22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2019-cu ilin noyabr ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamış, ümumilikdə, məhsul nümunələrinin 87 halda, o cümlədən qida məhsullarının 72 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin olunmuşdur.

Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 83 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 5 müraciət operativ icra olunmuş, 90 ictimai iaşə və xidmət sahəsinə, 17 ət satışı mağazasına maarifləndirmə xarakterli baxış keçirilmişdir. Həmçinin meyvə­-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması işi çərçivəsində məhsulların 12 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılmış, 3 satış obyektindən götürülmüş məhsulların 3 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 32 bufet və yeməkxanada monitorinqlər, 7 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmış və aşkar olunmuş nöqsanlar yerində aradan qaldırılmışdır. Eləcə də standartların tələblərinə uyğun fəaliyyətin qurulması məqsədilə 45 bərbərxanada maarif­ləndirmə xarakterli monitorinqlər təşkil edilmiş, aşkarlanan çatışmazlıqların aradan qaldırılması təmin olunmuş, 19 təsərrüfat subyektində təmir işləri aparılmışdır.
Fövqəladə Hallar Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə fəaliyyətin təmin olunması üçün iş planı hazırlanmış, muxtar respublikada fəaliyyət göstərən 52 təsərrüfat subyektində müşahidə xarakterli monitorinqlər aparılmış, təsərrüfat subyektlərinə sənaye üsulu ilə hazırlanan və təhlükəsizlik sistemi olan elektrik, qaz cihazlarının satışının həyata keçirilməsi barədə bildirişlər, qazla işləyən məişət cihazları üçün təhlükəsiz istifadə üzrə təlimatlar təqdim edilmişdir. Ümumilikdə, idxal olunan 1652 məişət qaz cihazına baxış keçirilmiş, təhlükəsizliyi təmin olunmayan 24 məişət qaz cihazının idxalına və satışına icazə verilməmişdir.
Noyabr ayında standartların tələblərinə uyğun olmayan 12 min 278 manat dəyərində keyfiyyətsiz və kontrafakt məhsullar satışdan çıxarılmışdır.

Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR