22 Dekabr 2024, Bazar

Son illər Ordubad rayonunda əhalinin firavan yaşayışının təmin olunması üçün həyata keçirilən tədbirlərin nəticəsidir ki, abadlıq və quruculuq işlərinin həcmi daha da genişlənib. Hazırda Ordubad şəhərində içməli su və kanalizasiya sistemlərinin, Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Kənddaxili yollar təmir olunur, kommunikasiya xətləri yenilənir. Ordubad-Culfa magistral yolu əsaslı şəkildə yenidən qurulur.

Rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Vənənd kəndinə də qurucu­luq işlərindən pay düşüb. Belə ki, kənddə yeni tam orta məktəb, musiqi məktəbi, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası inşa olunur. Həmçinin Ordubad şəhərində zirzəmi ilə birlikdə 8 mərtəbəli yeni yaşayış, Anaqut kəndində isə məscid binalarının ­tikintisi ­davam etdirilir.
Anaqut kəndində inşa olunan məscid binası 255 kvadratmetr ərazini əhatə edir. Bu ünvanda tikinti işləri, demək olar ki, başa çatdırılıb, məscidin minarəsinə mərmər üzlük çəkilir. Binanın ətrafında 1000 kvadratmetr ərazidə səkilər və pilləkənlər düzəldilib, buraya gələn avtomobil yolunun ətrafı abadlaşdırılıb, yola asfalt örtük salınıb.
Bu ilin yaz aylarından başlayaraq Vənənd kəndində həyata keçirilən kompleks qurucu­luq işləri çərçivəsində 3 mərtəbəli musiqi, 432 şagird yerlik 2 mərtəbəli tam orta məktəb binalarının, 2 mərtəbəli kənd mərkəzinin, həkim ambulatoriyasının və xidmət mərkəzinin tikintisində əsas işlər başa çatdırılıb. Bu ünvanlarda inşaat işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları həyata ­keçirirlər.
Ordubad-Naxçıvan magistral avtomobil yolunun Dəstə kəndi istiqamətindən Vənənd kəndinin qurtaracağınadək mövcud olan avto­mobil yolu genişləndirilərək asfalt salınıb. Vənənd kəndinin qurtaracağından Dırnıs kəndinədək olan avtomobil yolu isə genişləndirilir, çaladoldurma işləri həyata keçirilir.
50 kilometrlik Culfa-Ordubad magistral avtomobil yolunda da əsas işlər tamamlanıb, yollara asfalt örtük salınıb. Hazırda həmin yolun Əylis-Ordubad istiqamətində asfaltsalma işləri davam etdirilir, Ordubadçayın üzərində isə 2 körpü inşa olunur.
Ordubad şəhərinin Heydər Əliyev prospek­tində inşa olunan yaşayış binasında isə tikinti işləri, əsasən, başa çatıb. Hazırda həmin ünvanda daxili divarların hörgüsü və suvaq, eləcə də fasad divarının suvanması işləri həyata keçirilir.

Abbas SEYİD

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR