22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yanvar ayında məhsul nümunələrinin 128, o cümlədən qida məhsullarının 124 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin edilmişdir.

Muxtar respublikaya idxal edilən uşaq qidalarının laborator analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanmış, yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 12 qida istehsalı müəssisəsinə, 16 ictimai iaşə və xidmət sahəsinə baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Eyni zamanda meyvə­-tərəvəzlərdən hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə sertifikatlaşdırma prosedurları və monitorinqlər üzrə məhsulların 53 halda standartlara uyğunluğu yoxlanılmış və nöqsan aşkar olunmamışdır.
Uşaq bağçalarının, təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi, alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması is­tiqamətində 40 bufet və yemək­xanada monitorin­q­lər, yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmış, aşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır.
Yanvar ayında ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət edilməsi üçün məhsullardan 61 halda nümunələr götürülərək analizlər aparılmış və standartlara uyğunluğu müəyyən edilmişdir. Həmçinin 58 xidmət mərkəzinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilmişdir. İki təsərrüfat subyektində və 2 xidmət mərkəzində təmir işləri aparılmış, metroloji norma və qaydalara uyğun olaraq 814 ölçmə vasitəsi yoxlanılmışdır.
Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə 102 məişət qaz cihazına baxış keçirilmiş, təhlükəsizliyi təmin olunmayan 12 məişət qaz cihazının idxalına və satışına icazə verilməmişdir.

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR