22 Dekabr 2024, Bazar

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Şahbuz rayonunda torpaq sahələrinin plana alınması başa çatdırılıb.

 Xidmətin mətubat xidmətindən verilən məlumata görə, planaalma işləri nəticəsində rayonun bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturları yüksək dəqiqlikli geodeziya avadanlıqları vasitəsi ilə dəqiqləşdirilib. Plana alınan 8 min 6 yüzdən artıq daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları Xidmətin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni yerquruluşu xəritələri hazırlanıb. Mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunaraq uyğunsuzluqların aradan qaldırılmasına başlanılıb.

Qeyd edək ki, 2016-cı ildən başlanılan planaalma işləri Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarında da tam yekunlaşdırılıb. Hazırda Sədərək rayonunda planaalma işləri davam etdirilir. Naxçıvan şəhəri, Babək, Ordubad və Culfa rayonları üzrə dürüstləşdirilmiş məlumatlar yeni xəritələrin üzərinə köçürülərək Torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR