22 Dekabr 2024, Bazar

Dünən Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Avropa İttifaqı və BMT İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişafı üçün səlahiyyətləndirilməsi” layihəsi ­çərçivəsində maliyyə savadlılığı üzrə ­“Gələcəyini planlaşdır” adlı təlimə start verilib.

15 nəfərin iştirak etdiyi təlimin ümumi məqsədi ailə büdcəsinin idarə edilməsi, qənaət vərdişlərinin yaradılması, ağıllı borc­alma (kredit) üzrə düzgün qərarların verilməsi, maliyyə məqsədlərinin müəyyənləşməsi üzrə bilik və bacarıqların əldə olunması, gələcəkdə təlimçilər tərəfindən bu istiqamətdə muxtar respublikada təlimlərin keçirilməsidir.
Mərkəzin direktoru Sevinc Cabbarova təlimin aktuallığı və əhəmiyyəti barədə danışıb.
Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova tərəfindən təlim materialı təqdim olunub.
Qeyd edək ki, təlim 2 gün davam edəcək, sonda iştirakçıların akkreditasiyası keçiriləcək, müvəffəqiyyət qazananlara sertifikatlar təqdim olunacaq.

Naxçıvan Muxtar Respublikası Maliyyə
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR