Bu vaxtadək İsveçrə Azərbaycan iqtisadiyyatına 861 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev oktyabrın 21-də Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda deyib.
“Bu investisiyaların 794 milyon dolları qeyri-neft sektoruna, 66 milyon dolları neft sektoruna yönəldilib. Azərbaycan tərəfindən isə İsveçrə iqtisadiyyatına 2,7 milyard dollar investisiya qoyulub ki, bunun da 1,9 milyard dolları neft sektorunun, 760 milyon dolları qeyri-neft sektorunun payına düşür", - deyə Y.Abdullayev bildirib.
Xəbərlər şöbəsi