22 Dekabr 2024, Bazar

"Forbes" jurnalı ötən ilin yekunlarına görə dünyanın ən zəngin insanlarının siyahısını dərc edib.

Ardıcıl olaraq artıq 2 il siyahıya başçılıq edən "Amazon" şirkətinin rəhbəri Ceff Bezos bu dəfə də reytinqin ən yüksək pilləsində yer alıb. Onun sərvətinin 18 mlrd. dollar azalaraq 113 mlrd. dollara düşməsi Ceffin reytinqdəki yerinə təsir etməyib. Bununla yanaşı, o, sərvəti 100 mlrd. dollardan çox olan dünyanın yeganə insanıdır.

 Siyahının ikinci yerində "Microsoft" korporasiyasının təsisçisi Bill Geyts qərarlaşıb. Onun sərvəti ötən il 1,5 mlrd. dollar artaraq 98 mlrd. dollara çatıb. Reytinqin ilk üçlüyünü sərvəti 76 mlrd. dollar təşkil edən "Louis Vuitton Moët Hennessy" qrupunun prezidenti Bernar Arno tamamlayır. 

"Berkshire Hathaway" investisiya şirkətinin rəhbəri Uorren Baffet siyahının dördüncü yerinə layiq görülüb. Onun sərvəti il ərzində 15 mlrd. dollar azalaraq 67,5 mlrd. dollar təşkil edib. Reytinqin beşincisi isə "Oracle" şirkətinin təsisçisi Larri Ellison oub. Onun kapitalı 2019-cu ildə 3,5 mlrd. dollar azalaraq 59 mlrd. dollar olub.

Ümumiyyətlə, "Forbes"ın yeni reytinqində dünyanın 2 095 milyarderi qərarlaşıb ki, bu da əvvəlki reytinqə nisbətən azdır. Ötənilki siyahıda 2 153 milyarder yer almışdı. Reytinqdəki milyarderlərin ümumi sərvəti 8 trln. dollar təşkil edir, halbuki əvvəlki reytinqdə bu rəqəm 8,7 trln. dollara bərabər olub. Bununla belə, ötən il milyarderlər siyahısından 267 nəfərin adı çıxarılıb. Reytinqdəki 1 062 nəfərin isə sərvəti azalıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR