22 Dekabr 2024, Bazar

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi və “Made in Azerbaijan” brendi altında ixracın artırılması strategiyası üzrə qarşıya qoyulmuş vəzifələr muxtar respublikamızda da uğurla həyata keçirilməkdədir. İqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sahələrinin yaradılması və bu sahələrə yerli kadrların cəlb olunması nəticəsində bir zamanlar tamamən idxaldan asılı olmuş Naxçıvan Muxtar Respublikası bu gün ixrac potensialına malikdir. Bununla da diyarımız ölkə­nin valyuta ehtiyatlarının artırılmasına öz mühüm töhfəsini verir.

1995-ci ildə əsası qoyulmuş “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni keyfiyyətli məhsulların istehsalı və idxalı, xarici bazarlarda qazandığı etibarlı partnyorlar sahəsində fəaliyyətini genişləndirməkdədir.
Şirkət yarandığı tarixdən fəaliyyətini iki əsas istiqamətdə – gündəlik tələbat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində qurub. Muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən dəstəkdən bəhrələnən müəssisə yarandığı gündən indiyədək böyük bir inkişaf yolu keçib. Hazırda şirkət Türkiyə, Rusiya, ABŞ, Ukrayna, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, İran və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edir. Şirkət uğurlu distribüterlik fəaliyyəti həyata keçirməklə yanaşı, qənd istehsalı, çərəz, dənli məhsulların emalı, həmçinin qablaşdırılması sahəsində də istehlakçıların maraq və tələblərini müvəffəqiyyətlə təmin edir. Bundan əlavə, cəmiyyət tərəfindən 2010-cu ildə əsası qoyulan “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də Avropa standartlarına cavab verən vafli, kek, biskvit və digər qənnadı məmulatları da istehsal olunur.
Tanınmış xarici firmalarla ticarət əlaqələrini genişləndirən, o cümlədən muxtar respublikada və Azərbaycanın bütün bölgələrində müştəriləri yüksəkkeyfiyyətli məhsullarla təmin edən müəssisədə Avropa standartlarına uyğun avadanlıqlar quraşdırılmış və yüksək səviyyəli iş şəraiti yaradılmışdır.
Əldə olunmuş təcrübə, keyfiyyətə nəzarət ixracın həcminin artırılmasına imkan yaradıb. Belə ki, müəssisədə cari ilin iyul-oktyabr aylarında ixrac olunmuş məhsulun ümumi dəyəri 241 min ABŞ dolları həcminə yaxın olub. Əsasən, Gürcüstan və İraqa ixrac olunan 20-yə yaxın çeşiddəki vafli məmulatları bu ölkələrdə həvəslə alınır. Gələcəkdə əlavə olaraq 10-a yaxın çeşiddə vafli və peçenye məmulatını da ixrac etməyi planlaşdıran şirkət bu istiqamətdə tanıtım və marketinq tədbirlərinə də geniş yer verir. Belə ki, cari ilin oktyabr ayında Almaniyanın Köln şəhərində keçirilmiş “Anuga-2019” ərzaq sərgisində vahid ölkə stendində iştirak edən müəssisənin məhsulları böyük maraqla qarşılanıb. Qarşıdakı dövrlərdə Dubaydakı “Yummex Middle East” və Moskva şəhərindəki “Prod­Expo Moscow” beynəlxalq qida məhsulları sərgilərinə də dəvət almış “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də bunun üçün ciddi hazırlıq işləri aparılır. Onlar inanırlar ki, yalnız əla keyfiyyət, münasib qiymət və ləzzətli dada malik olan məhsullarla bugünkü istehlakçının tələbatını ödəməklə, rəqabətqabiliyyətli fəaliyyəti təmin edə bilərlər. Buna nail olmaq üçün isə indi bütün imkanlar vardır.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR