22 Dekabr 2024, Bazar

Bazar iqtisadiyyatı şəraitində ümumi iqtisadi fəallıqda əsas yeri sahibkarlıq subyektləri tutur. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasında, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal və emal sahələrinin, həmçinin müasir infrastrukturun yaradılmasında dövlət maliyyə dəstəyinin göstərilməsi əhəmiyyətli investisiya mənbəyidir.

Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi məqsədilə 2019-cu ilin ötən dövrü ərzində kredit resurslarına ehtiyacı olan sahibkarlıq subyektlərinin iqtisadiyyatın prioritet istiqamətlərinə yönəlik layihələrinin maliyyələşdirilməsi davam etdirilmişdir. Belə ki, cari ilin 9 ayı ərzində Sahibkarlığın İnkişafı Fonduna sahibkarlar və ya təsərrüfat subyektləri tərəfindən 220 müraciət daxil olmuşdur. Həmin müraciətlər üzrə monitorinqlər aparılmış, iqtisadi cəhətdən səmərəli hesab edilən müxtəlif təyinatlı prioritet layihələrlə bağlı sahibkarlıq subyektlərinə və ailə təsərrüfatlarına biznes planların və digər zəruri sənədlərin hazırlanması istiqamətində köməkliklər göstərilmişdir. Nəticədə, 1 yanvar 2019-cu il tarixdən 1 sentyabr 2019-cu il tarixə fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatı vasitəsilə 58 layihənin maliyyələşdirilməsinə 6 milyon 458 min 700 manatdan çox kredit verilmişdir. Həmin vəsaitdən sənaye­yönümlü 6 layihənin maliyyələşdirilməsinə 5 milyon 523 min manat yönəldilmişdir. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalı, o cümlədən heyvandarlıq, arıçılıq, quşçuluq sahələrinin, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, soyuducu anbarın yaradılması, müxtəlif çeşiddə meyvə araqlarının və meyvə qurularının qablaşdırılması, süd məhsullarının emalı, yabanı növ bitkilərin tədarükü və qablaşdırılması, damazlıq arı təsərrüfatının və balın emalı sahələrinin yaradılması, qovurmanın qablaşdırılmasının təşkili, dondurma istehsalı və satışı sahəsinin yaradılması məqsədilə 50 layihənin maliyyələşdirilməsinə 922 min 700 manat vəsait sərf edilmişdir. Bundan başqa, xidmətyönümlü 2 layihə üzrə 13 min manat həcmində vəsait ­yönəldilmişdir.
İqtisadiyyatın mühüm istiqamətlərindən biri də ailə təsərrüfatlarının formalaşması və gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsidir. Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaratmışdır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmasını, belə təsərrüfatların iqtisadi inkişafdakı rolunu nəzərə alaraq onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilmişdir. Belə ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrdən heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, yabanı növ bitkilərin tədarükü, qablaşdırılması, süd məhsullarının emalı və qablaşdırılması, unlu-qənnadı məmulatların paketlənməsi üçün xammalın və taranın alınması, qovurmanın qablaşdırılması məqsədilə 39 ailə təsərrüfatına 381 min 400 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Bu istiqamətdə tədbirlər ötən dövr ərzində davam etdirilmiş, 38-dən çox ailə təsərrüfatına kreditlərin verilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir.
Sahibkarlara, ailə təsərrüfatlarına güzəştli şərtlərlə kreditlərin verilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması muxtar respublikada ailə təsərrüfatlarının inkişafına hərtərəfli şərait yaratmışdır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR