“Azeri Light” markalı neftin bir barrelinin qiyməti dəyişməyərək 25,31 dollar olub. Buna səbəb “Good Friday”lə bağlı birjaların işləməməsidir.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.