Martın 24-də Nəqşicahan Holdinq tərəfindən Naxçıvanda onlayn market yaradılıb. Onlayn marketi mobil telefonlara da yükləyərək bütün super market məhsullarını sifarişlər vermək mümkündür.
Holdinqdən bildirilib ki, onlayn marketdə iki minə yaxın çeşiddə məhsul var. Sifarişlər 10 dəqiqə ərzində mənzilə çatdırılır. Yaşayış yerindən asılı olaraq sifarişlərin müəyyən qədər gecikməsi mümkündür. Evdən və ofisdən çıxmadan Naxçıvan onlayn marketdən sifariş verdiyiniz məhsullar servis vasitəsilə ödənişsiz olaraq mənzilinizə çatdırılır. Bu, həm təhlükəsizdir, həm də vaxt itkisinin qarşısını alır.
Onlayn marketdən ərzaq məhsulları, içkilər, şirniyyatlar, təmizlik ləvazimatları, ət və ət məhsulları, unlu-qənnadı məhsulları və digərlərini sifariş verə bilərsiniz.
Qeyd edək ki, canlı sifariş izləmə xidməti də yaradılıb. Sifariş verdikdən sonra servisin xəritədə gəlişini izləmək mümkündür. Ödənişlər nəğd və ya onlayn ödəmə vasitəsilə həyata keçirilir.
Onlayn market Naxçıvan şəhərini və ətraf kəndləri əhatə edir.
Özünün internet saytı (nom.com.az) və sosial şəbəkə hesabları da olan market səhər saat 08.00-dan gecə saat 02.00-dək xidmət göstərir.
Naxçıvan şəhər sakinləri onlayn marketin saytı ilə yanaşı “Nom – Naxçıvan Onlayn Market” mobil tətbiqini “Android” və “Ios” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyib, sifariş vermək imkanı vardır.
Turab Hacızadə