Dövlət başçısının Fərmanına əsasən muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunun ərazisində sənaye məhəlləsi yaradılır.
6 istehsal korpusundan ibarət olacaq sənaye məhəlləsində mart ayının əvvəlindən başlayaraq işlər sürətlə davam etdirilir. Hazırda 3 korpusda beton-qəlib işləri görülür.
Sənaye məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız torba və corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulur. Bu, həmin məhsulların idxalının azaldılmasında mühüm rol oynamaqla, ixracın və rəqabət qabiliyyətinin artırılması, məşğulluğun təmin olunması, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir.