma mövsümünü mütəşəkkil keçirmək, əkin sahələrinin su təminatı və su itkisinin qarşısının alınması, müasir suvarma sistemlərinin quraşdırılması istiqamətində işlər oktyabr ayında da davam etdirilmişdir. Qeyd olunan dövrdə su istifadəçilərinə 13 milyon kubmetr suvarma suyu verilmiş, təkrar suvarma daxil olmaqla, 10 min 908 hektar torpaq sahəsi suvarılmış, 7 kilometr beton və torpaq kanal, 20 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənmiş, 3 kilometr yeni suvarma xətti çəkilmişdir.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər davam etdirilmiş, cari ilin oktyabr ayında 18 istehsal sahəsinin yaradılması başa çatdırılmışdır. Mineral su istehsalı, qaynaq çubuğu, plastik səbət, xalçatoxuma, yun və boyaq bitkilərinin tədarükü, süd emalı, heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatları, istixana, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 49 sahənin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyon dolları ötüb.
Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərurda uzun illərdir ki, torpaq insanların daimi iş yerinə çevrilib. Bu qiymətli sərvətdən səmərəli istifadə olunması üçün hər il məqsədyönlü tədbirlər həyata keçirilir. Meliorasiya-irriqasiya işləri görülür, rayona yeni kənd təsərrüfatı texnikaları gətirilir, torpaqda çalışanlara yüksək reproduksiyalı toxumların, mineral gübrələrin, həmçinin güzəştli kreditlərin verilməsi, emal və istehsal sahələrinin, soyuducu anbarların yaradılması diqqət mərkəzində saxlanılır. Bütün bunlar insanların torpağa bağlılıq hisslərini daha da gücləndirir. Mütərəqqi təsərrüfat forması olan ailə təsərrüfatlarının sayının günü-gündən artması da təsərrüfata bağlananlara göstərilən dövlət qayğısının ifadəsidir. Hazırda rayonda 115 ailə təsərrüfatı fəaliyyət göstərir.
Noyabrın 13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilib. Tədbirdə Azərbaycan da daxil olmaqla, 10 ölkədən 60-a yaxın şirkət iştirak edib.