Azərbaycan ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir. Səfərdə “Made in Azerbaijan” brendinin təşviqi, ixrac missiyasına qida sənayesi, turizm və tikinti materialları sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti iştirak edir.
Qeyd edək ki, ixrac missiyasında "Gəmiqaya Mineral Sular" MMC-nin də nümayəndələri iştirak edir.
Azərbaycanlı iş adamları BƏƏ şirkətləri ilə ikitərəfli görüşlər keçirib, Azərbaycan məhsullarının market və bazarlarda satış imkanları və distributorluq məsələləri müzakirə olunub.
Həmçinin, səfər çərçivəsində ixrac missiyasının iştirakçıları bazar və iri marketlər şəbəkələrinin fəaliyyəti ilə tanış olublar.