22 Dekabr 2024, Bazar

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ­sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq muxtar respublikada əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilmiş, yeni istehsal və xidmət sahələri, təhsil, səhiyyə və digər infra­struktur obyektləri istifadəyə verilmişdir. Bütün sahələrdə yaradılmış müasir infrastruktur təminatı əhalinin rahatlığının təmin edilməsinə və sosial müdafiəsinin gücləndirilməsinə yeni imkanlar yaratmaqla yanaşı, ümumi inkişafı da sürətləndirmişdir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq 2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 790 milyon 838 min 900 manat vəsait yönəldilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Yanvar-sentyabr ayları üzrə əsas kapitala yönəldilmiş
vəsaitlər, min manat

Ümumilikdə, 2009-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada iqtisadi və sosial sahələrə 9 milyard 435 milyon 326 min 200 manat vəsait yönəldilmişdir. Vəsait qoyuluşlarının 8 milyard 522 milyon 233 min 600 manatı və ya 90,3 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Bu dövr ərzində muxtar respublikada infrastruktur qurucu­luğu tədbirləri çərçivəsində 100 elm və təhsil müəssisəsi, o cümlədən 20 min 114 şagird yerlik 66 ümumtəhsil məktəbi, 187 inzibati bina, 19 nasos stansiyası, 88 subartezian quyusu, 50 körpü, 216 mədəniyyət obyekti, 113 səhiyyə müəssisəsi, 668 istehsal və xidmət sahəsi, 11 idman və bir sıra digər obyektlər tikilmişdir. Bundan əlavə, bu dövrdə 103 elm və təhsil müəssisəsi, o cümlədən 36 min 786 şagird yerlik 77 ümumtəhsil məktəbi, 81 inzibati bina, 17 nasos stansiyası, 19 sub­artezian quyusu, 17 körpü, 100 mədəniyyət obyekti, 20 səhiyyə müəssisəsi, 15 idman və bir sıra digər obyektlər yenidən qurulmuşdur.
Yaşayış məntəqələrinin abadlaşdırılması, yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 2009-cu ildən 1 oktyabr 2019-cu il tarixə muxtar respublikada 4 qəsəbə və 124 kənd mərkəzi istifadəyə verilmişdir.

Əhalinin rahatlığına və yaşayış standartlarının yüksəldilməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması xüsusilə diqqətdə saxlanılmışdır. Bu istiqamətdə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Naxçıvan şəhərdaxili, Tumbul, Qaraçuq, Qaraxanbəyli, Hacıniyyət və Bulqan kəndlərində içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilmişdir.
Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsi, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Xəlilli kəndlərinin, Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərinin içməli su və kanalizasiya sistemlərinin, Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin və Şərur rayonunda sutəmizləyici qurğunun tikintisi davam etdirilmişdir.

İnfrastruktur quruculuğunda əhali tərəfindən həyata keçirilən vəsait qoyuluşları da mühüm rol oynamış, cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 370 min 127 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.
İqtisadiyyatın aparıcı qüvvəsi olan nəqliyyat sektorunun artan əhali tələbatına uyğun olaraq səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilmiş, 2009-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada 1246,6 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulmuşdur. Bu dövr ərzində hava və dəmir yolu nəqliyyatının inkişafı istiqamətində infrastruktur yenilənmiş, inzibati və yardımçı binalar istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmişdir.
Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, 4-cü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilmişdir. İnformasiya və rabitə sahəsində aparılmış tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikanın yaşayış ərazilərinin 99,1 faizində genişzolaqlı, 99,5 faizində isə simsiz internet xidməti göstərilmişdir.
Muxtar respublikada sosial-iqtisadi sahələrin tarazlı inkişafını təmin etmək məqsədilə aparılan siyasətin nəticəsi olaraq nəqliyyat, rabitə, enerji, su təchizatı, maddi təchizat, eləcə də digər infrastruktur sahələrində mühüm irəliləyişlərə nail olunmuş, əhalinin yaşayış səviyyəsi daha da ­yaxşılaşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR