22 Dekabr 2024, Bazar

Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası misilsiz inkişaf yolu keçmişdir. Qısa vaxt ərzində belə bir yeniləşmə və yüksəlişə nail olmaq çox çətindir. Muxtar respublikada həmin dövrdə həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri, yeni sənaye müəssisələrinin yaradılması, yerli istehsal sahələrinin genişləndirilməsi ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bir qrup torpaq mülkiyyətçisi və ailə təsərrüfatı başçılarının iştirakı ilə “Kartof əkinlərinə hazırlığın vəziyyəti və keyfiyyətli toxum tədarükü” mövzusunda seminar-müşavirə keçirilib.
Müşavirəni Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov açaraq rayonda aqrar sahənin inkişaf etdirilməsi və bu sahəyə hərtərəfli dövlət dəstəyinin göstərilməsi barədə danışıb.

Ardını oxu...

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul olunan dövlət proqramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, aqrar sahədə müasir infrastrukturun yaradılması kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə də əkinçiliyin inkişafına geniş imkanlar açıb, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olub. 

Ardını oxu...

Ötən il ölkə əhalisinin sayı 85 min 651 nəfər və ya 0,9 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 67 min 108 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin mətbuat xidmətindən verilən məlumata görə, bütün növ əmək pensiyaları üzrə pensiyaların sığorta hissəsinin 16,6 faiz artırılması prossesi başa çatdırılıb.Yanvar ayının artımları da daxil olmaqla fevral ayının pensiya ödənişində bütün növ əmək pensiyalarının ödənilməsinin maliyyələşdirilməsi təmin edilib.

Ardını oxu...

 

 

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Rerspublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları, o cümlədən Naxçıvan məhsulları 10-14 fevral tarixlərində Moskvada təşkil edilən “Prodexpo 2020” beynəlxalq sərgisində nümayiş olunur.  

Sərgidə qida sənayesi, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir. Qeyd edək ki, Naxçıvanda fəaliyyət göstərən Babək "Sirab" ASC və "Ləzzət Qida Sənaye" MMC öz məhsulları ilə ayrı stendlə təmsil olunur. 

Sərgi çərçivəsində Naxçıvanlı Sahibkarlar görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

 

 

 

Muxtar respublikada səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yeni imkanlar yaratmış, ümumi inkişafı daha da sürətləndirmişdir.

Ardını oxu...

Nəqliyyat xidməti bir ölkənin, diyarın iqtisadiyyatının dinamik inkişafını şərtləndirən əsas amillərdəndir. Bu baxımdan muxtar respublikamızda da lazımi tədbirlər həyata keçirilir, əhalinin rahat hərəkətini, yüklərin vaxtlı-vaxtında, keyfiyyətlə daşınmasını təmin etmək üçün avtomobil, dəmir yolu və hava nəqliyyatının müasir tələblər səviyyəsində qurulmasına diqqət yetirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on ikinci tirajının qalibləri müəyyənləşib. 2019-cu il iyulun 1-dən 2020-ci il yanvarın 1-dək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Hədiyyə qazanmış şəxslər təhsil, səhiyyə, mədəniyyət, dövlət qulluğunun ayrı-ayrı sahələrində, hüquq-mühafizə orqanlarında, özəl sahələrdə çalışan işçiləri, sadə vətəndaşları və təqaüdçüləri əhatə edir.

Ardını oxu...

“İxrac ili” onların qarşısında mühüm vəzifələr qoyur

 Hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla növbəti dəfə görüşdü. Fevralın 6-da Naxçıvan Biznes Mərkəzində keçirilən görüşdə muxtar respublika iqtisadiyyatının müasir mənzərəsini özündə əks etdirən statistik göstəricilər səsləndi, sahibkarların qarşısında duran vəzifələrdən bəhs olundu. Bəs bu tədbir hansı əhəmiyyətli tərəfləri ilə seçilir?

Ardını oxu...

Muxtar respublikamızda mövcud potensialdan səmərəli istifadə ilə sənaye və kənd təsərrüfatının inkişafının sürətləndirilməsi, əhalinin mənzil-məişət şəraitinin və rifah halının yaxşılaşdırılması daim diqqətdə saxlanılır, sosial məsələlərin həlli ilə bağlı mühüm addımlar atılır. Sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, vətəndaşların yaşayış sahələrinin ipoteka yolu ilə əldə edilməsi imkanlarının genişləndirilməsi isə daşınmaz əmlak bazarında aktivliyi və bununla bağlı əməliyyatların sayını artırır.

Ardını oxu...

Culfa Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Əbrəqunus kəndində seminar-müşavirə keçirilib.
Tədbiri rayon İcra Hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov açaraq qeyd edib ki, bu ilin bol məhsulu üçün ilkin mərhələni təşkil edən torpağın lazımi dərinlikdə şumlanması, hamarlanması və digər aqrotexniki tədbirlər həmişə olduğu kimi, bu mövsümdə də gecikdirilmədən və aqrotexniki tələblərə uyğun ardıcıllıqla həyata keçirilib. Bu günədək rayonda 7467 hektar sahədə əkin aparılıb.

Ardını oxu...

Öz yeni inkişaf dövrünü yaşayan Azərbaycan üçün uğurlarla dolu olan 2019-cu il də arxada qaldı. 2020-ci il bütün dünyanı narahat edən qlobal problemlərlə başlasa da, şükürlər olsun ki, bu çətinliklər ölkəmizin vətəndaşlarından çox kənardadır. Xalqımız, bütün dünyadakı həmvətənlərimiz 2020-ci ildə də sıx birləşib bir hədəf seçiblər: ölkəmizin hərtərəfli inkişafı, insanlarımızın rifahı və xoşbəxtliyi üçün daha da həmrəy olub, inamla çalışmaq!

Ardını oxu...

Qış fəslində belə, bazar-dükanlarda yer alan tərəvəz məhsullarına tələbat çox olur. Sahibkarlar istixanalarda ərsəyə gətirdikləri məhsulları şəhər və rayon bazarlarına çıxarıb yaxşı qazanc əldə etməklə bərabər, əhalini payız, qış mövsümlərində də tərəvəz ilə təmin edirlər. İstixanalarda müasir kənd təsərrüfatı texnikalarından istifadə, yeni texnologiyaların tətbiqi yüksək məhsuldarlığa nail olunması ilə yanaşı, keyfiyyətli məhsul istehsalında da mühüm rol oynayır. Bu mənada, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” böyük əhəmiyyətə malikdir. Belə ki, proqramın icrası istiqamətində davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni istixana kompleksləri yaradılır.

Ardını oxu...

Sahibkarlığın inkişafı cəmiyyət həyatının ən mühüm istiqamətlərindəndir. Çünki bu inkişaf, sadəcə, biznes meyarları ilə ölçülmür. Sahibkarlıq inkişaf edirsə, ölkənin iqtisadi potensialı artır, potensial artırsa, ordumuz güclənir, ordu güclənirsə, dövlətin təhlükəsizliyi təmin olunur, nüfuzu yüksəlir, beynəlxalq müstəvidə dayaqları möhkəmlənir. Xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həqiqətən, iqtisadi gücü olan ölkə bütün sahələrdə nailiyyətlər qazanır, elmi, təhsili, mədəniyyəti inkişaf edir. Ən əsası iqtisadi qüdrəti olan dövlət öz müstəqilliyini qoruyub saxlayır, inkişaf etdirir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin “Sahibkarların səmərəli işləməsi Azərbaycanın iqtisadi inkişafını təmin edən amildir. Ona görə də biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq” fikirlərinin təsdiqi ölkəmizin bugünkü inkişafında daha aydın görünür.

Ardını oxu...

Dövlətin həyata keçirdiyi tədbirlər təkcə vergiödəyicilərinin deyil, bütövlükdə cəmiyyətin qanuni maraqlarını müdafiə edir. Bu baxımdan vergi intizamı və mədəniyyətinin, vətəndaşlarda vergi qanunvericiliyinə hörmətlə yanaşmaq bacarığının formalaşdırılması öz müsbət nəticələrini verməkdədir. Belə ki, 2020-ci ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti üzrə müəyyənləşdirilmiş proqnoz 109,5 faiz icra edilib. Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə onların 39,5 faizi dövlət, 60,5 faizi isə özəl sektorun payına düşüb.

Ardını oxu...


2019-cu ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqının məbləği 475 manat təşkil edib. Bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 10,5 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

Ardını oxu...


Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəldib, əmtəə dövriyyəsinin həcmini genişləndirib.

 2019-cu ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 968 milyon 616 min 200 manat dəyərində istehlak malları satılıb və ödənişli xidmətlər göstərilib. Satılmış istehlak mallarının 96,2 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşüb.

Ardını oxu...


Muxtar respublikada son illər həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirib, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılıb.

Ardını oxu...

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2019-cu ildə də davam etdirilmiş, yüksək nəticələr qazanılmışdır.
Əldə olunmuş uğurların davamlılığının qorunub saxlanılması və artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.
2019-cu ildə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 839 milyon 650 min manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilə nisbətən 1,6 faiz artaraq 6201,5 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 58,9 faiz təşkil etmişdir.
2018-ci illə müqayisədə 2019-cu ildə sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 4,5 faiz, nəqliyyat sektorunda yük daşınması 2 faiz, informasiya və rabitə xidmətləri 2,8 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-noyabr ayları göstəricisi

Sənaye

Muxtar respublikada son illər həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.

Ardını oxu...


Vergi qanunvericiliyi sahəsində kompleks tədbirlərin nəticələrinə və gözləntilərinə nəzər yetirsək  görərik ki, gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsi, xüsusilə optimal vergi sisteminin tətbiq edilməsi, nümunəvi vergi ödəyiclərinə güzəştlərin təqdim olunması, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişaf etdirilməsi istiqamətlərində Vergi Məcəlləsinə  əlavə və dəyişikliklərin edilməsi aktualdır.

Ardını oxu...

Sabitlik və işgüzar fəallığın bərqərar olduğu cəmiyyətimizdə sahibkarlıq fəaliyyəti iqtisadi və mədəni inkişafda mühüm rola malikdir. Tətbiq olunan yeniliklərlə insan həyatında müsbət keyfiyyət dəyişiklikləri yaradan sahibkarlıq, bu mənada, həm də böyük məsuliyyət sahəsidir. Əhali tələbatlarını və dövlətin qarşıya qoyduğu prioritetləri əsas tutaraq özünün fəaliyyət proqramını quran hər bir sahibkarın uğur qazanmasının da sirri bundadır.

Ardını oxu...

Nağdsız ödəmələrin səviyyəsinin artırılması və nağd əməliyyatların minimuma endirilməsi vergi orqanının qarşısında əsas vəzifə hesab olunur. Bu istiqamətdə görülən işlər çərçivəsində Naxçıvan şəhərində 1 yanvar 2020-ci il tarixə 575 ədəd POS-terminal quraşdırılıb, qurğuların istifadə vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə mütəmadi monitorinqlər keçirilib. Nəticədə, POS-terminallar üzrə nağdsız dövriyyənin həcmi 2019-cu ildə 5 milyon 231 min 81 manat olub ki, bu da 2018-ci illə müqayisədə 2 milyon 125 min 829 manat çoxdur.
Vergitutma bazasının genişləndirilməsi, vergidənyayınma hallarının qarşısının alınması da Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən daim diqqət mərkəzində saxlanılıb. 2019-cu ildə də bu istiqamətdə aparılan araşdırmalar, eləcə də maarifləndirmə işlərinin görülməsi nəticəsində öz əmlaklarını icarəyə verən şəxslər tərəfindən əldə etdikləri gəlirlərə görə ödəməli olduqları vergilərdə artımlara nail olunub.

Xəbərlər şöbəsi

Kənd təsərrüfatının inkişaf etdirilməsi bütün dövrlərdə prioritet məsələlərdən sayılıb. Çünki bu sahənin inkişafı ərzaq məhsulları ilə etibarlı təminata zəmin yaradaraq strateji önəm kəsb edir. Naxçıvan Muxtar Respublikasının da əlverişli iqlim şəraiti, bərəkətli, münbit torpaqları, kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısının göstərilməsi mövcud torpaq potensialından səmərəli istifadə edilməsinə, həmçinin əkin dövriyyəsinin genişləndirilməsinə hərtərəfli şərait yaradıb.

Ardını oxu...

Hazırda dünyanın ərzaq bazarında ekoloji təmiz, keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarına ciddi ehtiyac duyulur. Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvandarlıq sektorunun inkişaf etdirilməsi vacib amillərdəndir. Çünki bu, kənd təsərrüfatının ən mühüm sahələrindən biri olmaqla, əhalinin ət, süd, yumurta məhsullarına olan ehtiyacının ödənilməsi ilə yanaşı, sənayenin xammala olan tələbatının təmin edilməsində də mühüm rol oynayır.

Ardını oxu...

İstehlakçılara verilən təbii qazın dayanıqlı olması üçün sistemin müasirləşdirilməsi işinin davam etdirilməsi məqsədilə istismarda olan təzyiq və qaztənzimləyicilərin, daşıyıcı və paylayıcı qaz kəmərlərinin, nəzarət-ölçü cihazlarının, digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti işlərə nəzarəti daha da artırıb.

Ardını oxu...

Son illər ərzində muxtar respublikada qazanılan iqtisadi uğurlardan biri də diyarımızda yüzlərlə yeni ailə təsərrüfatlarının formalaşmasıdır.

Ardını oxu...

Ekoloji kənd təsərrüfatı təsərrüfatçılığın kompleks forması olub  özündə yüksəkkeyfiyyətli məhsullar istehsal etmək, torpaq münbitliyini, suyun təmizliyini və zəngin biomüxtəlifliyi qoruyub saxlamaq kimi xüsusiyyətləri birləşdirir. Ekoloji təmiz, keyfiyyətli məhsulun əsasını ekoloji əkinçilik təşkil edir. Ekoloji kənd təsərrüfatı modelinin formalaşma prosesi XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropada  başlayıb. Əsas məqsədi istehsalda ekoloji təhlükəsiz ərzaq məhsulu prinsipini əsas tutaraq həm iqtisadi, həm də sosial baxımdan tarazlaşdırılmış davamlı təsərrüfatçılıq missiyasını yerinə yetirməkdir. Bu məqsədə nail olmaq üçün torpaqların münbitliyinin yüksəldilməsi və qorunması işi ardıcıl şəkildə həyata keçirilərək kənd təsərrüfatının bütün sferalarında keyfiyyət göstəriciləri daim yaxşılaşdırılmalıdır. 

Ardını oxu...

Son illərdə paytaxt Naxçıvan şəhərində vergilər sahəsində irəliləyişlərə nail olmaq üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Ticarət obyektlərində nəzarət-kassa aparatlarının quraşdırılması, POS-terminalların sayının ilbəil artırılması və düzgün istifadəsinin təmini, elektron qaimə-fakturaların və asan imzanın tətbiqi vergidənyayınma hallarının qarşısının alınmasına, ödəniş məbləğinin dəqiq aparılmasına, vaxt və maddi itkilərin aradan qaldırılmasına şərait yaradıb. Artıq bütün görülən tədbirlər öz bəhrələrini verməkdə­dir.

Ardını oxu...

Ümumi daxili məhsulun strukturunda ilk yerə sənaye sahəsinin sahib olması son 11 ildə muxtar respublikanın əldə etdiyi ən böyük nailiyyətdir. Əgər 2008-ci ildə 164 milyon 452 min manatlıq sənaye məhsulu istehsal olunmuşdursa, 2019-cu ildə bu rəqəm 1 milyard 15 milyon manata yaxınlaşmış, emal müəssisələrinin fəaliyyəti genişləndirilmiş, muxtar respublika sənaye regionu kimi tanınmışdır. Sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər, sahibkarlara göstərilən dövlət qayğısı və dəstəyi nəticəsində ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötmüş, sənaye sahəsində isə məhsul istehsalının 95 faizi özəl bölmənin payına düşmüşdür. 

Ardını oxu...

Muxtar respublikamızda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Bu isə qədim diyarımızda istehsal sahələrinin genişlənməsinə və iqtisadiyyatın çoxsahəli inkişafına səbəb olub. Ötən il sahibkarlara 24 milyon 546 min manat kredit verilməsi, 72 yeni istehsal və xidmət sahəsinin fəaliyyətə başlaması, 37 hüquqi və 3459 fiziki şəxsin dövlət qeydiyyatına alınması da bunu sübut edir. O da qeyd olunmalıdır ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal edilir, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.  

Ardını oxu...

Sahibkarlıq 30 ilə yaxın bir dövrdə yaşadığımız yeni quruluşun özəl istehsal vasitələrindən biridir. Müstəqilliyimizin ilk illərində bu sahəyə meyil göstərənlərin rastlaşdıqları çətinlikləri xatırlayırsınızmı? Hamının öyrəşdiyi ictimai təsərrüfatlar – sovxoz və kolxozlar, həmçinin fabrik və zavodlar dağıdıldıqdan sonra kimsənin bir neçə nəfəri öz ətrafına yığıb məhsul istehsal etməsinə xülya kimi baxılırdı və o dövr üçün bu, təbii idi. Sistem dağılmışdı, başqa ölkələrlə əlaqələr yox dərəcəsində idi; istehsal üçün istifadə edilən avadanlıqlar istismar müddətini başa vurmuşdu. Belə bir məqamda qurmaq-yaratmaq əzmi ilə yaşayan insanlar ağır dilemma qarşısında idilər...

Ardını oxu...

Kənd təsərrüfatının dinamik inkişaf etdiyi Babək rayonunda taxılçılığa xüsusi maraq göstərilir. Torpaq mülkiyyətçilərinə verilən subsidiylar, gübrələr, texnika və texnoloji avadanlıqlar, əkin sahələrinin suvarma təminatının yaxşılaşdırılması imkan verir ki, taxıl əkini sahələri genişləndirilsin.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına, müasir istehsal və emal sahələrinin, həmçinin yeni infra­strukturun yaradılmasına dövlət maliyyə dəstəyinin göstərilməsi mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi bu sahədə böyük rol oynayır.
Fond 1 dekabr 2019-cu il tarixədək 1359 layihənin maliyyələşdirilməsinə 149 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərib. Bu rəqəm ötən il 88 layihə üzrə 6 milyon 991 min manatdan artıq olub.

Ardını oxu...

Muxtar respublika iqtisadiyyatında diqqətçəkən fəaliyyət istiqamətlərindən biri də ailə təsərrüfatlarıdır.
Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin təşviqi ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına imkan verib. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması, ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi mövcud potensialdan istifadə etməklə yeni ailə təsərrüfatlarının yaradılması, istehsalın genişlənməsi, yeni iş yerlərinin açılması ilə ­nəticələnmişdir.

Ardını oxu...

İnsan üçün zəruri olan maddi nemətlərin istehsalında aqrar sahə mühüm yer tutur. Bu sahənin dinamik inkişafı ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, aqrar sənaye müəssisələrinin xammalla təmin olunmasında da mühüm rol oynayır. Eyni zamanda müxtəlif təbii, texnogen və üçüncü şəxslərin hərəkəti mənşəli risk faktorlarına da həssas olan kənd təsərrüfatına müxtəlif səbəblərdən dəyən maddi zərərlərin əvəzinin ödənilməsinə xidmət edən aqrar sığorta da hazırda aktual məsələlərdəndir. 

Yanvar ayının 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Aqrar Sığorta Fondunun yaradılması barədə fərman imzalanıb. Bu mühüm dövlət sənədi kənd təsərrüfatının inkişafı üçün ardıcıl olaraq həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir. Belə ki, muxtar respublikada torpaqlardan səmərəli istifadə olunması, torpaq mülkiyyətçilərinə müxtəlif sahələrdə dəstək göstərilməsi, anbarlar yaradılması, satış yarmarkalarının təşkil olunması, maşın, mexanizm, gübrə təminatının yaxşılaşdırılması, məhsuldar sort və cins­lərin yetişdirilməsi, xaricdən alınması, aqrar sahə üzrə mütəxəssislərin, aqronom və baytarların hazırlanması daim dövlətin diqqət mərkəzində saxlanılır. Görülən kompleks işlər nəticəsində diyarımızda bu sahənin dayanıqlı inkişafı, onun çoxşaxəliliyi təmin olunub, müxtəlif bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı üçün əlverişli zəmin yaradılıb. Artıq Naxçıvanda mövcud torpaq, su, iqlim ehtiyatlarından, habelə maddi-texniki bazadan səmərəli istifadə olunması ilə aqrar sahədə yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalı üçün hər cür imkanlar vardır.

Ardını oxu...

İnsan üçün zəruri olan maddi nemətlərin istehsalında aqrar sahə mühüm yer tutur. Bu sahənin dinamik inkişafı ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, aqrar sənaye müəssisələrinin xammalla təmin olunmasında da mühüm rol oynayır. Eyni zamanda müxtəlif təbii, texnogen və üçüncü şəxslərin hərəkəti mənşəli risk faktorlarına da həssas olan kənd təsərrüfatına müxtəlif səbəblərdən dəyən maddi zərərlərin əvəzinin ödənilməsinə xidmət edən aqrar sığorta da hazırda aktual məsələlərdəndir. 

Yanvar ayının 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Aqrar Sığorta Fondunun yaradılması barədə fərman imzalanıb. Bu mühüm dövlət sənədi kənd təsərrüfatının inkişafı üçün ardıcıl olaraq həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir. Belə ki, muxtar respublikada torpaqlardan səmərəli istifadə olunması, torpaq mülkiyyətçilərinə müxtəlif sahələrdə dəstək göstərilməsi, anbarlar yaradılması, satış yarmarkalarının təşkil olunması, maşın, mexanizm, gübrə təminatının yaxşılaşdırılması, məhsuldar sort və cins­lərin yetişdirilməsi, xaricdən alınması, aqrar sahə üzrə mütəxəssislərin, aqronom və baytarların hazırlanması daim dövlətin diqqət mərkəzində saxlanılır. Görülən kompleks işlər nəticəsində diyarımızda bu sahənin dayanıqlı inkişafı, onun çoxşaxəliliyi təmin olunub, müxtəlif bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı üçün əlverişli zəmin yaradılıb. Artıq Naxçıvanda mövcud torpaq, su, iqlim ehtiyatlarından, habelə maddi-texniki bazadan səmərəli istifadə olunması ilə aqrar sahədə yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalı üçün hər cür imkanlar vardır.

Ardını oxu...

10 yaşlı müəssisədə bu il yeni modellərdə avtomobillər istehsal olunacaq

Sənaye hər bir ölkədə iqtisadiyyatın aparıcı sahəsi hesab olunur. Çünki bu sahənin inkişafı olmadan iqtisadiyyatda dinamikliyi təmin etmək və bazar tələblərinə uyğun məhsul istehsalına malik olmaq mümkün deyil. Buna görədir ki, ümummilli lider Heydər Əliyev tərəfindən hələ Sovet hakimiyyəti dövründən əsası qoyulmuş sənaye kompleksləri müstəqilliyimizin bərpasından sonrakı dövrdə yenidən qurulmuş, dövrün tələblərinə uyğun yeni istehsal sənayesi sahələri yaradılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də ­maşınqayırma sənayesinin inkişaf etdirilməsidir. 

Ardını oxu...

Xalçaçılıq xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalça sənəti Naxçıvanda da geniş yayılan xalq yaradıcılığı növlərindən biridir. Bu mənada, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunması, inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsində müstəsna rola malikdir.

Ardını oxu...

Sərhəd bölgəsi Sədərək rayonunda yeni yaşıllıqlar zolaqları salınır. Ağacəkmə kampaniyasında rayonun sakinləri də yaxından iştirak edirlər.

Ardını oxu...

“Rabitəbank”ın əməkhaqqı kartlarından yeni “Kartmane” kartlarına və yaxud yeni “Kartmane” kartları arasındakı pulköçürmələrindən heç bir komissiya tutulmayacaq. Bu əməliyyatlar bankın rəqəmsal xidmətləri üçün keçərlidir. 

Ardını oxu...


Məlum olduğu  kimi dekabrın 21-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilib. Sessiyanın gündəliyində duran əsas məsələlərdən biri, Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi ilə bağlı idi. Büdcə layihəsinin təhlilini apardığımız zaman məlum olur ki, 2020-ci il dövlət büdcəsi hazırlanan zaman bir çox sahələr prioritet istiqamət kimi götürülüb. Belə ki, muxtar respublikanın inkişaf tempinə uyğun olaraq sosial-iqtisadi sahələr eləcə də  mühüm dövlət proqramlarının və infrastruktur layihələrinin icrasına  əsas yer verilib.

Ardını oxu...

2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması əkinçilik mədəniyyəti tarixi uzaq keçmişə söykənən bu qədim diyarımızın dünəni ilə bu günü arasında düşündürücü bir məqam yaradır. Bəli, Naxçıvana Ulu Yaradanın bəxş etdiyi bərəkətli torpaqlar, bol günəşli, oksigenli hava, saf sular, büllur bulaqlar, bir də ki zəhmətlə dost insanların sayəsində hələ lap qədimlərdən burada əkinçilik mədəniyyəti formalaşmışdır. İndi muzeylərimizdə saxlanan qədim əkinçilik alətləri – kotan, xış, cüt, vəl, car-car bir zamanların zəhmətinin “ixtiralarıdır”. Bunlar bir yazımda da qeyd etdiyim kimi, torpağın əlifbasını sıralayan, bu əlifbadan torpağın “dilini” öyrənən və onu əlləri ilə ələyib sinəsində möcüzələr yaradan insanların birgə əməyindən, torpağa daha yaxın təmasından yaranmışdır. Bu birlik, kollektivçilik zaman-zaman əmək nəğmələrini də yaradıb folklorumuzun bir parçasına çevirmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən aldığımız məlumata görə, 2020-ci il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsi üzrə şəhər və rayon büdcələrinin yerli gəlirləri 38 milyon 903 min 200 manat, xərcləri 41 milyon 453 min 100 manat, dotasiyası 2 milyon 549 min 900 manat məbləğində proqnozlaşdırılmışdır.

Ardını oxu...

Muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlər çərçivəsində Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordu üçün 4 min 92 kvadratmetr ərazini əhatə edən Mərkəzi Hərbi Xəstəxana inşa olunur. 398 çarpayılıq hərbi xəstəxananın dam örtüyü vurulub, bütün mərtəbələrdə kommunikasiya xətlərinin çəkilişi başa çatıb, havalandırma sistemi quraşdırılıb. Binanın su və kanalizasiya xətləri çəkilib, inşaatçılar dəmir konstruksiya, izolyasiya və daşdüzmə işlərini ­davam etdirirlər.

Ardını oxu...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda təşkil olunan bayram yarmarkasının elə ilk günündə buraya gələnlərin ardı-arası kəsilmirdi. Hiss olunurdu ki, sakinlər neçə illərdir, mütəmadi olaraq keçirilən belə tədbirlərdən xeyli razıdırlar. Bunu insanların çöhrələrindən də duymaq çətin deyildi. Çünki onlar keyfiyyəti ilə seçilən yerli məhsulları buradan münasib qiymətə ala bilirdilər. İstehlakçılara kənd təsərrüfatı məhsulları ilə yanaşı, digər ərzaq malları da təklif olunurdu. Yarmarkanın təşkil olunmasında məqsəd şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasından ibarətdir.

Ardını oxu...

Muxtar respublikanın digər bölgələri kimi, Ordubad rayonunda da ailə təsərrüfatlarının inkişafı daim diqqət mərkəzindədir. Təsərrüfat sahiblərinə dövlət tərəfindən güzəştli kreditlərin verilməsi və onların inkişafının hərtərəfli dəstəklənməsi bu sahə ilə məşğul olanlara stimul verir. Keçirilən ənənəvi festivallar inkişaf etmiş ailə təsərrüfatlarının məhsullarının satışa çıxarılması, həmin təsərrüfatların iş təcrübələrinin yayılması baxımından böyük əhəmiyyət daşıyır.

Ardını oxu...

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı yaradılmasının 25 illiyi, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə endirim kampaniyasına start verib.
Naxçıvan şəhərində yerləşən “Cahan” Alış-Veriş Mərkəzinin bütün bölmələrində 25, 29 dekabr və 2 yanvar 2020-ci il tarixlərə müəyyənləşdirilmiş kampaniyada 10 faizdən 70 faizədək endirim nəzərdə tutulub. Şəhərimizin sakinləri və qonaqlar “Cahan” AVM-in “Banu-1”, “Banu-2”, “Banu-3” supermarketlərində, inşaat materialları, mebel, oyuncaq, elektronika mağazalarında müxtəlif növ və çeşiddə məhsulları endirimli qiymətlərlə əldə edə bilərlər.

Xəbərlər şöbəsi

Dünən Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Avropa İttifaqı və BMT İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişafı üçün səlahiyyətləndirilməsi” layihəsi ­çərçivəsində maliyyə savadlılığı üzrə ­“Gələcəyini planlaşdır” adlı təlimə start verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2019-cu ilin noyabr ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamış, ümumilikdə, məhsul nümunələrinin 87 halda, o cümlədən qida məhsullarının 72 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin olunmuşdur.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR