22 Dekabr 2024, Bazar

Cari ilin yanvar-sentyabr aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 0,5 faiz artaraq 9 milyard 193,7 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında məlumat verilir.

Bildirilir ki, hesabat dövründə ölkənin ixrac qabiliyyəti 11,1 faiz artaraq 2 milyard 719,2 milyon dollar, idxal isə 3,3 faiz azalaraq 6 milyard 747,5 milyon dollar olub. Hesabat dövründə Azərbaycan yenə də Gürcüstanın ticarətdə əsas tərəfdaşları sırasında qabaqcıl yerlərdən birini tutub.

Yanvar-sentyabr aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 754 milyon 855,6 min dollar olub. Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycanın payı 8,2 faiz təşkil edib.

İlin ilk doqquz ayı ərzində Gürcüstandan Azərbaycana 355 milyon 113 min dollar həcmində mal ixrac olunub. İxracda illik müqayisədə 4 faiz artım qeydə alınıb. Azərbaycan Gürcüstanın ümumi ixracında 13,1 faiz paya sahib olub. Bu göstərici ilə Azərbaycan Rusiyadan sonra Gürcüstanın ikinci əsas ixrac tərəfdaşı olub.

Yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 399 milyon 742,5 min dolla dəyərində məhsul idxal edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azdır. Azərbaycanın qonşu ölkənin ümumi idxalındakı payı 6,2 faizdir. Bu göstərici ilə Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın dördüncü əsas idxal tərəfdaşı olub.

Xətayi Əzizov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR