22 Dekabr 2024, Bazar

Culfa rayonunun Milax kəndində arıçılıq təsərrüfatlarının sahibkarları üçün müşavirə keçirilib. Tədbirdə payız mövsümündə arıxanaların qışlamaya hazırlanmasının əhəmiyyətindən söhbət açılıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev bildirib ki, arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi baxımdan xeyirli, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində ən faydalı təsərrüfat sahəsidir. Arıçılıqda məhsuldarlığın artırılmasında vacib şərtlərdən biri arı ailələrinin payızda qışlamaya hazırlanması işini düzgün təşkil etməkdir. Qışlama dövründə arı ailələrini soyuqdan qorumaq üçün pətəkləri qışlama binalarına yığmaq lazımdır. Bununla belə qışlama binalarının çox isti olması da yol­verilməzdir. Arıçılıqla məşğul olan sahibkarlar tövsiyə olunan tədbirləri vaxtında və düzgün həyata keçirsələr, arı ailələri qışlamadan sağlam çıxar, onların sayı artırılar, bol məhsul üçün əsaslı zəmin yaranar.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin baş məsləhətçisi Hüseyn Məmmədov payız mövsümündə arıxanalarda aparılması zəruri olan tədbirlərdən danışıb.
Sonra mövzu ətrafında çıxışlar olub, ailə təsərrüfatçılarını maraqlandıran suallar cavablandırılıb.

Alim AĞAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR