Noyabrın 13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilib. Tədbirdə Azərbaycan da daxil olmaqla, 10 ölkədən 60-a yaxın şirkət iştirak edib.
Sərgidə plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunub.
Sərgidə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi də iştirak edib.
Xəbərlər şöbəsi