22 Dekabr 2024, Bazar

Hər il martın 15-i ölkəmizdə “Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü” kimi qeyd olunur.
İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərimizin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilmişdir.

Hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür. Bu gün ölkəmizdə daxili bazarın formalaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifə əhalinin istehlak mallarına olan tələbatını maksimum səviyyədə yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir. İstehlakçıların hüquqlarının müdafiəsini nəzərdə tutan ayrı-ayrı dövlət proqramlarının, qanunların, qərar və qaydaların muxtar respublikanın aidiyyəti orqanları tərəfindən icrası diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikasında da keyfiyyətə nəzarət işinin inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, metrologiya, uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir. Muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, istehsal müəssisələrinin müasir maddi-texniki baza ilə təchiz olunması beynəlxalq tələblər səviyyəsində qəbul edilən yeni standartların tətbiqinə geniş imkanlar açmışdır. Bu məqsədlə istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunması, ticarət norma və qaydalarına əməl edilməsi, istehlak bazarının keyfiyyətsiz və saxta mallardan qorunması, istehlakçıların hüquqlarının etibarlı müdafiəsi, Naxçıvanda istehsal olunan məhsulların yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli olması qarşıda duran prioritet vəzifələrdəndir. Bu vəzifələrin icrası istiqamətində cari ildə də İqtisadiyyat Nazirliyi tərəfindən lazımi tədbirlər həyata keçirilmiş, ötən dövr ərzində keyfiyyətə dövlət nəzarəti istiqamətində verilən tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə ərzaq və qeyri-ərzaq məhsullarının satışı obyektlərində monitorinqlər aparılmış, ümumi dəyəri 1330 manat olan istehlak müddəti bitmiş məhsullar ticarət dövriyyəsindən çıxarılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov fevralın 6-da Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac ili” elan edilməsi haqqında Sərəncam imzalamışdır. 2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi qarşıya mühüm vəzifələr qoyur. Sevindirici haldır ki, bu gün muxtar respublikada əlverişli sahibkarlıq mühiti formalaşmışdır. İstehsal olunan məhsullar istehlakçılar tərəfindən rəğbətlə qarşılanır.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən biri də süni qiymət artımının və antiinhisar qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasıdır. Daxili bazarda süni qiymət artımına səbəb ola biləcək halların qarşısının alınması məqsədilə yerli istehsal və idxal mənşəli əsas istehlak mallarının topdan və pərakəndə satış qiymətləri nəzarətdə saxlanılmış, məhsulların qiymətlərində müşahidə olunan artım səbəbləri araşdırılmış və qiymətlərdə sabitliyin saxlanılmasına nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarında satışda olan ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət ilə bağlı lazımi tədbirlər görülür. Bu məqsədlə 2020-ci ilin ötən dövrü ərzində 61 halda idxal, 234 halda yerli istehsal mallarından nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyasında təhlil edilib. Aparılmış analizlərin nəticələrinə əsasən keyfiyyət göstəriciləri normativ-texniki sənədlərin tələblərinə cavab verməyən məhsulun istehsalçısı barədə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Eyni zamanda ticarət və ictimai iaşə obyektlərində çalışan xidmət personalının təlimatlandırılması və digər tədbirlərin həyata keçirilməsi məqsədilə iaşə obyektlərində, mehmanxanalarda, təhsil müəssisələrində maarifləndirici monitorinqlər aparılmışdır.

İstehlak bazarında çatışmazlıqların aradan qaldırılması üçün inzibati tədbirlərin gücləndirilməsi ilə yanaşı, təbliğat-təşviqat və maarifləndirmə işləri bundan sonra da davam etdiriləcək. İstehlakçıları isə hüquqlarının müdafiəsində fəal olmağa, üzləşdikləri problemlərin aradan qaldırılmasında aidiyyəti qurumlarla əməkdaşlıq etməyə, özlərinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirməyə dəvət edirik.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR