22 Dekabr 2024, Bazar

Avropanın “Airbus SE” aerokosmik konserni koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşların məhdudlaşması fonunda təyyarə istehsalını 30 faiz azaltmaq niyyətindədir.

Kompaniya dar füzelyajlı “Airbus A320” təyyarələrin istehsalını ayda 60 ədəddən 40 ədədə, geniş füzelyajlı “Airbus A350” təyyarələrinin istehsalını isə ayda 10 ədəddən 6 ədədə qədər azaldacaq. Həmçinin ayda cəmi iki ədəd A330 layneri istehsal ediləcək, halbuki əvvəlcə hər il bu növ 40 təyyarə istehsalı planlaşdırılmışdı.

“Airbus” kompaniyasının Baş icraçı direktoru Giyom Fori istehsalatın azaldılması qərarının tələblə bağlı vəziyyəti əks etdirdiyini və kompaniyanın lazımi qədər pul vəsaitini qorumaq üçün tədbirlər görəcəyini bildirib.

Koronavirus infeksiyasının yayılması ilə bağlı qeyri-müəyyənlik səbəbindən mart ayının sonlarında “Airbus” 2019-cu il üçün dividentlərin ödənilməsi barədə təklifini və cari il üçün proqnozunu geri götürüb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR