22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına, müasir istehsal və emal sahələrinin, həmçinin yeni infra­strukturun yaradılmasına dövlət maliyyə dəstəyinin göstərilməsi mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi bu sahədə böyük rol oynayır.
Fond 1 dekabr 2019-cu il tarixədək 1359 layihənin maliyyələşdirilməsinə 149 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərib. Bu rəqəm ötən il 88 layihə üzrə 6 milyon 991 min manatdan artıq olub.

Sahibkarlığa göstərilən dövlət dəstəyi ilə kənd yaşayış məntəqələrində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə şərait yaranıb. Bununla yanaşı, dövlət dəstəyi əhalinin məşğulluq səviyyəsinin artırılmasına da öz təsirini göstərib. Belə ki, fondun vəsaiti hesabına 2019-cu ilin 11 ayı ərzində yaradılmış 51 istehsal və xidmət sahəsi üzrə 177 yeni iş yeri açılıb, yaradılması davam etdirilən 49 istehsal və xidmət sahəsi üzrə isə 601 yeni iş yerinin açılması nəzərdə tutulur.
Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə sahibkarlıq subyektlərində mütəmadi olaraq monitorinqlər keçirilib, kreditlərin ödəmə müddətləri və iqtisadi səmərəliliyi araşdırılıb, sahibkarlıq subyektləri ilə kreditlərin vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə işləri aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR