22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlər çərçivəsində Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordu üçün 4 min 92 kvadratmetr ərazini əhatə edən Mərkəzi Hərbi Xəstəxana inşa olunur. 398 çarpayılıq hərbi xəstəxananın dam örtüyü vurulub, bütün mərtəbələrdə kommunikasiya xətlərinin çəkilişi başa çatıb, havalandırma sistemi quraşdırılıb. Binanın su və kanalizasiya xətləri çəkilib, inşaatçılar dəmir konstruksiya, izolyasiya və daşdüzmə işlərini ­davam etdirirlər.

Məlumat üçün bildirək ki, zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan hərbi xəstə­xananın hər mərtəbəsində 5 bölmə və müxtəlif şöbələr fəaliyyət göstərəcək. Ümumilikdə, burada 250-yə yaxın otağın olması nəzərdə tutulub. Hərbi xəstəxanada travmatologiya, poliklinika, anesteziologiya, intensiv terapiya, reanimasiya, qəbul çeşidləmə, əməliyyat, cərrahiyyə, VİP, urologiya, psixonevrologiya bölmələri, laboratoriya, yeməkxana və digər infra­struktur şəraiti yaradılacaq. Hər mərtəbədə 4 lift və veb-kameralar quraşdırılacaq. Xəstəxana qabaqcıl ölkələrin istehsalı olan müasir tibbi avadanlıqlarla təchiz ediləcək. Bir sözlə, hərbi qulluqçuların tibbi müayinə və müalicəsinin keyfiyyətlə aparılması üçün nümunəvi şərait yaradılacaq. Ərazidə həmçinin helikopter meydançası da yaradılıb ki, bu da təxirə­salınmaz hallarda xəstələrə təcili tibbi yardım göstərilməsinə imkan verəcək. Bundan başqa, ərazidə müxtəlif yardımçı otaqların da tikilməsi planlaşdırılıb. Xəstəxananın həyətində abadlıq işlərinə də başlanılıb, yaxın gələcəkdə burada yaşıllıqlar və gülkarlıqlar da salınacaq, müasir işıqlandırma sistemi qurulacaq.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordu üçün inşa olunan Mərkəzi Hərbi Xəstəxana istifadəyə verildikdən sonra MDB məkanında ən böyük mərkəzi hərbi xəstəxanalardan biri olacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR