22 Dekabr 2024, Bazar

Qlobal xam neft ehtiyatları hazırda təxminən 1 trilyon 530 milyard barrel qiymətləndirilir.

Dünyanın ən çox neft ehtiyatına malik 15 ölkəsi bunlardır - Venesuela (300,9 milyard barrel), Səudiyyə Ərəbistanı (266,5 milyard barrel), Kanada (169,7 milyard barrel), İran (158,4 milyard barrel), İraq (142,5 milyard barrel), Küveyt (101,5 milyard barrel), Birləşmiş Ərəb Əmirlikləri (97,8 milyard barrel), Rusiya (80 milyard barrel), Liviya (48,4 milyard barrel), Nigeriya (37,1 milyard barrel), ABŞ (36,5 milyard barrel), Qazaxıstan (30 milyard barrel), Çin (25,6 milyard barrel), Qətər (25,2 milyard barrel) və Braziliya (12,7 milyard barrel).

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,44 dollar artaraq 32,18 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar bahalaşaraq 22,61 dollar təşkil edib.

 Hər dəfə şimşək çaxıb yaz yağışı yağandan sonra dağlarda, tarlalarda bitən bitkiləri görəndə öz-özümə fikirləşirəm: “Ana təbiət bu yurddan heç bir varını əsirgəməyib. Uca Yaradan bu diyarın insanlarına ruzisini özündən əvvəl verib. Bu yurda elə səxavətlə min bir naz-nemət bəxş edib ki, bunların qədrini bilib, yığıb istifadə etməklə yanaşı həm də artıb-çoxalması qayğısına qalsaq, sağlamlığımızın qeydinə qalıb süfrələrimizdən əskik etməsək, bar-bərəkətimiz də tükənməz, xəstəlik nə olduğunu da bilmərik. Lap qədim zamanlardan yurdumuzun saf torpaqlarında bitən bu bitkilər müalicə vasitəsi kimi də istifadə olunub, o pencərlərdən cürbəcür yeməklər hazırlamışıq. Dağlarımızdan, tarlalarımızdan toplanan müxtəlif növ bitkilər kənd adamının qazanc  mənbəyinə, süfrələrimizin isə bəzəyinə  çevrilib. Dadı ilə seçilən bitkilərin tərkibi vitamin və minerallarla zəngin olduğu üçün onlardan  hazırlanan yeməklər insan sağlamlığına çox xeyirlidi.

Ardını oxu...

Muxtar respublikanın Culfa rayonunda tikintisinə 2019-cu ildə başlanan Darıdağ arsenli su müalicə və istirahət kompleksində quruculuq işləri davam etdirilir.

Hazırda kompleksin birinci və ikinci mərtəbələrində hörgü və suvaq işləri yekunlaşdırılıb. Həmçinin kommunikasiya xətlərinin çəkilməsi başa çatdırılıb, dam örtüyü vurulur.

Dörd mərtəbədən ibarət olan əsas korpusda otel və xidmət sahələri olacaq, qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün lazımi şərait yaradılacaq. 

Ardını oxu...

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin fasiləsiz və təhlükəsiz təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən cari ildə daxil olan müraciətlərə əsasən cəmi 276mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 238-i əhali abonentlər və 38-iqeyri-əhali abonentlərdir. 

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti Naxçıvan-Sədərək yüksək təzyiqli magistral qaz kəmərində qış mövsümündə təzyiqin artırılması məqsədilə Naxçıvan şəhər Qaz Paylayıcı Stansiyasında yeni Qaz Kompressor Stansiyasının qurulması üçün texniki-iqtisadi göstəricilərin hazırlanması istiqamətində işləri davam etdirir. 

Ardını oxu...

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti dəyişməyərək 25,31 dollar olub. Buna səbəb “Good Friday”lə bağlı birjaların işləməməsidir.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların aprelin 13-nə olan məzənnəsini açıqlayıb.

13.04.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi məqsədilə onlayn müraciətin tərtib olunması qaydası açıqlanıb.

Ardını oxu...

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,04 dollar artaraq 25,31 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Avropanın “Airbus SE” aerokosmik konserni koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşların məhdudlaşması fonunda təyyarə istehsalını 30 faiz azaltmaq niyyətindədir.

Kompaniya dar füzelyajlı “Airbus A320” təyyarələrin istehsalını ayda 60 ədəddən 40 ədədə, geniş füzelyajlı “Airbus A350” təyyarələrinin istehsalını isə ayda 10 ədəddən 6 ədədə qədər azaldacaq. Həmçinin ayda cəmi iki ədəd A330 layneri istehsal ediləcək, halbuki əvvəlcə hər il bu növ 40 təyyarə istehsalı planlaşdırılmışdı.

Ardını oxu...

Millət vəkili Aydın Mirzəzadə özəl banklarla məsləhətləşmələr apararaq xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulmasını təklif edib.

Ardını oxu...


“Naxçıvanbank” ASC-dən verilən məlumata görə, respublika üzrə elan olunan karantin rejimi ilə əlaqədar olaraq müştərilərin banka gəlmək ehtiyaclarını aradan qaldırmaq məqsədilə bank, müddəti mart ayında başa çatan bütün fərdi, əmək haqqı və təqaüd kartlarının istifadə müddətini iyulun 1-dək uzadıb.

Kart sahibləri yalnız Naxçıvanbankın ATM-lərindən və POS-terminallarından istifadə etmək şərtilə növbəti üç ay ərzində vəsaitlərini nağdlaşdıra və ya nağdsız ödənişlər edə bilərlər.

Yaponiyanın ən böyük avtomobil korporasiyalarından biri "Toyota Motor" koronavirus pandemiyası ilə əlaqədar Şimali Amerikadakı 14 müəssisəsində istehsalın dayandırılmasını 1 may tarixinə qədər uzatmaq qərarına gəlib.

Bu barədə yerli "Kyodo" agentliyi xəbər verib.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,54 dollar artaraq 33,38 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,90 dollar bahalaşaraq 25,99 dollar təşkil edib.

Koronavirus pandemiyası ilə əlaqədar sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına əsasən, sahibkarlara və onların işçilərinə koronavirus pandemiyasından dəyən zərərin ödənilməsi proqramına bu gündən start verilir. Proses 3 mərhələyə bölünüb. İlkin mərhələdə, hədəf pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi və mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsidir.

Ardını oxu...

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların aprelin 9-na olan məzənnəsini açıqlayıb.

09.04.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

  Əhalinin torpağa bağlılığını artırmaq, iqtisadiyyatımızın əsasını təşkil edən kənd təsərrüfatını inkişaf etdirmək üçün həyata keçirilən ardıcıl tədbirlər ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da öz bəhrəsini verməkdədir. Bunu Sədərək rayonunun timsalında da görmək mümkündür. Belə ki, son illər görülən müntəzəm işlər nəticəsində rayonda əkinçiliyə maraq xeyli artıb, kənd təsərrüfatının inkişafında yüksəlişə nail olunub. Təqdirəlayiq hallardan biri isə digər bölgələrimiz kimi, bu rayonda da taxılçılığın aparıcı sahəyə çevrilməsidir. Bu mühüm strateji ərzaq məhsulunun istehsalına maraq ilbəil artır. Bunun başlıca səbəblərindən biri Sədərəkdə un dəyirmanının tikilib istifadəyə verilməsidir. Hazırda burada  müasirtipli un dəyirmanı fəaliyyət göstərir. Odur ki, rayon sakinləri da yetişdirdikləri buğdanı una çevirmək üçün heç bir çətinlik çəkmirlər. 2017-ci il  noyabrın 28-də “Sədərək” Taxıl Məhsulları Emalı müəssisəsi əsaslı yenidənqurma işlərindən sonra yenidən istifadəyə verilib. 

Ardını oxu...

Bu gün dünyada hamılıqla qəbul olunan fakt ondan ibarətdir ki, baytarlıq xidməti çoxşaxəli, iqtisadi, istehsal və biotəhlükəsizlik sistemidir. Çünki əhalinin ərzaq təminatının, təhlükəsizliyinin çox vacib və mühüm məsələləri məhz burada öz həllini tapır. Sağlam, keyfiyyətli ət və süd məhsulları ilə təminatda mühüm əhəmiyyətə malik olan baytarlıq xidmətinin təşkilinə Naxçıvan Muxtar Respublikasında da xüsusi diqqət yetirilir. Babək rayonunda da son illər ərzində bu sahədə həyata keçirilən kompleks tədbirlər öz bəhrələrini verməkdədir.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,62 dollar artaraq 32,49 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,20 dollar bahalaşaraq 24,83 dollar təşkil edib.

"Forbes" jurnalı ötən ilin yekunlarına görə dünyanın ən zəngin insanlarının siyahısını dərc edib.

Ardıcıl olaraq artıq 2 il siyahıya başçılıq edən "Amazon" şirkətinin rəhbəri Ceff Bezos bu dəfə də reytinqin ən yüksək pilləsində yer alıb. Onun sərvətinin 18 mlrd. dollar azalaraq 113 mlrd. dollara düşməsi Ceffin reytinqdəki yerinə təsir etməyib. Bununla yanaşı, o, sərvəti 100 mlrd. dollardan çox olan dünyanın yeganə insanıdır.

Ardını oxu...

Gürcüstan-Azərbaycan sərhədində gömrük sərhəd-keçid məntəqələrindən bütün yük daşımaları 24 saat ərzində xüsusi hazırlanmış protokol əsasında həyata keçirilir.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin hesabatına istinadən məlumat verib.

Ardını oxu...

2020-ci ilin 1-ci rübündə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən vergi və sosial sığorta haqqında qanunvericiliyə riayət edilməsi, qanunvericiliklə müəyyənləşdirilmiş vergilərin, sosial sığorta, işsizlik sığortası və digər icbari ödənişlərin düzgün hesablanması, büdcəyə vaxtında və tam köçürülməsi təmin olunub.

 Belə ki, 2020-ci ilin 1-ci rübündə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti üzrə müəyyənləşdirilmiş vergi daxilolmaları üzrə proqnoz 105 faiz icra edilib. 

Ardını oxu...

"OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin iclası rəsmi olaraq 9 aprel tarixində Avstriya vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə 18:00) təyin edilib.

Bu barədə "Interfax" agentliyi xəbər verir.

Qeyd etmək lazımdır ki, daha əvvəl video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşün aprelin 6-da keçiriləcəyi güman edilirdi, lakin sonra aprelin 9-da təyin edilib. 

Ardını oxu...

Dünyada koronavirus pandemiyası iqtisadiyyata, sosial duruma, əhaliyə çox ciddi problemlər yaradır. Belə vəziyətdə makroiqtisadi və maliyyə sabitliyinin saxlanılması, məşğulluğun təmin edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.

Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ötən gün Sumqayıtda açılışı olan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə bildirib.

Ardını oxu...

Sumqayıtdakı tibbi maskaların istehsalı zavodunun işə salınması daxili tələbatı tam ödəyəcək.

Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Ardını oxu...

Doğma diyarımızda olan bol təbii sərvətlər, əlverişli coğrafi mühit hələ Neolit dövründən insanların bu ərazidə məskunlaşmasına, öz maddi və mənəvi ehtiyaclarını yerli xammalla təmin etməsinə səbəb olmuşdur. Muxtar respublika ərazisində olan təbii sərvətlərdən biri də onun termal və mineral su yataqlarıdır. Spesifik geoloji-tektonik quruluş burada müxtəlif kimyəvi tərkibli, fiziki xüsusiyyətli, temperatur və debitli mineral,eləcə də termal suların əmələ gəlməsinə şərait yaratmışdır. Ərazidə yaşayan insanlar min illərdir ki, bu sulardan istifadə etmiş, onların müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyətini təyin edərək müalicə üsullarını emprik yolla nəsildən-nəsilə ötürmüşlər. Müasir dövrdə də dəri xəstəliklərinin müalicəsində bulaqlardan təbii halda çıxan çoxçeşidli sulardan istifadə olunur. Bu cür müalicəvi sürfə sularından biri də muxtar respublikamızdan və ölkəmizdən kənarda şöhrət tapan, adıyla və dadıyla seçilən “Sirab” mineral suyudur.

Ardını oxu...


Naxçıvan Muxtar Respublikasında “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılıb. 2 hektara yaxın ərazidə tikiləcək xidmətdə hal hazırda qazıntı işləri görülür. Qeyd edək ki, “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə ölkə başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8.8 milyon manat vəsait ayrılıb. Bu da işlərin sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə imkan verəcək.

Ardını oxu...

Azərbaycan neftinin qiyməti ucuzlaşır.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,66 dollar ucuzlaşaraq 23,48 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.


Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası 2020-ci ilin I rübü ərzində də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

Torpaqların elektron kadastr uçotunun aparılması məqsədi ilə Şahbuz rayonunda və Sədərək rayonunun Qaraağac kəndində planaalma işləri başa çatdırılmış, rüb ərzində 3 min 903 daşınmaz əmlak obyekti plana alınmışdır. Şahbuz rayonunun 13 bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüşdür.

Ardını oxu...

 

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin texniki normativ hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğunun diqqətdə saxlanılması 2020-ci ilin ilk rübündə davam etdirilmiş, ümumilikdə məhsul nümunələrinin 443 halda, o cümlədən qida məhsullarının 432 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunmuş və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.

Ardını oxu...

Mühüm coğrafi mövqeydə və Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Мuxtar Рespublikası Azərbaycanın qədim meyvəçilik regionlarından biri hesab edilir. Ərazidə arxeoloji qazıntılar zamanı tapılanərik, şaftalı, alça və digər meyvə çəyirdəkləri tədqiqatçıların burada meyvəçilik tarixinin 3500 ildən çox olduğunu deməyə əsas verir. Tarixən burada olan təsərrüfat əhəmiyyətli yabanı meyvə bitkilərini bu gündə seleksiyaçılar yüksək qiymətləndirirlər. Hazırda bağlarda becərilən meyvə sortları ərazidə olan yabanı meyvə bitkiləri üzərində əsrlər boyu aparılmış xalq seleksiyasının məhsuludur.

Ardını oxu...

Bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasında və makroiqtisadi sabitliyin qorunmasında bank sistemi mühüm rol oynayır.
İqtisadi aktivliyin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikasında da bank sisteminin inkişafı və normal fəaliyyəti diqqətdə saxlanılmış, maddi-texniki baza gücləndirilmiş, yeni bank və filiallar yaradılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı ilə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Şahbuz rayonunda torpaq sahələrinin plana alınması başa çatdırılıb.

Ardını oxu...

Muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin tikilməsi, suvarılan ərazilərin şoranlaşmasının qarşısının alınması və əhalinin içməli suya olan tələbatının etibarlı şəkildə ödənilməsi üçün tədbirlər diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən mart ayında 10 kilometr yeni suvarma xətti çəkilmiş, 5 kilometr təzyiqli boru xətti təmir edilmiş, 25 kilometr beton və torpaq kanal, 22 kilometr arxlar lildən təmizlənmişdir. 5 kəhrizdə və 39 subartezian quyusunda təmir işləri davam etdirilmiş,1 yeni subartezian quyusu tikilərək balansa götürülmüşdür.

Ardını oxu...

2020-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb. Keçirilən tədbirlər zamanı 3 şəxsin “Fərqlənmə nişanı” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, 1 şəxsin isə vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb. Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 8 işəgötürəndə aparılmış araşdırmalar zamanı 9 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin
mətbuat xidməti

Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq.

Ardını oxu...

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün ayrılan kompensasiyanın məbləği açıqlanıb.

Ardını oxu...

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və ölkəyə idxal olunan müvafiq məhsullarla tam və fasiləsiz təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər açıqlanıb.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 4,17 dollar artaraq 34,11 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 3,02 dollar bahalaşaraq 28,34 dollar təşkil edib.

Dövlət başçısının Fərmanına əsasən muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunun ərazisində sənaye məhəlləsi yaradılır.

Ardını oxu...

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 30 dolları keçib.

Buna səbəb neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da videokonfrans formatında OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşünün keçiriləcəyinin açıqlanmasıdır. Görüşdə qeyri-OPEC ölkələrinin nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur. Görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçiriləcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb.

4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Keçirilən tədbirlər zamanı 3 şəxsin “Fərqlənmə nişanı” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və 1 şəxsin isə vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb. Ötən ay müvafiq icra hakimiyyəti orqanları ilə birgə 8 işəgötürəndə aparılmış araşdırmalar zamanı 9 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

Azərbaycanda pandemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin müvəqqəti tutulmaması nəzərdə tutulur.

Ardını oxu...

Azərbaycanda əhali qrupu üzrə elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kVt-saat həcmində müddətli artırılması nəzərdə tutulur.

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.

Ardını oxu...

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Şahbuz rayonunda torpaq sahələrinin plana alınması başa çatdırılıb.

Ardını oxu...

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 483 667,2 min dollar təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, bu da 2019-cu ilin eyni dövrünə nisbətən 13 229,5 min dollar və ya 2,8 % çoxdur.

Ardını oxu...

Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin qarşısına qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə “İcra Planı” hazırlanmışdır. İcra planından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılmış, mağazaların ərzaqla normal təminatına diqqət artırılmış, aid qurumlarla birlikdə ehtiyatların yaradılması davam etdirilmişdir. Ümumilikdə, 261 ticarət obyektində maarifləndirici monitorinqlər aparılmış, ticarət obyektlərinin sahibkarları məlumatlandırılmışdır.

Ardını oxu...

Xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə maliyyə təşkilatları üzrə bəzi istiqamətlərdə fəaliyyətlər davam etdiriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Ardını oxu...

“Araz” Elm İstehsalat Birliyində yaradılan toxum bankı tərəfindən 702 adda toxum nümunələri toplanıb. Toxum bankının əsas işlərindən biri toplanaraq artırılan yerli toxum materiallarının ailə təsərrüfatları və fermer təsərrüfatlarına ödənişsiz olaraq paylanmasıdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR