22 Dekabr 2024, Bazar

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin fasiləsiz və təhlükəsiz təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən cari ildə daxil olan müraciətlərə əsasən cəmi 276mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 238-i əhali abonentlər və 38-iqeyri-əhali abonentlərdir. 

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti Naxçıvan-Sədərək yüksək təzyiqli magistral qaz kəmərində qış mövsümündə təzyiqin artırılması məqsədilə Naxçıvan şəhər Qaz Paylayıcı Stansiyasında yeni Qaz Kompressor Stansiyasının qurulması üçün texniki-iqtisadi göstəricilərin hazırlanması istiqamətində işləri davam etdirir. 

Cari ildə qaz təsərrüfatında, xüsusilə qəza sahəsində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinin ixtisasartırma kursunu bitirən müdavimlərə sertifikat verilmiş və mart ayında həmin kursa Xidmətin Magistral qaz kəmərləri və qaz paylayıcı stansiyaların bir qrup operatoru cəlb olunmuşdur. 

Muxtar respublikada abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün cari ildə 210mühafizə qutusu quraşdırılmışdır. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının Smart-kart tipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilmiş, mart ayında cəmi2 min 94, o cümlədən cari ildə 113qaz sayğacı quraşdırılmış, cari ildə 263 smart-kart tipli elektron məişət qaz sayğacı plomblanaraq istismara yararlı vəziyyətə gətirilmişdir. 

 Xidmətə tabe şəhər, rayon qaz istismarı idarələrinin qəza-dispetçer sahələrinə 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə 3 min 170 çağırış daxil olmuşdur. Bu çağırışlara vaxtında gedilmiş, bütün işlər keyfiyyətlə yerinə yetirilərək təbii qazın nəqli bərpa edilmişdir. Cari ildə muxtar respublika qaz şəbəkəsində 2 min 445qaz sızması aşkarlanmış və bu sızmalar aradan qaldırılmış, kənd yaşayış məntəqələrində korroziyaya uğrayan yeraltı qaz boru xətləri yerüstü xətlərlə əvəz edilmişdir. 

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR