Bu vaxtadək TANAP-la Türkiyəyə 3 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib.
Bu barədə Energetika naziri Pərviz Şahbazov oktyabrın 24-də Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda deyib.
Nazir bildirib ki, Avropaya qazın çatdırılmasını təmin edən TAP qaz boru kəməri üzrə işlərin icra vəziyyəti 90 faizə yaxındır: “2020-ci il Avropanın uzun illərdir ki, müzakirə etdiyi və nail olmağa çalışdığı şaxələndirmə planının gerçəkləşdiyi tarix olacaq. Bu tarix üçün Beynəlxalq Enerji Xartiyası Konfransı sədrliyinə Azərbaycanın layiq görülməsi də məhz Cənub Qaz Dəhlizinin strateji roluna verilən qiymətdir”.
AZƏRTAC