22 Dekabr 2024, Bazar

Martın 14-dən 22-dək Naxçıvan şəhərinin Xətai küçəsində yerləşən Mərkəzi bazarda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunacaq.

Bayram yarmarkasında muxtar respublikanın müxtəlif bölgələrində yetişdirilən meyvə və tərəvəzlər, heyvandarlıq məhsulları ilə yanaşı yerli istehsal müəssisələrinin qida məhsullarının satışı da təşkil olunacaq.

 Yarmarkada məhsullar bazar qiymətlərindən daha sərfəli qiymətlərlə alıcılara təklif ediləcək.

Bu gün iqtisadiyyatımızın formalaşmasında özəl sektor, xüsusilə də kiçik və orta sahibkarlıq mühüm rol oynayır. Hazırda muxtar respublikada kiçik istehsal və emal müəssisələri yaradılır, sahibkarlıq fəaliyyəti inkişaf etdirilir. Bu isə əhalinin məşğulluğunun təmin olunması, insanların sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, həm də məhsul bolluğu yaradır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır. Muxtar respublikada kənd təsərrüfatı məhsullarının satış yarmarkaları da bu məqsədlə təşkil edilir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR