22 Dekabr 2024, Bazar

Martın 24-də Nəqşicahan Holdinq tərəfindən Naxçıvanda onlayn market yaradılıb. Onlayn marketi mobil telefonlara da yükləyərək bütün super market məhsullarını sifarişlər vermək mümkündür.

Holdinqdən bildirilib ki, onlayn marketdə iki minə yaxın çeşiddə  məhsul var. Sifarişlər 10 dəqiqə ərzində mənzilə çatdırılır. Yaşayış yerindən asılı olaraq sifarişlərin müəyyən qədər gecikməsi mümkündür. Evdən və ofisdən çıxmadan  Naxçıvan onlayn marketdən sifariş verdiyiniz məhsullar servis  vasitəsilə ödənişsiz olaraq  mənzilinizə çatdırılır. Bu, həm təhlükəsizdir, həm də vaxt itkisinin qarşısını alır. 

Ardını oxu...

Şahbuz şəhərində yeni çoxmərtəbəli yaşayış binası inşa olunur. Əsas tikinti işləri yekunlaşan bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq.

Ardını oxu...

Martın 19-da Culfa şəhərində yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov çıxış edərək bildirib ki, muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri davamlı xarakter alıb. Digər bölgələrimiz kimi Culfa rayonuna da bu quruculuq işlərindən pay düşüb. Görülən işlərin nəticəsidir ki, rayonun kənd yaşayış məntəqələri ilə yanaşı, Culfa şəhəri də xeyli gözəlləşib, mühüm infrastruktur layihələri həyata keçirilib. Yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsi də görülən işlərin davamı olmaqla bərabər, həm də şəhərin abadlığına, yeni iş yerlərinin yaradılmasına töhfədir.

Ardını oxu...

Bu gün Ermənistanda iqtisadiyyatdan tutmuş siyasət və digər sahələrə qədər vəziyyətin daha sürətlə pisləşməsi özünü qabarıq göstərir. Belə durumda ən çox diqqəti cəlb edən məqamlardan biri də baş nazir Paşinyan və Konstitusiya Məhkəməsi ətrafındakı gərginliyin ən yüksək həddə çatmasıdır. Bunu son hadisələr də göstərir. Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin istefasına dair 5 aprel tarixində keçiriləcək referendum təxirə salınıb. Ermənistan Mərkəzi Seçki Komissiyası bəyanat yayaraq Konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsinin müəyyən vaxtadək təxirə salındığını açıqlayıb.

Ardını oxu...

Martın 19-na keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, bu, Azərbaycanın milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir. Dünən Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.

Ardını oxu...

Muxtar respublikada 2020-ci ilin yanvar-fevral aylarında 361 milyon 857 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 786,8 manat olmuşdur.

Ardını oxu...

Azərbaycanın ərzaq balansları dayanıqlıdır.

Bu sözləri qtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkənin ərzaq bazarı sahəsində mövcud vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, Azərbaycanda hər il ərzaq balansının tərtib olunması aşağıdakı məhsul növləri üzrə aparılır: buğda, sair dənlilər, dənli paxlalılar, un, çörək və çörək məmulatları, düyü, kartof, soğan, tərəvəzlər, bostan məhsulları, meyvə və giləmeyvələr, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları, kərə yağı, çay və sair. Ərzaq balanslarının təhlili onu göstərir ki, ölkədə ərzaq bazarında vəziyyət qənaətbəxşdir.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,63 dollar artaraq 30,68 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,19 dollar bahalaşaraq 29,89 dollar təşkil edib.

 

 

 

Artıq xalqımız müqəddəs bayramlarımızdan biri sayılan Novruzu qarşılamağa hazırlaşır. Hər bir ailə çalışır ki, bayramda süfrəsi bol olsun. Bu məqsədlə insanlar üz tuturlar bazarlara. Bazarlarımızda da ilin bütün vaxtlarında olduğu kimi, yenə də bolluq müşahidə edilir. Naxçıvan şəhərində ənənə halını alan, bayramqabağı yarmarkalar bu əziz bayramı da çeşid-çeşid nemətlərlə süfrələri bəzəməyə imkan verir.

Ardını oxu...

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən fevral ayında daxil olan müraciətlərə əsasən cəmi 75 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 69-u əhali və 6-sı isə qeyri-əhali abonentlərdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin fevral ayında öz fəaliyyətini illik iş planının və Dövlət pro­qramlarının icrası istiqamətində həyata keçirmişdir. Belə ki, nazirliyin mütəxəssisləri tərəfindən torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı başçılarının iştirakı ilə payızlıq taxıl sahələrinə mineral gübrələrin iki mərhələdə verilməsinin əhəmiyyəti, kartof sahələrinin əkinə hazırlanması, keyfiyyətli toxum materiallarından istifadə etməklə yüksək məhsuldarlığa nail olunması, toxumun dərmanlanması, əkindən qabaq torpaq analizinin aparılması mövzularında seminar-müşavirələr keçirilmişdir. Taxıl, meyvə və üzüm bağlarında zərərvericilərə qarşı kompleks mübarizə tədbirlərinin aparılması qaydaları, yaz-tarla işlərinə hazırlıq və aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasının məhsuldarlığa təsiri barəsində maarifləndirici tədbirlər davam etdirilmişdir. Kənd təsərrüfatında əl əməyinin yüngülləşdirilməsi və çəkilən xərcin azaldılması üçün kənd təsərrüfatı texnikaları və aqreqatlarının gücündən səmərəli istifadə edilməsi tövsiyə olunmuşdur.

Ardını oxu...

Azərbaycan və Türkiyə arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq, Azərbaycan Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyəyə çarter reysləri təşkil edəcək.

Ardını oxu...

Müasir və dayanıqlı iqtisadiyyatın yaradılması üçün sənayenin inkişafı əsas şərtdir. Sənaye maddi nemətlərin hasil edildiyi və bu nemətlərin, həmçinin kənd təsərrüfatı məhsullarının emalının həyata keçirildiyi mühüm fəaliyyət sahəsi olub iqtisadiyyatın lokomotivi rolunu oynayır.

Son dövrlər muxtar respublikada bu sahənin inkişafı diqqətdə saxlanılmış, rəqabətədavamlı və ixracyönlü yeni məhsul növlərinin istehsalını həyata keçirən müəssisələr fəaliyyətə başlamışdır. Əldə olunmuş uğurlar istehsalın şaxələndirilməsinə, enerji və ərzaq təhlükəsizliyinin, eyni zamanda səmərəli məşğulluğun təmin olunmasına, ümumilikdə, iqtisadiyyatın dinamik inkişafına yeni imkanlar yaratmışdır.
İlk dəfə 2019-cu ildə muxtar respublikada sənaye məhsulunun dəyəri bir milyard manatı ötmüşdür ki, bu da 2010-cu ildəki göstəricidən 3,2 dəfə çoxdur.

Sənaye məhsulu, min manat

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma sənayesi, 94,1 faizi emal sənayesi, 5,4 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, 0,4 faizi isə su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi müəssisələrində istehsal olunmuşdur.

Ardını oxu...

Hər il martın 15-i ölkəmizdə “Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü” kimi qeyd olunur.
İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərimizin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilmişdir.

Ardını oxu...

Muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin həcmi getdikcə genişlənir. Çünki zabit və əsgərlərin məişət və xidmət şəraitinin yaxşılaşdırılması üçün görülən işlər orduda mənəvi-psixoloji durumun təmin olunmasında başlıca amildir.

Ardını oxu...

Muxtar respublikada su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhatə dairəsi genişləndirilir. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən fevral ayında 17 kilometr yeni suvarma xətti çəkilmiş, 240 metr yeni açıq drenaj kanalı qazılmışdır. 1,5 kilometr təzyiqli boru xətti təmir edilmiş, 37 kilometr beton və torpaq kanal, həmçinin 14 kilometr ara arxlar lildən təmizlənmişdir. Eyni zamanda nasos stansiyalarının təzyiqli boru xətlərində təmir işləri davam etdirilmiş, suvarma mövsümünə hazır vəziyyətə gətirilmişdir. Bu dövrdə yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 590 metr istiqamətləndirici bənd salınmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən icbari tibbi sığortanın tətbiqi, Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərlə bağlı təlim paketləri hazırlanmışdır.
Tərtib olunan plan-qrafikə uyğun olaraq təlimlər dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan bütün təşkilatların, eləcə də muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aidiyyəti sahə üzrə çalışan işçilərini əhatə edərək, mütəxəssislərin qeyd olunan dəyişikliklərə hazırlıq səviyyələrinin artırılmasına hədəflənmişdir.

Ardını oxu...

Son illərdə muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac­yönümlü məhsul istehsalının stimullaşdırılmasına nail olunub. Yerli sahibkarlığın inkişafına yaradılan şərait isə məşğulluq səviyyəsinin artırılmasını və ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafını təmin edib.

Ardını oxu...

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 2020-ci ilin fevral ayında da diqqətdə ­saxlanılmışdır.

Ardını oxu...

Mövcud inkişafın dayanıqlılığını təmin etmək yalnız elmi əsaslara söykənən düzgün iqtisadi siyasət nəticəsində mümkündür. Belə bir şəraitdə ölkəmizlə quru yolu ilə birbaşa əlaqəsi olmayan, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Bütün bunların başlıca səbəbi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada uğurla davam etdirilməsidir. Faktlara nəzər yetirdikdə əminlik yaranır ki, muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyasət daha böyük uğurlara yol açmaqdadır.

Ardını oxu...

Sədərək rayonunda taxılçılığa maraq ilbəil artır, hər il bol məhsul istehsal olunur. Həmçinin rayonda tədarük olunan taxılın qəbulu və emalı üçün də ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən “Sədərək” Taxıl Məhsulları Emalı Müəssisəsi də öz fəaliyyəti ilə rayonda taxılçılığın inkişafına xidmət edir. Gündəlik istehsal gücü 10 ton olan müəssisə emal bölməsindən, 2 anbardan və 3 iş otağından ibarətdir. Cari ilin əvvəlində emal müəssisəsində fəaliyyəti təkmilləşdirmək və istehsal olunan məhsulun keyfiyyətini artırmaq üçün Türkiyə istehsalı olan yeni avadanlıqlar quraşdırılıb. Hazır­da burada birinci və ikinci növ un, o cümlədən kəpək istehsal olunur. Müəssisənin xidmətindən Sədərəklə yanaşı, Şərur rayonunun yaxın kənd­lərinin taxıl istehsalçıları da istifadə edirlər.

Ardını oxu...

Sahibkarlığın inkişaf etdirilməsi muxtar respublikada mühüm sahələrdən biri hesab olunur. Son illərdə dövlət tərəfindən bu sahənin inkişafı üçün böyük addımlar atılıb, mühüm layihələr həyata keçirilib.

Ardını oxu...

Muxtar respublikada su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhatə dairəsi ilbəil daha da genişləndirilir. Bu sahədə həyata keçirilən tədbirlər 2020-ci ildə də diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən cari ilin fevral ayında 17 kilometr yeni suvarma xətti çəkilib, 240 metr yeni açıq drenaj kanalı qazılıb, 1,5 kilometr təzyiqli boru xətti təmir edilib, 37 kilometr beton və torpaq kanal, həmçinin 14 kilometr ara arxlar lildən təmizlənib. Bundan əlavə, yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 590 metr istiqamətləndirici bənd salınıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğunun diqqətdə saxlanılması 2020-ci ilin fevral ayında da davam etdirilmiş, ümumilikdə, məhsul nümunələrinin 145 halda, o cümlədən qida məhsullarının 140 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunmuş və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.

Ardını oxu...

Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri təlimlərə cəlb edilib. 

Əvvəlcə Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimin əhəmiyyəti və məqsədi barədə danışıb.

Ardını oxu...

Martın 14-dən 22-dək Naxçıvan şəhərinin Xətai küçəsində yerləşən Mərkəzi bazarda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunacaq.

Bayram yarmarkasında muxtar respublikanın müxtəlif bölgələrində yetişdirilən meyvə və tərəvəzlər, heyvandarlıq məhsulları ilə yanaşı yerli istehsal müəssisələrinin qida məhsullarının satışı da təşkil olunacaq.

Ardını oxu...


Martın 14-dən 22-dək  Naxçıvan şəhəri Xətai küçəsindəki  Mərkəzi Bazarda Novruzun gəlişi ilə əlaqədar kənd təsərrüfatı məhsullarının bayram yarmarkası təşkil olunacaq.

Ərzaq təhlükəsizliyi tarixboyu dünyada ən mühüm həyat təminatı sistemlərindən biri kimi aktuallığını saxlamışdır. Bu gün də gündəlik istehlak səbətimizdə ərzaq məhsulları xüsusi çəkiyə malikdir. Ərzaq məhsullarının əsasını isə, heç şübhəsiz ki, kənd təsərrüfatı məhsulları təşkil edir. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi zərurətdir.

Ardını oxu...

2020-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət ­ və digər sahələrdə monitorinq və yoxlamalar aparılmışdır.
Keçirilən tədbirlər zamanı 2 şəxsin “Fərqlənmə nişanı” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və 1 şəxsin isə vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi müəyyən edilmiş və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Həyata keçirilən vergi siyasəti ilə bağlı muxtar respublikada görülən işlər öz nəticəsini verməkdədir. Belə ki, 2020-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti üzrə müəyyənləşdirilmiş proqnoz 101,8 faiz icra edilib.
Sosial sığorta fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 104,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 110,7 faiz əməl edilib. İstər vergilər, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.

Ardını oxu...

Qapalı suvarma şəbəkələri isə ikinci həyatdır


Suyun canlı aləmin varlığındakı rolundan günlərlə danışmaq olar. Bunu, sadəcə, iki kəlmə sözlə ümumiləşdirib deyirlər ki, su həyatdır. O olmayan yerdə həyat mövcud ola bilməz. Su tək gün ərzində ehtiyac duyulduqca stəkanı doldurub içmək deyil. Nəfəs aldığımız havada, qəbul etdiyimiz qidaların hər birinin tərkibində, bizi əhatə edən ətraf aləmin hər kiçik zərrəsində müxtəlif faizdə su vardır. Lakin, çox təəssüf ki, bu gözəl nemət dünyanın hər yerinə heç də eyni dərəcədə paylanmayıb. Yer kürəsinin 2/3-si sudan ibarət olsa da, hazırda elə dünyada böyük problemlərdən biri də su qıtlığıdır. Qlobal istiləşmə XXI əsrin insanını su sarıdan “imtahana çəkir”, çətin sınaqlarla üz-üzə qoyur. Dünya ölkələrinin əksəriyyətində bir ovuc su həsrəti ilə yaşayanlar var. Onlar su əldə etmək üçün evlərindən minlərlə kilometr uzaqlaşmalı olur, iki-üç gün istifadə edəcəkləri su üçün bir həftə vaxt sərf edirlər.

Ardını oxu...

Sənaye müasir iqtisadiyyatın əsas özəyini təşkil edir. İstehsala əsaslanan bu sahənin inkişafına nail olmadan iqtisadiyyatda hər hansı bir uğurdan bəhs etmək mümkün deyil. ­Cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərən sənayenin vəzifəsi mövcud xammalı istehlakçıya istifadəyə hazır vəziyyətdə təqdim etməyə əsaslanır. Bu isə məişətimizdə gündəlik istifadə etdiyimiz maddi və qeyri-maddi məhsulların həyatımızda necə mühüm bir yerə malik olmasını təsdiq edir.

Ardını oxu...

Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərur rayonunda bütün sahələrdə əldə olunan nailiyyətlərin həcmi ötən il bir qədər də artıb, insanların gün-güzəranı daha da yaxşılaşıb. Belə də olmalıdır. Çünki Ulu Tanrı öz səxavətini bu qədim yurd yerindən əsirgəməyib. Torpaqlarının bərəkətinə söz ola bilməz. Qədim tarixi abidələri min illərdən bu günə boylanan körpüdür. İnsanları yurd, torpaq təəssüblüdürlər. Elm, mədəniyyət xadimlərinin səsi-sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Tarixə qovuşan 2019-cu ildə bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, reallaşdırılan iqtisadi layihələrin rayona gətirdiyi yeniliklər saymaqla qurtaran deyil. Həmin yeniliklər muxtar respublikanın bütün bölgələri kimi, Şərurun da ayrılmaz həyat ritminə çevrilib. Burada kiminlə həmsöhbət olsan, görülən işlərdən razılıqla danışır, minnətdarlığını bildirir. Bu da təbiidir. Onlar qədim diyarın müasirliyə qovuşmasına ürəkdən sevinir, qurulub-yaradılanların qayğısına qalmağı özlərinin vətəndaşlıq borcu sayırlar. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecində tələbələr üçün təlim keçirilib.

Ardını oxu...

Fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və həmin gün Bakıda hər iki ölkə liderinin rəhbərliyi ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumiyyətlə, regionun gələcək inkişafı baxımından əhəmiyyətli idi.

Ardını oxu...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri bir sıra məqamlarla, xüsusilə də birgə strateji tərəfdaşlığa əsaslanan mühüm dövlət sənədlərinin imzalanması ilə yadda qaldı. Bu anlaşmalar içərisində Naxçıvan Muxtar Respublikasının gələcək sosial-iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Qars-İqdır-Naxçıvan dəmir yolu xəttinin və İqdır-Naxçıvan qaz xəttinin çəkilişi diqqəti daha çox cəlb edir. Bu qərar Naxçıvanın enerji və nəqliyyat blokadasının tamamilə yarılması, eləcə də alternativ imkanların tam hərəkətə gətirilməsi deməkdir.

Ardını oxu...

25 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezi­­denti cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezi­denti cənab Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Türkiyə Respublikasından Azərbaycan Respubli­ka­sının Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiy­yətlər müzakirə edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baytarlıq xidməti səviyyəsinin daha da yüksəldilməsi məqsədilə imzaladığı müvafiq sərəncamla qəbul edilmiş dövlət proqramı muxtar respublika sakinləri tərəfindən onlara göstərilən yeni bir qayğı kimi dəyərləndirilib. Çünki baytarlıq elə bir sahədir ki, bütün cəmiyyətin sağlam həyat tərzində mühüm rol oynayır. Böyük mütəfəkkirlərdən birinin dediyi kimi, bir həkimin səhvi bir insanın taleyinə son qoyursa, bir baytarın səhvi bir cəmiyyəti məhv edə bilər. Muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlər, proqramda icrası nəzərdə tutulan məsələlərlə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzovla həmsöhbət olub ona bir neçə sualla müraciət etdik: 

Ardını oxu...

 

Muxtar respublikada 2020-ci ilin yanvar ayında 173 milyon 71 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 376,4 manat olmuşdur.

Ardını oxu...

Mineral sular dünyada qeyri-bərabər yayılmaqla bəzi yerlərdə böyük quyular və hövzələr, bəzi yerlərdə isə kiçik bulaqlar şəklində mövcuddur. Fərqli növlərdə olan mineral sular, insanlar tərəfindən müxtəlif məqsədlər üçün istifadə edilməkdədir. Bir sıra xəstəliklərin müalicəsində, su tələbatının ödənilməsində, turizm potensialının təbliğində onların əhəmiyyətli rolu vardır. Təbiətin əsas neməti olan bu cür resurslar artıq ölkələr tərəfindən geniş məqsədlərin həyata keçirilməsi üçün istifadə olunmaqdadır. 

Ardını oxu...

 

Muxtar respublika iqtisadiyyatının mühüm sahələrindən biri də aqrar bölmədir. Bu sahənin inkişafı üçün məqsədyönlü tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Ona görə ki, aqrar sektor insan həyatı üçün zəruri istehlak məhsullarının böyük bir qismini təmin edir. Bu baxımdan qidalanma sisteminin coğrafi mühit və mədəni faktorlar əsasında formalaşdığını, əhalinin ərzaqla təminatının strateji əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hər bir ölkənin özünəməxsus, müstəqil aqrar siyasətinin olması mühüm bir vəzifə kimi ortaya çıxır.

Ardını oxu...

Tarixi mənbələrdən məlumdur ki, çox qədim dövrlərdən taxılçılığın inkişaf etdiyi Azərbaycanda hələ Neolit dövründə taxılın una çevrilməsi üçün sadə dən daşlarından istifadə olunub. Bu əl dəyirmanlarını sonradan su və yel dəyirmanları əvəz edib. Dəyirmanların inkişafı və təkmilləşməsi əmək məhsuldarlığının yüksəlməsi və dənin üyüdülməsinin yaxşı­laşması ilə nəticələnib. XX əsrdə elektriklə işləyən dəyirmanların yaranması su dəyirmanlarının sıradan çıxmasına və unudulmasına səbəb olub. Lakin muxtar respublikamızda bu gün də su dəyirmanlarından geniş istifadə edilir. Bu da o deməkdir ki, diyarımızda qədim məişət ənənələri qorunub yaşadılır.

Ardını oxu...

Makroiqtisadi sabitliyin qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri, şübhəsiz, bank sektorunun dayanıqlı fəaliyyətinin təmin olunmasıdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında ötən ilin yekunları da kredit qoyuluşunun artması və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılmasında müsbət nəticələr əldə olunduğunu təsdiq edir.

Ardını oxu...

Muxtar respublikada yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək üçün kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılır, anbarlara suyun yığılması həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yanvar ayında məhsul nümunələrinin 128, o cümlədən qida məhsullarının 124 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə qarşıya qoyulan vəzifələrin icrası yanvar ayında da davam etdirilmişdir. Belə ki, ötən ay muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən 160 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır ki, bunun da 129-u əhali, 31-i qeyri-əhali abonentlərdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanvar ayında öz fəaliyyətini nazirliyin illik iş planı və dövlət proqramlarının icrası istiqamətində qurmuş, maarifləndirici tədbirlər diqqətdə saxlanılmışdır. Belə ki, ötən ay istixanalarda şitillə əkilən tərəvəz sahələrində yüksək məhsuldarlığa nail olunması üçün aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılması barədə müşavirələr keçirilmişdir.
Meyvə və üzüm bağlarında, taxıl sahələrində gəmiricilərə qarşı müşahidələr aparılaraq sahələr müəyyənləşdirilmiş, onlara qarşı kimyəvi mübarizə aparılması qaydaları izah edilmişdir.
Qoyunçuluq və quşçuluq təsərrüfatlarında heyvan və quşlara zoobaytar qaydalara uyğun qulluq edilməsi, yumurta istehsalının artırılması barədə də maarifləndirici tədbirlər təşkil olunmuşdur.
“Araz” Elm-İstehsalat Birliyinin elmi şurasında kənd təsərrüfatında tədqiqat işlərinin aparılması mövzuları müzakirə edilmiş və təkliflər verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi yanvar ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

Ardını oxu...

Son illər muxtar respublikanın sosial-iqtisadi həyatında əldə olunmuş davamlı inkişaf, həyata keçirilən islahatların səmərəliliyi əhalinin yaşayış səviyyəsinin və güzəranının yaxşılaşdırılmasına, əhali artımına əlverişli şərait yaratmışdır.

Ardını oxu...

Muxtar respublikada belə təsərrüfatların qeyri-ərzaq sektorunda da
fəaliyyəti zamanın tələbidir

Ailə təsərrüfatları hazırda muxtar respublikamızda geniş yayılmış fəaliyyət sahələrindən biridir. Son illərdə aqrar sahədə çalışan təsərrüfat sahiblərinə dövlət dəstəyi nəticəsində güzəştli şərtlərlə kreditlərin verilməsi, istehsal olunan məhsulların qablaşdırılması, dizaynının tərtib edilməsi, taralarla təchiz olunması və satış üçün geniş imkanların açılması ailə təsərrüfatlarının yaradılmasına marağı daha da artırıb. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər planlarının təsdiq olunması isə onların fəaliyyəti üçün daha geniş imkanlar açıb. 

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR