22 Dekabr 2024, Bazar

Dövlətin həyata keçirdiyi tədbirlər təkcə vergiödəyicilərinin deyil, bütövlükdə cəmiyyətin qanuni maraqlarını müdafiə edir. Bu baxımdan vergi intizamı və mədəniyyətinin, vətəndaşlarda vergi qanunvericiliyinə hörmətlə yanaşmaq bacarığının formalaşdırılması öz müsbət nəticələrini verməkdədir. Belə ki, 2020-ci ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti üzrə müəyyənləşdirilmiş proqnoz 109,5 faiz icra edilib. Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə onların 39,5 faizi dövlət, 60,5 faizi isə özəl sektorun payına düşüb.

Sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində büdcəyə yönəldilən ödənişlər onların rifah halının yaxşılaşdırılmasına hesablanmış tədbirlərdir. Qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 113,7, işsizlikdən sığorta üzrə proqnoza isə 114,1 faiz əməl edilib. İstər vergilər, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.

Muxtar respublikamızda sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə bu sahənin hüquqi bazası təkmilləşdirilib, əlverişli biznes mühiti formalaşdırılıb. Hesabat dövründə Dövlət Vergi Xidmətinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 4 publik hüquqi şəxs, həmçinin yerli vergi orqanları tərəfindən 244 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 66,4 faizi muxtar respublika rayonlarının payına düşüb. Sahibkarlığın inkişafına göstərilən böyük diqqət güclü sahibkarlar təbəqəsinin formalaşmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası Dövlət
Vergi Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR