hektarla
hektarla
Noyabrın13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Yubiley sərgisi keçirilib. Tədbirdə Azərbaycan da daxil olmaqla 10 ölkədən 60-a yaxın şirkət iştirak edib. Sərgidə plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunub.
Sərgidə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi də iştirak edib.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN həmin videomaterialı təqdim edir:
Ərhan Novruzov
2009-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada iqtisadi və sosial sahələrə 9 milyard 435 milyon 326 min 200 manat vəsait yönəldilib. Vəsait qoyuluşlarının 8 milyard 522 milyon 233 min 600 manatı və ya 90,3 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatı ödəməklə yanaşı, həmin məhsulların ixracına da şərait yaradıb. Bununla belə görülən kompleks tədbirlər çərçivəsində Naxçıvanda yeni meyvə bağları salınıb, məhsul istehsalı artırılıb. Dövlət proqramının uğurlu icrası əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməklə yanaşı, məşğulluğun təmin edilməsinə də stimul verib.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq muxtar respublikada əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilmiş, yeni istehsal və xidmət sahələri, təhsil, səhiyyə və digər infrastruktur obyektləri istifadəyə verilmişdir. Bütün sahələrdə yaradılmış müasir infrastruktur təminatı əhalinin rahatlığının təmin edilməsinə və sosial müdafiəsinin gücləndirilməsinə yeni imkanlar yaratmaqla yanaşı, ümumi inkişafı da sürətləndirmişdir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq 2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 790 milyon 838 min 900 manat vəsait yönəldilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Yanvar-sentyabr ayları üzrə əsas kapitala yönəldilmiş
vəsaitlər, min manat
Ümumilikdə, 2009-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada iqtisadi və sosial sahələrə 9 milyard 435 milyon 326 min 200 manat vəsait yönəldilmişdir. Vəsait qoyuluşlarının 8 milyard 522 milyon 233 min 600 manatı və ya 90,3 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Dünən Sədərək rayonunda torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq tədbirin mahiyyətindən danışıb.
Muxtar respublikada xarici iqtisadi əlaqələrin genişləndirilməsinə böyük diqqət və qayğının göstərilməsi, ixracın stimullaşdırılması sahəsində qəbul edilən qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi istehsal olunan məhsulların ixrac imkanlarının artmasına, iqtisadi əlaqələrimizin genişlənməsinə, məhsullarımızın dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına zəmin yaradıb.
Ölkəmizdə təhsilin inkişafı sahəsində mövcud ənənələrin milli məqsədə yönəldilməsi, bu ənənələrin müasir dövrün tələbləri səviyyəsində inkişafı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Bizim gördüyümüz işlər, təhsil sahəsində həyata keçirdiyimiz islahatlar Azərbaycan dövlətini daha da yüksəltməyə yönəldilibdir”, – deyən görkəmli dövlət xadiminin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının təməlini yaradıb, müstəqillik illərində isə təhsillə bağlı daha geniş islahatlar həyata keçirilib, Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub.
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,46 dollar artaraq 62,83 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,45 dollar bahalaşaraq 57,58 dollar təşkil edib.
AZƏRTAC
Bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılıb. Hər il sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlar qəbul olunur, müvafiq sərəncamlar imzalanır. Həmçinin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq istehsal müəssisələri dövlət tərəfindən özəlləşdirilərək sahibkarlara verilib. Bu da sahibkarlar sinfinin formalaşmasına və onların səmərəli fəaliyyət göstərməsinə geniş imkanlar açır. Bir sözlə, dövlət-sahibkar münasibətləri, sahibkarların fəaliyyətinin tənzimlənməsi sahəsində görülən işlər ölkəmizin dayanıqlı inkişafını təmin edir. Belə sahibkarlıq subyektlərindən biri də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində istilik panelləri və dam örtükləri istehsalı müəssisəsidir.
Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri Kəngərli rayonunu da əhatə edib. Hazırda rayonun Böyükdüz kəndində kompleks quruculuq işləri aparılır.
Belə ki, kənddəki 342 şagird yerlik ikimərtəbəli məktəb binasında işlər artıq yekunlaşmaq üzrədir. Yenidənqurma zamanı məktəbin əvvəlki binasında əsaslı təmir işləri aparılmaqla yanaşı, gələcək perspektiv nəzərə alınaraq bura yeni korpus da əlavə olunub. Yeni korpusda sinif otaqları, laboratoriya və fənn kabinələri, psixoloq və şahmat otaqları, kitabxana olacaq. Bundan əlavə, tikilən yardımçı binada bufet, qazanxana və sanitar qovşaqları yerləşəcək. Buradakı boş ərazidə açıq idman qurğuları da quraşdırılacaq.
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Ailə təsərrüfatları bu gün iqtisadi baxımdan inkişaf edən dünya ölkələrində ən çox yayılmış biznes modelidir. Dünya iqtisadi təcrübəsində çoxdan özünü təsdiq etmiş bu modelin tətbiqi muxtar respublikamızda da özünün yeni inkişaf mərhələsini yaşayır. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatının inkişafı ilə bağlı Tədbirlər Planı” bu istiqamətdə atılmış mühüm addımdır.
hektarla
Ailə təsərrüfatlarının inkişafı son illərdə muxtar respublikamızda ən çox təşviq edilən biznes modelidir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son dövrlərdə muxtar diyarımızda yüzlərlə belə təsərrüfatlar fəaliyyətə başlayıb. Kəngərli rayonunda da bu təsərrüfat formasına maraq ildən-ilə artmaqdadır. Hazırda rayonda 68 ailə təsərrüfatı fəaliyyət göstərir ki, bu təsərrüfatlar da əsasən, aqrar yönümlüdür. Dövlətimiz tərəfindən yaradılmış şərait, ailə üzvləri üçün məşğul olduqları sahənin ənənəviliyi, istehsal olunan məhsulların bazarının olması ailə təsərrüfatlarının yaradılmasında təşviqedici rola malikdir. Rayondakı ailə-kəndli təsərrüfatlarının üzvləri də məhz kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olaraq öz dolanışıqlarını təmin edir, daxili bazarın yerli məhsullara olan ehtiyacını ödəyirlər. Artıq üçüncü ildir ki, Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalları isə bu təsərrüfatçılar üçün böyük əhəmiyyəti ilə seçilir.
Ödənilən hər bir vergi muxtar respublikanın sosial-iqtisadi inkişafına birbaşa təsir göstərən amillərdən biridir. Vergi intizamının və vergi mədəniyyətinin formalaşması, vətəndaşlarda vergi qanunvericiliyinə hörmətlə yanaşmaq bacarığı öz müsbət nəticələrini verməkdədir. 2019-cu ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 120,2 faiz icra edilib. Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə isə onların 35,8 faizi dövlət sektorunun, 64,2 faizi isə özəl sektorun payına düşüb.
Yerli brendin yaradılması və ona müsbət imicin qazandırılması ölkə məhsullarının cəlbediciliyinin yüksəldilməsinin ən güclü vasitələrindən hesab edilir. Belə ki, brend yüksək gəlirin əldə edilməsinə səbəb olur və ölkənin uzunmüddətli inkişafını təmin edir. Brendin əsas xüsusiyyətlərindən biri də davamlı müvcud olan böyük miqdarda sadiq istehlakçıların olmasıdır. Bunun nəticəsidir ki, brendləri olan ölkələr nəinki xarici turistləri cəlb edir, həmçinin onun məhsulları rəqabət mübarizəsində güclü dəstək əldə etmiş olur.
Əslində, bu sualın cavabı o qədər də çətin deyil. Bir az keçmişə nəzər saldıqda, müqayisələr aparıb hadisələrin xronologiyasını dəqiq izlədikdə məsələnin mahiyyəti tam aydın olur.
Naxçıvanda bu işin təməli hələ dövlət müstəqilliyimizi təzəcə qazandığımız illərdə, daha dəqiq desək, ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdu. Dahi şəxsiyyətin rəhbərliyi ilə Ali Məclisin sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarların qəbul olunması özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin formalaşmasında və bunun tərkib hissəsi kimi fərdi təsərrüfatçılıq ənənələrinin yaranmasında ilkin addım idi.
Ötən şənbə havanın buludlu, yağışlı olmasına baxmayaraq, səhərin erkən saatlarından Naxçıvanqalaya aparan bütün yollarda insan izdihamı müşahidə olunurdu. Adıçəkilən ünvana bir-iki kilometr qala qəlboxşayan gözəl xalq mahnılarının sədaları insanı, sanki ovsunlayır, “dayanma, bu ünvana tələs”, – deyirdi.
Son dövrlər muxtar respublikada əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası, rəqabətədavamlı və ixracyönümlü yeni məhsullar istehsal edən müəssisələrin fəaliyyətə başlaması və digər mühüm tədbirlər ümumi inkişafı daha da sürətləndirmişdir.
Əldə olunmuş uğurları xarakterizə edən mühüm göstərici kimi 2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada 2 milyard 61 milyon 770 min 900 manatlıq ümumi daxili məhsul istehsal edilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 3,2 dəfə çoxdur.
Yanvar-sentyabr ayları üzrə ümumi daxili məhsul, milyon manat
2019-cu ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsulun 56,4 faizi və ya 1 milyard 162 milyon 516 min 200 manatı məhsul istehsalından, 41,7 faizi və ya 860 milyon 577 min 500 manatı xidmətlərin istehsalından, 1,9 faizi və ya 38 milyon 677 min 200 manatı isə məhsula və idxala xalis vergilərdən yaranmışdır. 2009-cu ilin müvafiq dövründə ümumi daxili məhsulun 50,4 faizi məhsul istehsalından, 44,6 faizi xidmətlərin istehsalından, 5 faizi isə məhsula və idxala xalis vergilərdən yaranmışdır. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalının artımı sənaye, kənd təsərrüfatı və tikinti sahələrində həyata keçirilən effektiv tədbirlər nəticəsində əldə edilmişdir.
Onlar qalib olmaqda iddialıdırlar
Naxçıvan Muxtar Respublikasının ərazisi və torpaq-iqlim şəraiti burada kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişlidir. Bu səbəbdəndir ki, muxtar respublikamızda əməkqabiliyyətli əhalinin böyük bir hissəsi məhz aqrar sektora məxsus ərazilərdə, yəni kəndlərdə məskunlaşıb. Deməli, kənd sakinləri, torpaq mülkiyyətçiləri elə yaşadıqları yerdə öz məşğulluqlarını təmin edə bilirlər. Bu isə ailə təsərrüfatçılığının inkişafına, eləcə də daxili bazarın yerli məhsullarla təmin edilməsinə öz töhfəsini verir. Buna görə də son illər Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının yaradılmasına və inkişafına diqqət artırılıb.
Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs qurumlardan sayılıb. Çünki əsrlərdən gələn ənənələrə görə, ailədaxili münasibətlərdə fərdlərin bir-birinə münasibəti qarşılıqlı inam və güclü əlaqələrlə müşahidə olunur. Bu baxımdan ailə üzvlərinin hər hansı bir sahədə kollektiv əməyinin formalaşması da bu inama söykənir. Buna görədir ki, ailənin birgə əməyinə əsaslanan ailə təsərrüfatı birlikləri dünyada ən qədim və ən çox yayılan biznes forması hesab edilir. Bu gün inkişaf etmiş ölkələrdə təsərrüfatların 70, 80, bəzən isə 90 faizini ailə biznesi şirkətləri təşkil edir. Və büdcə daxilolmalarında bu şirkətlərin payı yetərincədir. Uzun illərin dünya təcrübəsi də göstərir ki, ilk növbədə, ailə təsərrüfatı kimi fəaliyyətə başlayan, sonra isə ailə biznesinə çevrilən şirkətlər dayanıqlılıq baxımından yüksək rentabelliyə malikdir. Təsadüfi deyil ki, bu gün dünya iqtisadiyyatına təsir edən “Ford”, “Siemens”, “Adidas”, “Samsung Electronics” kimi şirkətlərin meydana gəlməsində də ailə bizneslərinin rolu böyük olub. Buna görə də bu biznesin ilkin əsasını təşkil edən ailə təsərrüfatı institutu inkişaf etmiş və etməkdə olan ölkələrdə ciddi şəkildə dəstəklənir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Ötən dövrdə muxtar respublikada daxili imkanlardan istifadə olunmaqla iqtisadi inkişaf təmin edilmiş, yeni istehsal müəssisələri fəaliyyətə başlamışdır. Xüsusilə aqrar sahəyə göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində kənd təsərrüfatı məhsullarının istehsal həcmi artmış, daxili bazarın keyfiyyətli məhsullarla təminatı diqqət mərkəzində saxlanılmışdır. Son dövrlərdə kənd təsərrüfatı məhsulları istehsalında daha çox diqqəti cəlb edən birgə fəaliyyət formalarından biri də ailə təsərrüfatlarıdır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi isə belə təsərrüfat sahələrinə lazımi dövlət qayğısının göstərilməsi ilə yanaşı, onların fəaliyyətlərinin stimullaşdırılmasına da yeni imkanlar açmışdır. Xüsusilə ailə təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışı və ixracı hazırda diqqət mərkəzində olan əsas məsələlərdəndir. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu məsələ ilə bağlı aid dövlət qurumları qarşısında mühüm tapşırıqlar qoymuşdur.
Bəs bu istiqamətdə hazırda hansı işlər görülür? Məsələyə aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Xudakərim Məmmədov və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edən Əli Şərifova müraciət etdik.
Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, dini-mənəvi dəyərlərin qorunması, yeni məscid və mərasim evlərinin tikilməsi də diqqət mərkəzində saxlanılır. Şərur rayonunun Çərçiboğan kəndində tikilib istifadəyə verilən 350 yerlik mərasim evi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycan keçmiş İttifaqın aqrar əlavəsindən kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikalardan birinə çevrilmişdir. Həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının elmi əsaslarla inkişafı nəticəsində bu sahədə zəngin təcrübə formalaşmışdır. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infrastruktur da tamamilə dağıdılmışdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli lider isə kənd təsərrüfatının inkişafının vacibliyini daim ön plana çəkmiş, bununla bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. 1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, uğurlu islahatlar həyata keçirilmiş, qanunvericilik bazası yaradılmışdır.
Noyabrın 2 və 3-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək.
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar geriləyərək 61,38 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 55,23 dollar təşkil edib.
Xəbərlər şöbəsi
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
Gələn il fevral 19-da Bolqarıstanın Plovdiv şəhərində “Vinaria” – XXVII Beynəlxalq Üzümçülük və Şərab İstehsalı sərgisi təşkil olunacaq. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar. Sərgi fevralın 23-dək davam edəcək.
Xəbərlər şöbəsi
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
50-dən çox şagirdin iştirak etdiyi təlimdə məktəbin direktoru Aynur Mustafayeva və Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimin mahiyyəti və aktuallığı barədə məlumat veriblər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan bildirilib ki, fevralın 18-20-də İsrailin paytaxtı Təl-Əvivdə “Ağıllı şəhərlər və şəhər təhlükəsizliyi” mövzusunda “Muni World” sərgisi keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar.
Xəbərlər şöbəsi
Oktyabrın 25-də Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Şiniçi Honda və iqtisadi məsələlər üzrə attaşesi Akira Sanno İnnovasiyalar Agentliyinin fəaliyyəti ilə tanış olublar.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli Azərbaycanda innovasiya və yüksək texnologiyaların vəziyyəti, ölkədə bu sahədə yaradılmış investisiya imkanları haqqında qonaqlara məlumat verib.
Ş.Honda Yaponiya şirkətlərinin Azərbaycanla əməkdaşlıq məsələlərinin müzakirəsinə hazır olduqlarını vurğulayıb.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri və Azərbaycanda investisiya imkanları da müzakirə edilib.
Bu gün muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhalinin məşğulluğunun artırılması, ailə biznesinin qurulması diqqətdə saxlanılır. Diyarımızda ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, onların ixtisaslaşması və belə təsərrüfatlara dövlət dəstəyinin artırılması məqsədilə 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması aqrar sahəyə göstərilən hərtərəfli və davamlı dövlət qayğısının bariz nümunəsidir.
2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikamızda həyata keçirilən real sektorun dəstəklənməsində mühüm rol oynayır. Fəaliyyəti dövründə bank əhaliyə nümunəvi xidmət göstərməklə böyük müştəri məmnuniyyəti qazanıb. Təsadüfi deyil ki, əhalinin əlverişli bank xidmətlərindən yararlanması üçün ötən dövrdə bankın paytaxt Bakı və Naxçıvan şəhərlərində, o cümlədən Şərur, Culfa və Ordubad rayonlarında filialları istifadəyə verilib. Bu ilin aprel ayından isə Kəngərli rayonunun Qıvraq qəsəbəsində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin yeni filialı üçün binanın tikintisinə başlanılıb.
Şahzadə Vəliyevi Kəngərli rayonunda torpağa, zəhmətə bağlı bir ailə təsərrüfatı başçısı kimi tanıyırlar. Qərbi Azərbaycandan – doğma dədə-baba torpağından qədim Naxçıvana pənah gətirən Şahzadə də başqaları kimi taleyin bu hökmü ilə razılaşıb, lakin bəziləri kimi ucuz qazanc dalınca getməyib. Məskunlaşdığı Çalxanqala kəndində torpağa üz tutub, bu qiymətli sərvətin səxavətinə inanıb. Bu gün qazandıqları üçün torpağa, zəhmətə minnətdarlığını dilə gətirməkdən yorulmur...
Bu gün iqtisadiyyatdan danışarkən, ilk olaraq nəzərimizdə sahibkarlıq subyektləri və onların fəaliyyəti canlanır. Həqiqətən, sahibkarlığın inkişafı istənilən ölkənin iqtisadi cəhətdən güclənməsində alternativi olmayan bir yoldur. Təcrübə də təsdiqləyir ki, hazırda dünyada fəaliyyət göstərən çoxillik şirkətlərin hər biri güclü sahibkar və ətrafında formalaşdırdığı peşəkar komandanın sayəsində illərdir, iqtisadiyyatda öz sözünü deyir. Məhz bu cür şirkətlərin inkişafına təkan verən, onları illərdir, ayaqda saxlayan, eyni zamanda istehlakçılarına qüsursuz xidmət göstərməyə sövq edən həmin şirkətlərdə yaradılmış dəyərlərdir. Söhbət yerli şirkətlərimizdə də formalaşması vacib olan korporativ mədəniyyətdən gedir. Bəs korporativ mədəniyyət nədir? Nəyə görə sahibkarlarımız bu amilə diqqət yetirməlidirlər?
Culfa rayonunun Milax kəndində arıçılıq təsərrüfatlarının sahibkarları üçün müşavirə keçirilib. Tədbirdə payız mövsümündə arıxanaların qışlamaya hazırlanmasının əhəmiyyətindən söhbət açılıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev bildirib ki, arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi baxımdan xeyirli, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində ən faydalı təsərrüfat sahəsidir. Arıçılıqda məhsuldarlığın artırılmasında vacib şərtlərdən biri arı ailələrinin payızda qışlamaya hazırlanması işini düzgün təşkil etməkdir. Qışlama dövründə arı ailələrini soyuqdan qorumaq üçün pətəkləri qışlama binalarına yığmaq lazımdır. Bununla belə qışlama binalarının çox isti olması da yolverilməzdir. Arıçılıqla məşğul olan sahibkarlar tövsiyə olunan tədbirləri vaxtında və düzgün həyata keçirsələr, arı ailələri qışlamadan sağlam çıxar, onların sayı artırılar, bol məhsul üçün əsaslı zəmin yaranar.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin baş məsləhətçisi Hüseyn Məmmədov payız mövsümündə arıxanalarda aparılması zəruri olan tədbirlərdən danışıb.
Sonra mövzu ətrafında çıxışlar olub, ailə təsərrüfatçılarını maraqlandıran suallar cavablandırılıb.
Alim AĞAYEV
Bu vaxtadək TANAP-la Türkiyəyə 3 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib.
Bu barədə Energetika naziri Pərviz Şahbazov oktyabrın 24-də Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda deyib.
Nazir bildirib ki, Avropaya qazın çatdırılmasını təmin edən TAP qaz boru kəməri üzrə işlərin icra vəziyyəti 90 faizə yaxındır: “2020-ci il Avropanın uzun illərdir ki, müzakirə etdiyi və nail olmağa çalışdığı şaxələndirmə planının gerçəkləşdiyi tarix olacaq. Bu tarix üçün Beynəlxalq Enerji Xartiyası Konfransı sədrliyinə Azərbaycanın layiq görülməsi də məhz Cənub Qaz Dəhlizinin strateji roluna verilən qiymətdir”.
AZƏRTAC
Bazar iqtisadiyyatı şəraitində ümumi iqtisadi fəallıqda əsas yeri sahibkarlıq subyektləri tutur. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasında, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal və emal sahələrinin, həmçinin müasir infrastrukturun yaradılmasında dövlət maliyyə dəstəyinin göstərilməsi əhəmiyyətli investisiya mənbəyidir.
Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ilin 9 ayında da uğurla davam etdirilib.
Ötən dövrdə Şərur rayonunun Kərimbəyli və Babək rayonunun Kültəpə kəndlərinin hər birində bir ədəd 384 yerlik NGN tipli və Ordubad rayonunun Dəstə kəndində isə 704 yerlik NGN tipli yeni avtomat telefon stansiyaları qurulub. Ordubad rayonunun Dəstə, Şərur rayonunun Kərimbəyli və Babək rayonunun Kültəpə kəndlərində poçt bölməsi yeni binaya köçürülüb, bütün işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulub və digər lazımi avadanlıqlarla təmin olunub.
Çinin Şensi əyalətinin və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) birgə təşkilatçılığı ilə Yanlin şəhərində kənd təsərrüfatı sahəsində yeni yüksək texnologiyalara həsr olunmuş sərgi keçirilib.
Oktyabrın 1-nə Azərbaycanda taxıl istehsalı 3,4 milyon tona, buğda istehsalı isə 2,2 milyon tona çatıb.
Bu barədə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov oktyabrın 22-də Bakıda keçirilən XI Beynəlxalq Taxıl Konfransında deyib.
Nazir müavini qeyd edib ki, ötən il ölkədə taxıl istehsalı 2017-ci illə müqayisədə 13 faiz artaraq 3,3 milyon ton, buğda istehsalı 12 faiz çoxalaraq 2 milyon ton olub.
Xəbərlər şöbəsi
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar geriləyərək 59,51 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,32 dollar ucuzlaşaraq 54,16 dollar təşkil edib.
AZƏRTAC
Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2019-cu ilin yanvar-sentyabr aylarında da davam etdirilmiş, yüksək nəticələr qazanılmışdır.
Əldə olunmuş uğurların davamlılığının qorunub saxlanılması və artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.
İnkişafı xarakterizə edən əsas göstərici kimi bəhs olunan dövrdə ümumi daxili məhsul istehsalı 2 milyard 61 milyon 771 min manata yaxın olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 4508 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,8 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 56,4 faiz təşkil etmişdir.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1,3 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,4 faiz, kənd təsərrüfatı məhsulu 4,1 faiz, nəqliyyat sektorunda yük daşınması 2,4 faiz, informasiya və rabitə xidmətləri 2,7 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər üzrə
**) yanvar-avqust ayları göstəricisi
Sənaye
Muxtar respublikada son illər həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.
“Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş” imzalanacaq.
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar geriləyərək 58,90 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar ucuzlaşaraq 53,20 dollar təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 0,5 faiz artaraq 9 milyard 193,7 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında məlumat verilir.
Bildirilir ki, hesabat dövründə ölkənin ixrac qabiliyyəti 11,1 faiz artaraq 2 milyard 719,2 milyon dollar, idxal isə 3,3 faiz azalaraq 6 milyard 747,5 milyon dollar olub. Hesabat dövründə Azərbaycan yenə də Gürcüstanın ticarətdə əsas tərəfdaşları sırasında qabaqcıl yerlərdən birini tutub.
Yanvar-sentyabr aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 754 milyon 855,6 min dollar olub. Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycanın payı 8,2 faiz təşkil edib.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan məhsulların 16,1 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 8 ayda idxalın 44,9 faizini avtomobil, 31 faizini hava, 5,5 faizini isə dəniz nəqliyyatı ilə gətirilən yüklər təşkil edib.
AZƏRTAC
Bu vaxtadək İsveçrə Azərbaycan iqtisadiyyatına 861 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev oktyabrın 21-də Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda deyib.
“Bu investisiyaların 794 milyon dolları qeyri-neft sektoruna, 66 milyon dolları neft sektoruna yönəldilib. Azərbaycan tərəfindən isə İsveçrə iqtisadiyyatına 2,7 milyard dollar investisiya qoyulub ki, bunun da 1,9 milyard dolları neft sektorunun, 760 milyon dolları qeyri-neft sektorunun payına düşür", - deyə Y.Abdullayev bildirib.
Xəbərlər şöbəsi
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2019-cu ilin sentyabr ayında məhsul nümunələrinin 251 halda keyfiyyət göstəricilərinin yoxlanılmasını təmin etmişdir.
Müstəqillik qazandığımız illərdən muxtar respublikamızda mütərəqqi təsərrüfat formalarının yaradılması üçün məqsədyönlü işlər görülüb və görülməkdədir. Həyata keçirilən inkişaf strategiyasının əsas prioritetlərindən biri də yaşayış məntəqələrində kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Məhz ucqar ərazilərdə, sərhəd bölgələrimizdə də bu yolla daha çox iş imkanlarının yaradılması dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir. Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin gündən-günə artması da bununla bağlıdır. Bu uğurların qazanılmasında yeni və mütərəqqi təsərrüfat forması olan ailə təsərrüfatlarının da böyük əməyi var. Naxçıvanda bu təsərrüfat forması ilə məşğul olan insanlara hər cür köməklik göstərilir. Görülən işlərin nəticəsidir ki, belə təsərrüfatların sayı ildən-ilə artır.