22 Dekabr 2024, Bazar

2020-ci ilin 1-ci rübündə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən vergi və sosial sığorta haqqında qanunvericiliyə riayət edilməsi, qanunvericiliklə müəyyənləşdirilmiş vergilərin, sosial sığorta, işsizlik sığortası və digər icbari ödənişlərin düzgün hesablanması, büdcəyə vaxtında və tam köçürülməsi təmin olunub.

 Belə ki, 2020-ci ilin 1-ci rübündə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti üzrə müəyyənləşdirilmiş vergi daxilolmaları üzrə proqnoz 105 faiz icra edilib. 

Qeyd edilən dövrdə məcburi dövlət sosial sığorta ödəmələri sahəsində vətəndaşlarla və vergiödəyiciləri ilə keçirilən maarifləndirici görüşlər öz səmərəsini verib və bu sahədə sosial sığorta daxilolmaları əhəmiyyətli dərəcədə artıb Hesabat rübündə  məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza  116,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 113,2 faiz əməl edilib. İstər vergilər, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.

Muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli biznes və investisiya mühitinin nəticəsidir ki, hesabat dövründə Dövlət Vergi Xidmətinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 7 publik hüquqi şəxs, 7 kommersiya hüquqi şəxs, 4 qeyri-kommersiya hüquqi şəxs,  həmçinin yerli vergi orqanları tərəfindən 683 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. 

Naxçıvan Muxtar Respublikası Dövlət

Vergi xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR