Nağdsız ödəmələrin səviyyəsinin artırılması və nağd əməliyyatların minimuma endirilməsi vergi orqanının qarşısında əsas vəzifə hesab olunur. Bu istiqamətdə görülən işlər çərçivəsində Naxçıvan şəhərində 1 yanvar 2020-ci il tarixə 575 ədəd POS-terminal quraşdırılıb, qurğuların istifadə vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə mütəmadi monitorinqlər keçirilib. Nəticədə, POS-terminallar üzrə nağdsız dövriyyənin həcmi 2019-cu ildə 5 milyon 231 min 81 manat olub ki, bu da 2018-ci illə müqayisədə 2 milyon 125 min 829 manat çoxdur.
Vergitutma bazasının genişləndirilməsi, vergidənyayınma hallarının qarşısının alınması da Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən daim diqqət mərkəzində saxlanılıb. 2019-cu ildə də bu istiqamətdə aparılan araşdırmalar, eləcə də maarifləndirmə işlərinin görülməsi nəticəsində öz əmlaklarını icarəyə verən şəxslər tərəfindən əldə etdikləri gəlirlərə görə ödəməli olduqları vergilərdə artımlara nail olunub.
Xəbərlər şöbəsi